71
Lakin belə məntiqli konstruksiyada ciddi nöqsanı müəyyən
etmək çətin deyil. Bu nöqsan qiymətlərin surətli artımı və bu inflya-
siya gözləməsinin surətləndirilmiş nəticəsi (əsasən bazar mexanizmi
deformasiyaedilmiş və ya kifayət qədər inkişaf etməmiş ölkələrdə)
tamamilə əhalini onun istehlak aktivliyinin surətləndirilmiş artımına
qarşı oyatmaq qabiliyyətindədir. Bu gün praktiki olaraq sübut olun-
muş hesab etmək olar ki, tələb inflyasiyası ümumilikdə sərhəd tanı-
mır. Bu, o vaxta kimi davam edir ki, hələ ki, cəmiyyətin həddindən
artıq məcmu xərcləri ilə bağlı məhdudiyyətlər gözlənilir. Eyni
zamanda təcrübə göstərir ki, onların ölçüsünün məhdudlaşdırılması,
adətən dövlətin aktiv müdaxiləsi olmadan mümkün olmur.
Xərclər inflyasiyası kifayət qədər özü-özünü “müalicə edir”.
Ə
gər iqtisadiyyatda rəqabət mühiti qorunub saxlanarsa,
onda döv-
lətin qiymət dinamikasının tənzimlənməsinə birbaşa müdaxiləsi
tələb olunmaya da bilər. “Özünü müalicə” mexanizmi belədir:
istehsalın sabit xərclərinin artımı məcmu tələbin yerdəyişməsi de-
məkdir, yəni real UDM-un azalması, işsizliyin artımı və uyğun ola-
raq əməkhaqqının azalması və əməyin ödənilməsinə dəyişən xərc-
lərin aşağı düşməsi inflyasiya prosesinin qeyri-monetar faktorlarını
iflic halına salır.
Dostları ilə paylaş: