M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

 
Mövzu 9. Dövlətin antiinflyasiya siyasəti
və qiymətlərin tənzimlənməsi 
 
Plan: 
 
1.
Dövlətin antiinflyasiya siyasəti və antiinflyasiya 
strategiyası. 
2.
Qiymətlərin dövlət tənzimlənməsi. 

1. İnflyasiyanın neqativ sosial-iqtisadi nəticələri dövləti 
müəyyən antiinflyasiya siyasətini, yəni bu neqativ prosesin səbəb-
70
lərini aradan qaldırmağa imkan verən konpleks tədbirləri həyata 
keçirməyə məcbur edir. 
Təcrübədə bu siyasətin səmərəliliyinin zəruri şərtləri aşağıdakı 
kimi ifadə olunur: 
1) cari inflyasiyanın elmi cəhətdən əsaslandırılmış prinsiplər 
ə
sasında qiymətləndirlməsi; 
2) maliyyə, pul, kredit təşkilatları ilə hökumət orqanlarının 
fəaliyyətinin uzlaşdırılması; 
3) antiinflyasiya mexanizminin kompleksliliyi və çox 
həlqəliliyi. 
Cari inflyasiyanın elmi cəhətdən əsaslandırılmış prinsiplə
ə
sasında qiymətləndirlməsi. İnflyasiya ilə effektib mübarizə proq-
ramının işlənib hazırlanması, ilk növbədə, düzgün “diaqnozun” qo-
yulmasını mövcud faktiki informasiya massivinin ətraflı təhlili 
ə
sasında bu prosesin elmi cəhətdən dəyərləndirilməsini tələb edir. 
Burada “diaqnoz” dedikdə, hər şeydən əvvəl, qiymətlərin ümumi 
səviyyəsinin artımının və cari inflyasiyanı müəyyən edən dərin sə-
bəblərin aşkara çıxarılması nəzərdə tutulur. Bu və ya digər 
“reseptlər” toplusu və onların tətbiqinin nəticələrini müəyyən etmək 
üçün ölkədə inkişafın indiki dövründə tələb inflyasiyası və ya əksinə, 
xərc inflyasiyasının təzahürləri ilə qarşılaşdığını aydın görmək olar. 
Bu təkcə ona görə zəruri deyildir ki, inflyasiyanın qeyd olunan 
növləri keyfiyyətcə fərqli səbəblərə malikdir, deməli dövlətin onları 
aradan qaldırmaq üzrə tədbirləri də heç cür eyni tipli ola bilmir, həm 
bu ona görə zəruridir ki, təcrübədə bazar sisteminin daxili 
mexanizmlərinin təsiri altında onların hər birinin aradan qaldırılması 
potensialı nəzərəçarpacaq dərəcədə fərqlənir. Qeyri-mütəşəkkil 
surətdə fəaliyyət göstərən bazar mexanizmi, sözsüz ki, özündə tələb 
inflyasiyasının aradan qaldırılması üçün bəzi ilkin şərtləri ehtiva 
edir. Məlumdur ki, qiymətlərin artırılması zamanı, adətən ölkədə 
ə
halinin daha çox təmin olunmuş, əmanətlərə yüksək meyilliyə 
malik olan təbəqəsi xeyrinə milli gəlirin yenidən bölgüsü baş verir. 
Bunun nəticəsində istehlaka orta meyillik ölkədə azalmağa başlayır, 
bu da istehlakçı tələbinin sıxılmasına və inflyasiyanın monetar 
faktorlarının kənara çəkilməsinə səbəb olur. 


71
Lakin belə məntiqli konstruksiyada ciddi nöqsanı müəyyən 
etmək çətin deyil. Bu nöqsan qiymətlərin surətli artımı və bu inflya-
siya gözləməsinin surətləndirilmiş nəticəsi (əsasən bazar mexanizmi 
deformasiyaedilmiş və ya kifayət qədər inkişaf etməmiş ölkələrdə) 
tamamilə əhalini onun istehlak aktivliyinin surətləndirilmiş artımına 
qarşı oyatmaq qabiliyyətindədir. Bu gün praktiki olaraq sübut olun-
muş hesab etmək olar ki, tələb inflyasiyası ümumilikdə sərhəd tanı-
mır. Bu, o vaxta kimi davam edir ki, hələ ki, cəmiyyətin həddindən 
artıq məcmu xərcləri ilə bağlı məhdudiyyətlər gözlənilir. Eyni 
zamanda təcrübə göstərir ki, onların ölçüsünün məhdudlaşdırılması, 
adətən dövlətin aktiv müdaxiləsi olmadan mümkün olmur. 
Xərclər inflyasiyası kifayət qədər özü-özünü “müalicə edir”. 
Ə
gər iqtisadiyyatda rəqabət mühiti qorunub saxlanarsa, onda döv-
lətin qiymət dinamikasının tənzimlənməsinə birbaşa müdaxiləsi 
tələb olunmaya da bilər. “Özünü müalicə” mexanizmi belədir: 
istehsalın sabit xərclərinin artımı məcmu tələbin yerdəyişməsi de-
məkdir, yəni real UDM-un azalması, işsizliyin artımı və uyğun ola-
raq əməkhaqqının azalması və əməyin ödənilməsinə dəyişən xərc-
lərin aşağı düşməsi inflyasiya prosesinin qeyri-monetar faktorlarını 
iflic halına salır. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin