48
ödənilənə qədər
mənfəət, manat
Dövriyyə
vəsaitlərinin məbləği,
manat
600000
500000
400000
Əsas vəsaitlərin
məbləği, manat
500000
500000
500000
Aktivlərin ümumi
məbləği, manat
1100000
1000000
900000
Aktivlərin dövretmə
əmsalı (satış həcmi /
aktivlərin ümumi
məbləği)
1,8
2
2,2
İnvestisiyaların
ödənilmə əmsalı
(mənfəət /aktivlərin
ümumi məbləği), %
18,2
20
22,2
Cədvəldən göründüyü kimi dövriyyə və əsas vəsaitlər arasındakı nisbilik artdıqca,
kapital qoyuluşlarının ödənmə əmsalı azalır. A variantı daha konservativdir və kapitala
planlaşdırılmayan tələbatın ödənməsi üçün daha böyük ləğvetmə ehtiyatı verir.
Başqa
variantlara nisbətən bu variantda investisiyaların ödənməsi əmsalı ən azdır.
Digər
tərəfdən Ç variantı kapital qoyuluşları ödənməsinin ən yüksək əmsalına malikdir, lakin
ən az ləğvetmə əmsalını göstərir və ona görə də daha risklidir.
Bu misal mənfəətliliklə risk arasındakı seçimin ən sadəsidir.
Burada dövriyyə
vəsaitlərinin səviyyəsinin dəyişilməsi ləğv edilən aktivlərin, yəni pul vəsaitləri və
bazar
qiymətli kağızlarının dəyişilməsi ilə müəyyənləşir. Nəzərə almalıyıq ki, bu
ümumiləşdirmə, dövriyyə vəsaitlərinin kəmiyyətinin debitor borcları və əmtəə-material
ehtiyatlarının dəyişilməsi nəticəsində daha mürəkkəb olur.
Baxmayaraq ki,
debitor
borcları pul vəsaitlərinin azalması halı üçün rezerv ehtiyatı yaratmır, lakin,
o əmtəə-
material ehtiyatları və ya əsas vəsaitlərə nisbətən daha yüksək ehtiyat fondunu təmin
edir. Həm də, debitor borcu olduqda
imtina edilən mənfəət məbləği, pul vəsaitləri və ya
bazar qiymətli kağızların yığımına görə az, əmtəə-material ehtiyatları
və əsas
vəsaitlərin yığımına görə çox olur. Odur ki, mənfəətlilik və riski nəzərə alaraq, debitor
49
borcları və əmtəə-material ehtiyatlarının əlverişli səviyyəsi öyrənilməlidir.
Dostları ilə paylaş: