Liderlik əks təqdirdə müvəffəq olunmayacaq nəticəni qəsdən əldə etmək üçün digərlərinə rəhbərlik etmək sənətidir


Liderlərin müxtəlif tipləri mövcuddur



Yüklə 28,16 Kb.
səhifə5/12
tarix31.12.2021
ölçüsü28,16 Kb.
#112583
1   2   3   4   5   6   7   8   9   ...   12
menecmentlider

Liderlərin müxtəlif tipləri mövcuddur. Rəsmi və qey­ri rəsmi liderlər.

1)Rəsmi lider rəhbərin özüdür. Rəsmi lider həm rəh­bər, həm də lider məfhumunu özündə birləşdirir. O, özü­nün peşəsinə, vəzifəsinə, idarəetmə bacarığına görə rəh­bər­dir. Rəsmi lider işçiləri səfərbər etmək və arxasınca apar­­maq qabiliyyətinə malik olan rəhbərdir. Rəsmi lider ol­maq üçün inzibati və ictimai vəzifələrlə işgüzar və şəxsi key­fiyyətləri birləşdirmək lazımdır. İşgüzar və şəxsi key­­fiy­yətə malik rəhbər-işçi lider kimi çıxış etdikdə, kol­lektiv onu tanıyır və ətrafında bir­ləşir.

Rəsmi lider özünün şəxsi nüfuzunu təmin etməli və şəxsi keyfiyyətləri ilə kollektivin diqqətini cəlb etməli­dir. İşçilər rəhbərin peşə keyfiyyətlərinə həmişə diqqət yetirir və onu qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbərin təş­kilatçılıq, işgüzarlıq, peşəkarlıq və ünsiyyətə girmək qa­biliyyəti onun rəsmi rəhbər statusuna liderlik statusunu da əlavə edir.

Bəzən kollektivin rəhbəri liderliyi ələ ala bilmir. Yə­ni rəhbərlə yanaşı idarəçilik fəaliyyətində ümumi iş­lərin həl­linə müdaxilə və ya təsir et­məyi bacaran şəxslər də ola bilir. Bu zaman həmin şəxs­lərin tim­salında kol­lek­tiv­də yeni liderlər formalaşırlar. Bu cür lider­lər qeyri-rəs­mi li­der­lər hesab edilirlər.



Qeyri-rəsmi liderin idarəçilik funksiyaları məhdud olur. Onların mühitlə münasibəti yalnız qrupdaxili müna­sibət­lərdən ibarətdir. Qeyri-rəsmi liderlər pozitiv və ne­qativ ola bilərlər.

Pozitiv qeyri-rəsmi liderlər təşkilatçı və əlaqə­lən­di­ri­ci rolunu oynayırlar. Onlar rəhbərlərin güzgüsüdürlər. Təş­­­­­­­ki­latda vəziyyəti düzgün qiymətləndirir, problemin həl­­­­­lini öz komandasının iştirakı ilə rəhbərliklə işgüzar mü­na­­si­bət­lər formasında çözməyə çalışırlar.

Neqativ qeyri-rəsmi liderlər isə kollektivdə pozucu xarakteri ilə fərqlənirlər. Onların məqsədi problemləri həll etmək deyil, nəyin bahasına olursa olsun, hakimiy­yətə gəlməkdir.

Rəsmi və qeyri–rəsmi liderlərin arasında düzgün mü­­na­­si­bətlərin formalaşması idarəetmə fəa­liy­­yətində sağ­lam sosial münasibətlərin mənbəyidir. Rəs­mi liderlər əgər qeyri–rəsmi liderləri dinləmədən, onlara qar­şı daim təz­yiq­lər göstərərək müəyyən ziddiyyətlər ya­ra­dır­sa, bu hal­da konflikt daha da dərinləşə bilər. Rəhbərlər qeyri-rəsmi li­der­ləri öyrənməli, onların istəkləri ilə ma­raq­­lanmalı, mə­sə­lənin həllinin optimal variantlarını seç­mə­lidirlər. Əgər qeyri-rəsmi liderlərin fikri neqativdirsə, yəni o, heç bir razılığa gəlmirsə, bu halda rəhbərlər prob­le­min həlli üçün qanunla nəzərdə tutulmuş tədbirlər gö­r­mə­lidirlər.



Yüklə 28,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin