M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə27/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
kitabyurdu org-maliyye-menecmenti

 
6.3. Dövriyyə vəsaitlərinin məbləği 
Dövriyyə vəsaitlərinin uyğun səviyyəsini müəyyən etdikdə maliyyə direktoru 
yenə də mənfəətliliklə risk arasında seçim etməlidir. Bu alternativi aydınlaşdırmaqdan 
ötrü qəbul edirik ki, əsas vəsaitlərin məbləği daimidir və yalnız dövriyyə vəsaitlərinin 
məbləği dəyişilir. Həmçinin debitor borcları və əmtəə-material ehtiyatlarının idarə 
edilməsi səmərəlidir, bütün dövr ərzində ardıcıldır, yəni hər bir buraxılış səviyyəsində 
debitor borcları və əmtəə-material ehtiyatlarına qoyulan vəsait müəyyən olunmuşdur. 
Nəticədə yalnız pul vəsaitləri və tez realizə olunan qiymətli kağızların dövriyyə 
vəsaitlərindəki payı nəzərdə tutulur. 
Bütün qəbul edilmiş hallarda risk-ödənmə alternativi mövcuddur. 
Ümumiyyətlə, aktivlərin ümumi məbləğində dövriyyə vəsaitlərinin payı çox 
olduqca, firmanın dövriyyə vəsaitləri üzrə siyasəti az riskli olur. 
Digər tərəfdən isə dövriyyə vəsaitlərinin payı azaldıqca, firmanın siyasəti 
təcavüzkar və riskli olur. Satışın istənilən həcmində firmanın dövriyyə vəsaitləri çox 
olduqca onun nisbi mənfəətliliyi azalır, yəni pul vəsaitlərinin bir hissəsi istehsalda 
istifadə olunmayıb. 
Bu mülahizələri təsdiq etməkdən ötrü, fərz edək ki, əsas vəsaitlərin mövcud 
həcmi ilə firma ildə 100000 vahid məhsul istehsal edə bilər. İstehsal bütün nəzərdən 
keçirilən dövrdə aparılır və müəyyən miqdarda məhsul buraxılır. Hər bir buraxılış həcmi 
üçün dövriyyə vəsaitlərinin müxtəlif məbləği ola bilər. Tutaq ki, 3 belə məbləğ vardır. 
Buraxılış həcmi ilə dövriyyə vəsaitləri arasındakı qarşılıqlı əlaqə şəkil 6.2 göstərilib. 


47 
Şəkil 6.2. Əsas və dövriyyə vəsaitlərinin 
Şəkildən göründüyü kimi, buraxılış artdıqca, dövriyyə vəsaitlərinə tələb olunan 
investisiyalar artır. Lakin, bu asılılıq xətti deyildir. Dövriyyə vəsaitlərinin artım sürəti 
buraxılış artdıqca azalır. Bu əlaqəni təhlil etdikdə nəticəyə gəlmək olar ki, buraxılış 
vahidi azaldıqca dövriyyə vəsaitlərinə olan tələbat artır. Bütün bu hallarda əsas 
vəsaitlərin həcmi dəyişilmir. 
Üç alternativdən A variantı daha konservativdir və hər bir buraxılışda əsas və 
dövriyyə vəsaitləri arasındakı nisbilik çoxdur. Bu nisbilik çox olduqca firmanın 
likvidliyi artır və ödənilməmək riski azalır, bu şərtlə ki, başqa amillər dəyişilməmiş 
qalsın. Ç alternativi daha təcavüzkar siyasəti əks etdirir, çünki dövriyyə və əsas vəsaitlər 
arasındakı nisbilik bütün buraxılışlarda azdır. Ödənilməmək ehtimalı böyükdür, əgər 
xalis xüsusi vəsaitlərin daxil olması gözləniləndən az olarsa. 
Tutaq ki, gələcək ildə firma 80000 məhsul vahidi satışından 2000000 m., borclar 
üzrə faiz və 10% vergi ödənilənə qədər 200000 manat xalis mənfəət əldə edəcəyini 
gözləyir. Dövriyyə vəsaitlərinin həcmi dəyişdikdə bu rəqəmlər dəyişilməyəcəkdir. 
Həmin dövrdə əsas vəsaitlərin məbləği 500000 manat, dövriyyə vəsaitləri isə 
variantlardan asılı olaraq 400, 500 və ya 600 min manat ola bilər. Hesablanan 
mənfəətlilik 6.1 cədvəlində verilmişdir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin