8
1.2. Firmanın fəaliyyətinin məqsədi
Firma çərçivəsində kapitalın hərəkətinin səmərəli idarə olunması, onun inkişafının
müəyyən məqsəd daşıdığını göstərir ki, bu da bu və ya digər maliyyə həllinin
səmərəliliyini qiymətləndirməyə imkan yaradır. Bütün hallarda həllər müəyyən standartlar
əsasında qəbul olunmalıdır. Müxtəlif məqsədlərin olmasına baxmayaraq firmanın əsas
məqsədi, onun sahiblərinin rifahının maksimum artırılmasıdır.
Korporasiya üzvlərinin mülkiyyəti, səhmdar kapitalının müəyyən uyğun payı ilə
təsdiq olunur.
Hər bir səhm, onun sahibinə həmin kompaniyanın kapitalının müəyyən
hissəsinin aid olduğunu göstərir. Bu halda səhmdarların rifahı firma səhmlərinin bazar
qiyməti kimi başa düşülür.
Baxmayaraq ki, bazar qiyməti səhmdarların rifahının
ölçülməsi meyarı kimi əlverişli deyil, lakin o qiymətləndirmə üçün mümkün olan ən
yaxşı metoddur. Əgər firmanın səhmləri
bazarda dövr etmirlərsə, başqa alternativ
qiymətlərdən istifadə etmək olar. Uyğun kompaniyaların vəziyyətini təhlil edərək
(səhmləri bazarda dövr edən) firmanın təxmini bazar qiymətini müəyyən etmək olar.
Çox vaxt mənfəətin maksimumlaşmasına firmanın fəaliyyət məqsədi kimi baxılır.
Lakin, mənfəətin ümumi həcmi əvəzinə səhmə düşən mənfəətin maksimum olması daha
əlverişli olar. Bu göstərici də məqsədi
o qədər də düzgün əks etdirmir, çünki o
göstərilən mənfəətin alınması anını və müddətini müəyyən etmir. Doğrudan da, 5 il
sonra 100 min manat gəlir gətirəcək layihəyə nisbətən, hər il 15 min manat gəlir gətirən
layihə daha qiymətli olarmı? Bu sualın cavabı həm də firma
üçün gələcək dövrlərin
gəlirlərindən pulun dəyəri nəzərə alınmaqla, asılıdır.
Səhmə olan mənfəətin maksimum olması məqsədinin başqa çatışmayan cəhəti,
mənfəətin gözlənilən axınında riskin nəzərə alınmamasıdır. Kapital qoyuluşları
layihələrindən bəziləri vəsaitlərin qoyuluşu riski ilə müşahidə olunur. Digər
tərəfdən kompaniya, öhdəçiliklərin məbləği ilə kapital quruluşundakı xüsusi vəsaitlərin
nisbətlərinə görə də riskə məruz qala bilər.
Nəhayət, belə bir məqsəd qoyulduqda, səhmlərin bazar kursları ilə əlaqədar olan
divident siyasəti nəzərə alınmır. Əgər məqsəd yalnız səhmlərə olan mənfəəti artırmaq
olsaydı, o zaman firma heç vaxt divident ödəməzdi. Firma mənfəəti artırmaqdan ötrü,
ödənişi saxlayıb, həmin məbləği bazarda tələbat çox olan qiymətli kağızlara investisiya
edərdi.
Bütün bu deyilənlərə görə belə nəticəyə gəlmək olar ki,
səhmə olan mənfəətin
artması, heç də səhmlərin bazar kursunu maksimumlaşdırmır. Firmanın səhmlərinin
bazar kursu, qiymətli kağızlar bazarının bütün iştirakçıları tərəfindən ümumiləşmiş
9
qiymətləndirmədir. Bütün yuxarıda göstərilən amillər nəzərə alınır,
səhmlərin kursu,
firma fəaliyyətinin səmərəlilik dərəcəsinin indikatoru kimi çıxış edir. Bununla da firma
rəhbərliyi həmişə nəzarətdə olur. Onların fəaliyyəti ilə razılaşmayan səhmdarlar, öz
səhmlərini sataraq, kapitalı başqa kompaniyaya investisiya edir. Əgər belə hərəkət çoxlu
səhmdarlar
tərəfindən yerinə yetirilərsə, bu firmanın səhmlərinin kursunun aşağı
düşməsinə səbəb olacaqdır.
Səhm sahiblərinin rifahının yüksəlməsi, idarə heyətini sosial məsələlərin
həllindən azad etmir: istehlakçının maraqlarının müdafiəsi, əməyin təhlükəsiz şəraiti və
işə qəbul
etmənin əlverişli şərtləri, təhsil proqramlarına kömək və ətraf mühitin
mühafizəsi. Lakin, sosial cavabdehlik kriteriyaları aydın müəyyən edilmədiyindən,
məqsədi dəqiq formalaşdırmaq mümkün deyildir.
Dostları ilə paylaş: