M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   55
kitabyurdu org-maliyye-menecmenti

 
Cədvəl 3.1. 
Ssudanın ödəniş sxemi 
İlin 
axırı 
Ödəniş 
məbləği, 
manat 
Faizlər, 
manat 
Borcun əsas 
məbləği üzrə 
ödəniş, 
manat 
Borcun əsas 
məbləğinin 
qalığı, 
manat 


24 

15940 
12000 
3940 
76060 

15940 
11409 
4531 
71529 

15940 
10729 
5211 
66318 

15940 
9948 
5992 
60326 

15940 
9049 
6891 
53435 

15940 
8015 
7925 
45510 

15940 
6826 
9114 
36396 

15940 
5459 
10481 
25915 

15940 
3887 
12053 
13862 
10 
15941 
2079 
13862 

Birinci il 80000 manatın 15%-i 12000 manat təşkil edir, odur ki, birinci il ödəniş 
əsas məbləğə görə 15940 - 12000 = 3940 man. təşkil edir. İlin axırına borclu 80000-
3940 = 76060 manat verməlidir. Bu məbləğ ikinci il üçün faizin hesablanması bazası 
olur: 76060 x 0,15 = 11409 manat və bu qayda ilə 10 ilə qədər hesabat aparılır. 
Qeyd etmək lazımdır ki, birinci illər ödəniş əsasən faizlərdən olur, axırda isə 
demək olar ki, tamamilə borcun əsas məbləği ödənilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


25 
 
 
BÖLMƏ 4. QİYMƏTLİ KAĞIZLARIN DƏYƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ 
 
4.1. Ümumi qiymətləndirmə 
Gələcək dövrlərin gəlirini nəzərə almaqla pulun dəyəri anlayışını müxtəlif 
qiymətli kağızların qiymətləndirilməsində istifadə etmək olar. Qiymətləndirmə dedikdə, 
qiymətli kağızların bazar dəyərinin müəyyən edilməsi prosesi başa düşülür. Öz 
növbəsində istiqraz vərəqələrinin, imtiyazlı və adi səhmlərin qiymətləndirilməsi 
nəzərdən keçiriləcəkdir. 
İstənilən maliyyə alətinin qiymətləndirilməsindəki əsas amil, risklə gözlənilən 
gəlir arasındakı pozitiv nisbətdir. Adətən, investorlar riskdən qaçırlar və onları yüksək 
riskli fəaliyyətə cəlb etməkdən ötrü daha yüksək səviyyəli gözlənilən gəlir təklif etmək 
lazımdır. Tutaq ki, qiymətli kağızlara sahib olmağın ümumi dövrü ilə birləşən bir qrup 
investordan biri sizsiniz (bu dövr 1 ildir). Qiymətli kağızdan alınan gəlir - bazar 
qiymətinin dəyişilməsi üstəgəl istənilən nağd ödəmələrin (həmin kağızlar üzrə 
kompaniyanın apardığı işlər) cəmi, onun ilk qiymətinə bölünməklə hesablanır. Bu 
qiymətli kağız 100 manata alına bilər, kağız üzrə pul ödənişləri 7 manat və 1 ildən 
sonrakı dəyər 106 manat olur. Gəlir (7 + 6)
manat
/ 100 = 13% təşkil edəcəkdir. Eyni 
zamanda, qaçılmayan risk vardır, yəni portfeldə olan qiymətli kağızların 
diversifikasiyasının köməyi ilə bu riskdən qaçmaq olmaz. Başqa sözlə siz müxtəlif 
qiymətli kağızlara vəsaiti sərmayə edirsiniz və hər bir qiymətli kağız üzrə fərdi riskin 
bir hissəsi ləğv olunur. Diversifikasiyadan sonra qalan risk, qaçılmayan risk adlanır. 
Əgər investor riski tamamilə sevmirsə, onların əldə etdikləri qiymətli kağızdan 
gələn gəlirlə qaçılmayan risk arasında müəyyən nisbət vardır. Bu nisbət qiymətli kağızın 
bazar xətti adlanır və aşağıdakı şəkildə göstərilmişdir.(şəkil 4.1) 
Qiymətli kağızın bazar xətti 
Risk üçün 
mükafat 
Risksiz
Stavka
İl üz


zlənilən 

li



26 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin