13
qoyulur.
İkinci növ kompaniyalar insanların həyatını sığorta edir. Böyük qrup əhalinin
ölümü ehtimal olunmur, odur ki, sığorta təşkilatlarının uzunmüddətli qiymətli kağızlar
əldə etmək imkanı vardır. Bundan başqa belə təşkilatların gəlirlərinin müəyyən hissəsi
vergidən azad edilir (ehtiyatların yaradılmasına görə). Odur ki, gəliri çox olan
vergiqoyulan investisiyalara üstünlük verirlər.
Təqaüd və b. fondlar, əmək fəaliyyətini bitirmiş insanların gəlirini təmin etmək
üçün yaradılır. Əmək fəaliyyəti müddətində həm işləyənlər, həm də iş verənlər bu fonda
vəsaitləri keçirir. Yığım dövründə daxil olan vəsaitlərə vergi qoyulmur,
lakin pullar
qaytarıldıqda vergi ödənilir. Təqaüd təşkilatlarının passivləri uzunmüddətli xarakterdə
olduqlarına görə, fondun onları uzunmüddətli qiymətli kağızlara investisiya etmək
imkanları yaranır.
Qarşılıqlı kredit fondları korporativ səhm və istiqrazlara müəyyən vəsaitlər
qoyurlar. Onlar fiziki şəxslərdən pul götürərək, aktivlərin spesifik növlərinə
yerləşdirirlər. Adətən,
belə fondlar, müəyyən ödənişlə investisiyaları idarə edən
kompaniyalarla əlaqədar olurlar. Hər bır fiziki şəxs, əmanətin ölçüsündən asılı olaraq
fondun müəyyən payına malik olur. İstənilən vaxt həmin şəxslər öz səhmlərini sata
bilərlər. Çünki fondlar onları almağa məcbur olurlar. Bəzi fondlar öz pullarını adi
səhmlərə, bəziləri isə korporativ istiqraz vərəqələrinə, bazar pul öhdəçiliklərinə, yəni
qısamüddətli kommersiya veksellərinə qoya bilərlər. Müxtəlif fondların
investisiya
siyasəti, sabit gəlir alma və əmanətçilərin təhlükəsizliyini qorumaq siyasətindən,
mənfəət almaq kimi təcavüz siyasətə qədər dəyişilə bilər.
Maliyyə kompaniyaları xüsusi korporasiyalar olub, istehlak ehtiyacları üçün
ssudalar verir. Bir tərəfdən bu firmalara səhmləri buraxmaqla vəsaiti mobilizə edir,
kommersiya banklarından kreditlər alır, digər tərəfdən ssudalar verir. Belə növ
kompaniyalar - kiçik müəssisələr üçün əsas maliyyə mənbəyidir.
Müəyyən maliyyə təşkilatları lazım olan broker funksiyalarını yerinə yetirirlər.
Nə vaxt ki, brokerlər, vəsaitlərə ehtiyacları olanları vəsaiti olanlarla görüşdürür, onlar
kredit funksiyasını yox, kapitala olan tələbat və təklifi birləşdirmiş olur.
İnvestisiya bankları korporativ səhm və istiqraz vərəqələrinin satışı
ilə məşğul
olur. Firma vəsaitləri cəlb etmək istədikdə, investisiya bankı buraxılışın bütün qiymətli
kağızlarını alaraq, onları investorlara satır. Banklar daima kapitalın təklifi və tələbatını
birləşdirdiklərindən, onlar emitentlərə nisbətən qiymətli kağızları daha səmərəli
yerləşdirir. Xidmətlər üçün ödəniş qiymətli kağızı buraxan kompaniyaya verilmiş
məbləğlə alıcılardan alınan məbləğ arasındakı fərq təşkil edir.
14
İpoteka bankları. ya birbaşa fiziki şəxslər və firmalar, ya da tikinti
kompaniyaları və daşınmayan əmlakın satışı üzrə agentlərdən
daxil olan ipoteka
girovlarının alınması və yerləşdirilməsi ilə məşğul olur. Baxmayaraq ki, ipoteka
bankları broker kimi fəaliyyət göstərirlər və özləri kapitalı cəlb etmirlər, onlar, adətən,
investorlar üçün girovlara xidmət edir, yəni girov şərtlərinin yerinə yetirilməsini,
ödənişlərin alınmasını izləyirlər. Bu fəaliyyət üçün komission mükafatları alırlar.
Maliyyə sisteminin fasiləsiz işi çoxlu sayda birjalar və qiymətli kağızlar bazarları
ilə təmin edilir. Dövriyyədə olan maliyyə aktivləri ikinci bazarda alınır və satılırlar.
İkinci bazardakı sazişlər bazarda olan qiymətli kağızların sayını artırmır,
lakin bu
bazarın fəaliyyəti maliyyə aktivlərinin likvidliyini artırır, bununla da ilkin bazarın
genişləndirilməsinə səbəb olur. Bu cəhətdən, fəaliyyətdə olan Nyu-York fond birjası,
Amerika fond birjası, Nyu-York istiqraz birjalarının köməyi ilə satış və alış üzrə
sifarişlər bir-birini tapır. Bu prosesin gedişində tələb və təklifdən asılı olaraq maliyyə
alətlərinin bazar qiyməti müəyyən edilir.
Birjadan kənar bazarlar, birjalarda qeydiyyatdan keçməyən səhm və istiqraz
vərəqələri üçün ikinci bazar olur. Orada broker və dilerlər müəyyən edilmiş qiymətlərlə
qiymətli kağızları alıb-satmaqla məşğuldular.
Birjadan kənar bazarlarda çoxlu korporativ istiqrazlar satılır. onlar son vaxtlarda
avtomatlaşdırıldıqlarına görə rəsmi birjalarda olduğu kimi, müəyyən yerdə toplanmırlar.
Fond dilerlərinin milli assosiasiyasının avtomatik kotirovka xidməti (National
Assaciation Securitiies Dealers Avtomatical Quotatıon Service -NASDAQS) bu
şəbəkəyə xidmət edir və orada qiymətlərin kotirovkası həmişə yeniləşir. İndi
bir çox
firmalar öz səhmlərini birjadan kənar bazarlarda satırlar, baxmayaraq ki, bu qiymətli
kağızlar birjaların listinqinin tələblərinə cavab verir.
Dostları ilə paylaş: