M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
kitabyurdu org-maliyye-menecmenti

 
8.3. Təminatlı kredit 
Bir çox firmalar təminatsız ssudaları ala bilmirlər, ya ona görə ki, banklara 
firmanın borc ödəmə qabiliyyətini o qədər də yüksək qiymətləndirmir, ya da firmalar 
etibarlı olduqlarını sübut etməyiblər. Ssudanın verilməsi üçün kreditorlar qiymətli
kağızlarla təminat tələb edirlər ki, bu da vəsait itkiləri riskini azaltmalıdır. Qiymətli
kağızları olan kreditorların ssudanın ödənilməsinin 2 mənbəyi vardır: borca xidmət 
üçün yönəldilən pul vəsaitləri və zəmanətin dəyəri. 
Təminatın bazar qiymətinin kredit məbləğindən çox olması ssudanın 
təhlükəsizlik dərəcəsini müəyyən edir. Əgər borclu öz öhdəçiliyini yerinə yetirmirsə
kreditor təminatı satıb, öz tələbatını ödəyə bilər. Əgər təminatın satışından alınan
məbləğ həm kredit məbləği, həm də faizdən çoxdursa, fərq borclunun hesabına
köçürülməlidir. Əgər məbləğ az olarsa, kreditor fərq məbləği qədər təmin olunmayan 
kreditor olur. Kreditorun çalışdığı təhlükəsizlik dərəcəsi, borclunun kreditqabiliyyət, 
onda olan təminatın növü və ssudanı verən maliyyə institutundan asılıdır. Zəmanətin


63 
ölçüsü isə bir neçə amildən asılıdır. Ən əsası təminatın likvidliyidir. Əgər zəmanət 
bazarda tez satılıb, qiyməti aşağı düşməzsə, kreditor ssudanı verəcəkdir. Digər tərəfdən, 
zəmanət, yalnız həmin kompaniyaya məxsus olan xüsusi mexanizmdirsə və II bazarda 
iştirak edə bilmirsə, kreditor krediti verməyəcəkdir. Zəmanətin müddətinin də 
əhəmiyyəti böyükdür. Əgər onun müddəti ssudanın müddətinə yaxındırsa, kreditor 
üçün qiymətli olacaqdır. Daha bir amil, zəmanətlə bağlı risk dərəcəsidir. Onun bazar 
dəyəri nə qədər çox dəyişilərsə və ya kreditor onun dəyərinin qiymətləndirilməsinə o 
qədər də arxayın olmayacaq, zəmanət kreditor üçün cəlbedici olmayacaqdır. Beləliklə, 
likvidlik müddət və risk kreditor üçün müxtəlif növ zəmanətləri cəlbedici edir. 
Kreditor borcludan zəmanət tələb etdikdə, həmin zəmanət obyektinə bir çox 
hüquqlar əldə edir. Zəmanət obyekti kimi, borclunun debitor borcları, ehtiyatlar, 
avadanlıq və başqa aktivləri ola bilər. Kreditorun zəmanət obyektinə olan hüququ 
təminat haqqındakı razılıqda təsdiq olunur. Öz hüququnu zəmanət obyektinə təsdiq 
etməkdən ötrü müqavilənin surəti uyğun dövlət təşkilatına verilir, qeydiyyatdan
keçirilir və bununla da başqa maraqlı tərəflər zəmanət obyektinin başqasına mənsub 
olduğunu bilirlər. Kreditə təminat kimi zəmanət obyektini qəbul etməzdən əvvəl, 
kreditor rəsmi yazılarla tanış olmalıdır və obyektin başqa ssudalar üzrə zəmanət kimi 
istifadəsini aydınlaşdırmalıdır. Yalnız kreditor, rəsmi təsdiq olunmuş hüququ ilə bu 
aktivlərdən istifadə edib ssudanı ödəməkdən ötrü sata bilər. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin