27
Şəkil 4.2 Qiymətli kağızın bazar xətti stavkaları investorların psixologiyasının
ölçülməsi
Şəklin aşağı hissəsində investorun pessimizmdən
optimizmə dəyişilən
vəziyyətinin nəticəsi görünür. Qeyd edək ki, bu halda qiymətli kağızın bazar xəttinin
yalnız bucağı dəyişir (yəni azalır) və paralel hərəkət etmir. Risksiz qiymətli kağızlar
gəlirin həmin səviyyəsini təmin edirlər. Lakın, bütün riskli qiymətli kağızlar üçün
gözlənilən gəlirin uyğun səviyyəsi azalır, qaçılmayan risk artdıqca, pessimizm dövrü
ilə müqayisədə gözlənilən gəlirin səviyyəsi azalır.
Deməli, risklə gözlənilən gəlir arasındakı nisbət həmişə sabit deyildir.
Bazarın riskə meylli olmaması dərəcəsi vaxt keçdikcə dəyişilə bilər.
Qiymətli
kağızların dəyərinin müəyyən edilməsinin ümumi konsepsiyası öyrənildikdən sonra
müxtəlif qiymətli kağızların qiymətləndirilməsi öyrənilə bilər.
Dostları ilə paylaş: