67
kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata
keçirmək, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini
müqayisə etmək üçün, müəssisə və və təşkilatıların hesablarının
xarici valyutada yenidən qiymətləndirilməsi üçün zəruri sayılır.
Bazar iqtisadiyyatı şəraitində valyuta münasibətləri bazar və dövlət
tənzimlənməsi şəklində həyata keçirilir. Bazar valyuta tənzimlən-
məsi tələb və təklif əsasında valyuta bazarında reallaşdırılır. Dövlət
tərəfindən valyuta tənzimlənməsi isə valyuta münasibətlərinin və
proporsiyalarının fəal surətdə tənzimlənməsini və formalaşmasını
özündə əks etdirir. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata
keçirilən belə tənzimləmələr valyuta siyasətində əks olunur. Valyuta
siyasətinin iki forması mövcuddur:
1) Sturuktur valyuta siyasəti – dünya valyuta sistemində sturuk-
tur dəyişikliklərin həyata keçirilməsinə yönəldilən uzunmüddətli
tədbirlər məcmusudur. O, valyuta islahatları formasında reallaş-
dırılır.
2) Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzən-
nəsinin tənzimlənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta
bazarının və gizli bazarının tənzimlənməsinə yönəldilən qısamüd-
dətli tədbirlər məcmusudur.
Valyuta siyasətinin aşağıdakı metodları vardır:
1) Diskont valyuta siyasəti;
2) Deviz valyuta siyasəti metodları.
Diskont valyuta siyasəti metodu Mərkəzi Bankın təyin etdiyi
uçot dərəcəsini, milli valyutanın məzənnəsinə təsirini əks etdirir.
Yəni dərəcə yüksək olduqda milli valyutaya tələb nisbətən artır və
milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına artır və əksinə,
yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını tənzim-
ləyir. Bununla da tədiyə balansının vəziyyəti (yaxşılaşmasına) və
milli valyuta kursunun yüksəlməsinə səbəb olur. Deviz valyuta siya-
səti milli valyuta məzənnəsinə xarici valyuta alıb-satması yolu ilə
dövlət orqanlarının təsiri metodudur. Milli valyutanın məzənnəsini
artırmaq məqsədilə Mərkəzi Bank xarici valyutanı satır və əksinə
milli valyutanın məzənnəsini azaltmaq məqsədilə xarici valyutanı
alır. Hal-hazırda deviz siyasəti valyuta intervensiyası formasında
68
həyata keçirilir. Yəni Mərkəzi Bank valyuta bazarında baş verən
ə
məliyyatlara müdaxilə edərək məzənnəyə təsir göstərir. Bu
formanın əsas xarakterik cəhəti ondan ibarətdir ki, o, qısamüddətli
dövrdə daha geniş miqyası əhatə edə bilir. Deviz metodunun daha
bir forması valyuta ehtiyyatlarının diversifikasiyasıdır. Hər bir döv-
lətin iqtisadi qüdrəti onu valyuta, qızıl ehtiyyatlarının həcmi ilə öl-
çülür. Valyuta ehtiyyatları əsasən dönərli və sabit olan, beynəlxalq
münasibətlərdə qəbul edilən valyutalardan təşkil olunur. Yəni ABŞ
dolları, avro, funtsterlinq, yapon iyenası, və s. Dövlət valyuta ehti-
yatlarını daim artırmaq marağında olduğundan inflyasiyaya uğrayan
valyuta mütəmadi olaraq digər valyuta ilə dəyişir. Eyni zamanda
valyuta ehtiyatlarının diversifikasiyası beynəlxalq hesablaşmaları hə-
yata keçirmək üçün bir valyutanın satılaraq əvəzində digərinin
alınmasında da öz əksini tapır.
Deviz metodunun daha bir forması valyutanın
devalvasiyası və
Dostları ilə paylaş: