73
İ
nflyasiya üzərində tam və qəti (son) qələbə obrazlı ifadə etsək
o illüziyalı məqsəd sayılır. Çünki onu doğuran obyektiv amillərin bir
çoxu təkrar istehsal prosesinin özünün daxili mexanizmi ilə bağlıdır
və vaxtaşırı olaraq inflyasiyanın baş verməsinin potensial imkanı
həmişə mövcud olur. İnflyasiyaya yol verməmək üçün hökumət ev
təsərrüfatını həddindən artıq vergilərlə yükləməməli, gəlirlərin yeni-
dən bölgüsü sferasına həddən artıq müdaxilə etməməlidir. Bununla
yanaşı zəruri hallarda ölkədə gərgin sosial-iqtisadi və siyasi situa-
siya zamanı müəyyən anda dövlət iqtisadi siyasəti bütövlükdə infl-
yasiya nəticələri doğura biləcək tədbirlərin reallaşmasına, intensiv
yenidənbölgü proseslərinin həyata keçirilməsinə yönəldə bilər.
Təcrübə
onu da
göstərir ki, inzibati yolla inflyasiyanın tam
dayandırılması, əslində uzun bir müddətdə bu mümkün deyildir,
həmçinin neqativ nəticələrə malikdir. Bu, iqtisadiyyatın antitsiklik
tənzimlənməsindən, faiz stavkalarına, səhmlərin kursuna, investi-
siyalara, istehsalın həcminə stimullaşdırıcı təsir göstərmək üçün döv-
lətin fəal müdaxiləsi siyasətinin alətlərindən istifadədən imtina kimi
qiymətləndirilə bilər. Lakin harada ki, qısamüddətli stabilləşdirmə si-
yasəti tətbiq olunduqda belə, yenə də labüd surətdə onun inflyasiya
effekti (aşağı və yuxarı konyuktura şəraitində) göstərilir. İnflyasiya
ölkələrarası kapital yerləşdirilməsi ilə əlaqədar da qaçılmazdır. Bu
çoxmilyardlı “isti” pullar daima özünün daha
gəlirli tətbiqi sferala-
rını axtarır. Bundan başqa, Mərkəzi Bankın gələcəyə pul kütləsi artı-
mının mümkün sərhədlərinin müəyyən edilməsi zamanı onun target-
ləşdirilməsi siyasəti çərçivəsində nöqsanlı fəaliyyətinin mümkünlü-
yünü tamamilə istisna etmək olmaz. Qiymətlərin ümumi səviy-
yəsinin artımı mexanizmlərinin aradan qaldırılması üçün insanlar
sağlam bazar psixologiyasına malik olmalıdır, qiymətlərin ümumi
səviyyəsinin artmasını görərək insanlar bununla bağlı Piqu effekti-
nin
fəaliyyətini yaradan, qiymətlərin sonrakı azalmasına əmin
olmalıdır.
İnflyasiya ilə mübarizə - müəyyən müddət üçün nəzərdə tutul-
muş siyasi proqram deyil, müddətsiz proqramdır, dövlətin gündəlik
öhdəliyi, onun daimi funksiyasıdır. Hökumətin və Mərkəzi Bankın
ə
sil məqsədi yalnız inflyasiyanı mülayim, balanslaşdırılmış, proq-
74
nozlu, yəni həm də onu nəzarətdə olan bir prosesə çevirməkdən iba-
rət ola bilər. Antiinflyasiya siyasətinin formalaşması zamanı dövlət
təkcə onun məqsədli istiqamətini deyil, həm də müddətli intervalını
da müəyyən etməlidir. Ancaq müəyyən interval müddətində verilmiş
məqsədə çatmaq olar. Bu dövrün davamlı olması, etməsi istiqamə-
tinin müəyyən edilməsi, dəyərləndirilməsi qiymətlərin ümumi səviy-
yəsinin artımı tempindən çox asılı olar.
Dövlətin antiinflyasiya siyasətinin strkturuna onun strategiyası
(özünə müəyyən laqdan sonra effekt verən radikal tədbirləri daxil
edən) və taktikası (qiymət dinamikasını
surətlə stabilləşdirmək qa-
biliyyətli “birdəfəlik aktın” ssenarisi üzrə həyata keçirilən) daxildir.
Antiinflyasiya strategiyasının komponentləri aşağıdakılar
sayılır:
1) inflyasiya gözləmələrinin ləğv edilməsi;
2) pul aqreqatlarının və ya valyuta kursunun, yaxud inflya-
siyanın targetləşdirilməsi siyasətinin həyata keçirilməsi;
3) bütövlükdə büdcə defisitinin ləğv edilməsi və ya mər-
hələlərlə ixtisarı;
4) iqtisadiyyatın strukturla yenidən qurulması;
5) iqtisadiyyatın inhisarsızlaşdırılması.
Dostları ilə paylaş: