70
tərəfində yerləşən aktivləri və sağ tərəfdə olan mənbələri nəzərə alınmalıdır.
Kapitalın qiyməti, uzunmüddətli investisiya həllərinin qəbulunda istifadə
edildiyinə görə bu göstəricinin hesablama prinsipləri öyrənilməlidir.
Kapitalın orta ölçülü qiymətinin öyrənilməsində I məsələ, bu qiymət
hesablandıqda nəzərə alınacaq vəsait mənbələrinin müəyyən edilməsidir. Ən əvvəl,
firmanın istifadəsinə görə faiz vermədiyi vəsait mənbələrinə baxılır.
Buraya mallar,
xidmətlər və işlər üzrə kreditor borcları, əmək haqqı üzrə borclar və vergilərin ödənməsi
üzrə borclar aiddir. Bütün bu borclar cari əməliyyatların nəticəsidir, çünki realizə
həcminin artması bilavasitə bu mənbələrin əmələ gəlməsi ilə müşayiət olunur. Odur ki,
investisiya büdcəsinin formalaşması və təhlili prosesində,
layihə ilə əlaqədar belə
xərclər əmələ gəldikdə, onların məbləği, layihənin maliyyələşdirilməsi üçün tələb
olunan ümumi məbləğdən çıxılır. Tutaq ki, hər hansı layihənin dəyəri 2 mln. manatdır.
Layihədə istifadə edilən əsas vəsaitlər 1,5 mln. manat, dövriyyə vəsaitlərinin gözlənilən
artımı 500000 manatdır (xammal, mat. ehtiyatlarına olan qoyuluşlar). Layihə qəbul
edilsə, onun realizəsi avtomatik olaraq qısamüddətli kreditor borclarının artımına
(təxminən 200 min.m.) səbəb olacaqdır; bu məbləğ isə dövriyyə vəsaitləri artımı
hissəsinin örtülməsi mənbəyi ola bilər. Beləliklə,
dövriyyə vəsaitlərinin
maliyyələşdirilməsinə layihənin tələbatı 200 min.m. qədər azalmış olur və layihənin
maliyyələşdirilməsi üçün tələb olunan kapital 200 min.m. azalaraq, 1800000 man.
olacaqdır. Təhlildə isə əsas məqsəd, 1,8 mln. manat xərcin ödənməsi üçün, layihə gəlir
əldə edə biləcək, ya yox. Deməli, kapitalın orta ölçülü qiymətinin müəyyən
edilməsində, yalnız kapitalın müəyyən hissəsi
relevant olur.
Bundan başqa, qısamüddətli bank kreditlərinə münasibət bildirilməlidir. Belə ki,
bu kreditlər avtomatik əmələ gəlmir. Məsələnin həlli
bu kreditlərin uzunmüddətli
investisiyaların maliyyələşdirilməsi üçün firma tərəfindən nə dərəcədə istifadə
edilməsindən asılıdır. Əgər, qısamüddətli kredit və zaemlar dövriyyə vəsaitlərinə dövri
və ya mövsümi olan tələbatın örtülməsi üçün istifadə edilirsə, onlar kapitalın orta ölçülü
qiymətinin hesablanmasında nəzərə alınmayacaqlar. Lakin, borcun bu növləri daimi
maliyyələşmə mənbəyi kimi istifadə edilirsə, nəzərə alınmalıdırlar. Digər tərəfdən bu
borcların, uzunmüddətli layihələrin maliyyələşdirilməsində istifadə edilməsi risklidir və
qabaqcıl kompaniyalar tərəfindən təcrübə də aparılmır. Bu zaman cəlb edilən kapitalın
əsas mənbələri kimi, uzunmüddətli kredit və borclar, imtiyazlı səhmlər və xüsusi kapital
(adi səhmlər və bölüşdürülməyən mənfəət) olacaqdır. Əgər, qısamüddətli
kredit də
borcların bir hissəsi daimi maliyyələşmə mənbəyi olarsa, onlar da nəzərə alınacaqdır.
Kapitalın müxtəlif tərkib hissələrinin qiyməti müəyyənləşdikdə vergilər haqqında
71
da məsələ əmələ gəlir: hesabat vergilər ödənənə qədər və ya sonra aparılmalıdır. Əgər,
firmanın idarə edilməsinin məqsədi, onun səhmdarlarının yaşayış səviyyəsinin
maksimumlaşdırılması
və
bunun
nəticəsi
olaraq
səhmlərin
qiymətinin
maksimumlaşdırılmasıdırsa, təhlildə vergilərin tam təsiri nəzərə alınmalıdır. Odur ki,
kapitalın orta ölçülü qiyməti, yalnız vergidən sonrakı bazaya görə hesablanır.
Daha bir məsələ, göstərici hesablandıqda, bu və ya digər vəsait mənbəyinin
qiyməti nəzərə alınmalıdır, yəni kreditlər ödənməyə qədər alınan tarixi qiymət və
yaxud
sonra, yəni marjinal qiymət. Adətən tarixi qiymət, bəzi həllərin qəbulu üçün istifadə
edilə bilər, məsələn, əvvəlcədən alınmış kreditlərin səmərəliliyini hesablamaqdan ötrü;
maliyyə menecmentində bu göstəricinin hesablanması ən əvvəl investisiya büdcəsinin
təhlili və tərtibi üçün lazımdır. Belə halda, yeni vəsait mənbələrinin cəlb edilməsi üzrə
son xərclərin hesablanması daha əlverişlidir. (marjinal təhlil, son kəmiyyətlərin
istifadəsinə əsaslanan təhlildir).
Dostları ilə paylaş: