M. A.ƏHMƏdov a. C. HÜSeyn


Pul aqreqatlarının, valyuta kursunun v



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

Pul aqreqatlarının, valyuta kursunun və inflyasiyanın 
targetləşdirilməsi siyasətinin keçirilməsi. Pul aqreqatlarının 
targetləşdirilməsi siyasətini keçirərkən Mərkəzi Bank gələcək üçün 
Fridmen bərabərliyinə (tənliyi) uyğun olaraq pul kütləsi artımının 
məqsədli istiqamətini verir. Təcrübə göstərir ki, bu cür yanaşma
pula olan tələbin dəyişməsi zamanı effektiv hesab olunmur. Valyuta 
kursunun targetləşdirilməsi siyasəti valyuta tənzimlənməsini nəzərdə 
tutur. Bu, inflyasiyanın aşağı templəri ilə ölkənin milli valyutasının 
xarici valyuta ilə bağlılığı ilə nəticələnir. Eyni zamanda, valyuta 
tənzimlənməsi inflyasiya spiralının “qiymət - valyuta kursu – qiy-
mət”-in sərt fəaliyyətinə yol verməməyə yönəldilir ki, bu da mü-
badilə kursunun stabilləşməsinə nisbi nail olunmasına imkan verir. 
O, ilk növbədə, “valyuta dəhlizini” (valyuta kursunun dəyişməsinin 
yuxarı və aşağı hədlərini əks etdirir) müəyyən edən alətləri ilə, 
həmçinin Mərkəzi Bank tərəfindən valyuta intervensiyasının elə 
istiqamətləndirilməsini təmin edilir ki, ona uyğun olaraq milli val-
76
yutanın surətlə qiymətdən düşməsi təhlükəsi yaranan zaman Mərkəzi 
Banka onun qızıl-valyuta ehtiyatlarının müəyyən hissəsinin satışa 
çıxarılmasını nəzərdə tutur. İnflyasiyanın qarşısının alınmasının belə 
tənzimlənmə metodunun tətbiqi ılkənin ümumi xərcləri, pul təklifi 
dinamikası üzərində real nəzarəti həyata keçirməyə imkan verir. 
Belə nəzarəti faktiki olaraq o ölkənin Mərkəzi Bankı həyata keçirir 
ki, onun pul kütləsi valyutaya süni olaraq bağlıdır. Ona görə də son 
illər İEÖ-in mərkəzi bankları inflyasiya targetləşdirilməsi siyasətinə 
daha çox tətbiq edir. O, inflyasiyanın müşahidə olunan səviyyəsi ilə
perspektiv üçün proqnozlaşdırılan, arzu olunan tempi ilə müqayisə-
sinə əsaslanır. Müvafiq olaraq verilmiş məqsədli istiqamətlərinə 
nail olmaq üçün pul-kredit siyasətinin alətləri ilə qiymət dinamika-
sının monetar və qeyri-monetar faktorlarının təsiri əsas götürülür. 
Ötən əsrin 90-cı illərindən başlayaraq bir neçə İEÖ-də aparılan infl-
yasiya targetləşdirilməsi siyasətinin ən vacib şərtlərindən biri kimi 
dövlətin fiskal – hakim mövqe tutmaqdan bu prosesə dövlətin mü-
daxilədən imtina etməsi olmuşdur. Fiskal-hakim mövqe tutmaq 
dedikdə, ilk növbədə, Mərkəzi Bank tərəfindən hökumətin büdcə 
defisitinin örtülməsinə təqdim etdiyi birbaşa kreditlərin sayı ızərində 
sərt məhdudiyyət qoyulmasını nəzərdə tutur. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin