Ekoloji ziddiyyət məsələsinin təhlilinə də diqqət yetirmək yaxşı olardı. İstənilən qarşılıqlı fəaliyyətdə ziddiyyət var, burada tərəflər nisbətən sabitdirlər, sərbəstdirlər, əks istiqamətdə fəaliyyət göstərirlər, bir-birini istisna edir, öz aralarında mübarizə aparır, eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olur, bir bütövlük təşkil edirlər. Deyilənlər tam mənada ekoloji ziddiyyətin inkişaf prosesi kimi çıxış edən cəmiyyət və ətraf mühitin qarşılıqlı fəaliyyətinə aiddir. Cəmiyyətin formalaşması prosesində cəmiyyət və ətraf mühit arasında ekoloji ziddiyyətin yaranması baş verir. Əvvəlcə, bütün başda dialektik ziddiyyətlər kimi o fərqli formada çıxış edir. Bu başlanğıc onunla xarakterizə olunur ki, təbiət hələ tarixin gedişi ilə öz formasını dəyişmişdir və adamlar təbiətə heyvan kimi münasibət bəsləyirlər. Ekoloji ziddiyyət özünün sonrakı inkişafında müxtəlif hallar yaşayır, hətta bu hal ekoloji böhran kimi də təzahür edir. Ekoloji ziddiyyətin xüsusiyyəti onunla müəyyən olunur ki, iki keyfiyyətcə müxtəlif tərəflər, müxtəlif səviyyədə təşkil olunan tərəflər qarşılıqlı fəaliyyətdə olur. Ona görə də bu ziddiyyətə nə son dərəcə sosial, ictimai, nə də son dərəcə təbii kimi baxmaq olmaz, belə ki, hər iki tərəfə qibtəediləcək fəallıq xasdır. Təbii mühitdəki dəyişiklik yalnız cəmiyyətin fəaliyyətində baş vermir: təbiətdə həm də cəmiyyətdən asılı olmayan, onun öz daxili gücündən yaranan immanent (daxili) dəyişikliklər baş verir. Bu dəyişiklik də öz növbəsində cəmiyyətin cavab reaksiyasını yaradır, ekoloji ziddiyyətin inkişafına təsir edir, onun kəskinləşməsinə gətirib çıxara bilir.
Ekoloji böhranla bağlı bəzi məqamları qeyd etmək məqsədəuyğundur. Ekoloji vəziyyətin mümkün növləri arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı vəziyyətdir. Bu da tam izah olunandır, belə ki, bu cür vəziyyət yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb edir. Ekoloji böhran deyərkən «cəmiyyət-təbiət» sisteminin dinamik inkişafının pozulmasını xarakterizə edən, «cəmiyyət-təbiət» münasibətlərinin olduqca kəskinləşməsi, onun ziddiyyət həddinə çatması, ekoloji fəaliyyət vasitəsi ilə sistemin daxilindəki əlaqənin dəyişməsini zəruri edən ekoloji vəziyyət tipi başa düşülür. Sistemin böhranı öz ifadəsini sistemin özündə, onun daxili ziddiyyətlərinin inkişafında tapır. Bu sistemin daxili inkişafında onların qanılıqlı fəaliyyətində ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz daxilindədir. Məkan xarakteristikasına əsasən lokal, regional və qlobal ekoloji böhranı fərqləndirirlər. Öz mənşəyi etibarı ilə onlar təbiidir, yəni insan fəaliyyətindən asılı olmayaraq təbii mühitin daxili səbəblərindən irəli gələn dəyişikliklər nəticəsində yaranır (məsələn, vulkan püskürməsi nəticəsində böyük mədəniyyətlərin məhv olması), eyni zamanda həm də antropogenez mənşəyə malikdirlər, yəni təbiəti dəyişdirmək və ya onu özünə tabe etməyə yönələn insan fəaliyyətinin nəticəsində yaranır (bu gün qarşılaşdığımız ekoloji böhran buna misal ola bilər). Antropogenez böhran keçmişdə də dəfələrlə olmuşdur. Məsələn, belə güman edirlər ki, Amerikanın qədim sivilizasiyası (inklərin, asteklərin, mayyaların) torpağını həddindən artıq istismarı nəticəsində yaranan ekoloji böhranın nəticəsində məhv olmuşdur. Elmi tədqiqat üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq antropogen ekoloji böhran təşkil edir. Bu da aydındır; öz mənşələri etibarı ilə onları prinsipcə aradan qaldırmaq olar, onları törədən cəmiyyətdə bu böhranı aradan qaldırmaq üçün kifayət qədər imkan da vardır.
Müasir ekoloji vəziyyətlə bağlı məsələyə xüsusi yer vermək məqsədəuyğundur. Cəmiyyətin təbiətə münasibəti maddi istehsalın və bütövlükdə tarixi prosesin ən mühüm komponentidir. Cəmiyyət öz inkişafının hər bir mərhələsində təbiətlə olan qarşılıqlı münasibətini düzəltməyə məcburdur, çünki nə onun özü, nə təbii şərait dəyişməz deyildir, həmişəlik verilmir. Lakin heç vaxt ekoloji problem bəşəriyyət qarşısında bu gün dayandığı qədər kəskin dayanmamışdır. Ekoloji vəziyyət yerdə mövcud olan sivilizasiyanın həyat və ölüm arasındakı sərhəddi kimi qarşımızda kəskin şəkildə dayanır. Keçmişin kəskin ekoloji vəziyyəti müasir dövrdə olan vəziyyətindən ən azı iki münasibəti ilə fərqlənir. Birincisi, onlar öz xarakterlərinə görə lokal və regional olmuşdurlar; ikincisi, onlar kortəbii şəkildə təbiətin özündə yaranmışdılar. Müasir ekoloji vəziyyət isə qlobal, ümumplanetar xarakter daşıyır və sözün həqiqi mənasında cəmiyyətin davamıdır, müstəqil geoloji gücə çevrilmişdir, yəni kortəbii təbiət qüvvələrindən daha çox dəyişiklik yarada bilən amilə çevrilmişdir (daşqın, vulkan püskürməsi, zəlzələ, tayfun, qum axını və s.). Müasir ekoloji vəziyyətin mahiyyətindən danışarkən onun üç metodunu qeyd etmək olar:
1. Təbii ehtiyacların cəmiyyət tərəfindən mənimsənilməsi olduqca sürətlə gedir, cəmiyyət xammal, enerji ehtiyatlarından acgözlüklə istifadə edir. Bir nümunə göstərək: bəşəriyyət hal-hazırda il ərzində təqribən üç milyard ton neft yandırır və bu sürətlə bu təbiət məhsulundan istifadə davam etsə o təqribən qırx ildən sonra tükənə bilər.
2. Təbii ətraf mühitin çirklənməsi olduqca sürətlə gedir, atmosferin, hidrosferin, litosferin bu sürətlə çirklənməsi «azon deşiyi» hesab olunan ağır fəlakətlərə gətirib çıxaracaqdır.
3. Bəşəriyyətdə əhali artımı sürətlə gedir.
Aydındır ki, bu üç an ictimai mənşəyə malikdir. Onlardan ilk ikisi elmi-texniki inqilabdan birbaşa və bilavasitə yaranmışdır; xüsusilə də elmi-texniki tərəqqinin silahlanma sahəsinə tətbiqi burada mühüm rol oynayır. Üçüncü anın bəzi izaha ehtiyacı var. Birincisi, sizdə belə bir sual yarana bilər: əgər XX əsrin ikinci yarısında bəşəriyyət 20-30 il ərzində öz əhalisinin sayını iki dəfə artırırsa, onda Maltus öz fikirlərində düz deyildirmi? Bu suala cavab verərkən nəzərə almaq lazımdır ki, əhalinin artımının müasir sürəti bəşəriyyətin inkişafı üçün norma deyildir və yaxın gələcəkdə onun kifayət qədər azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz əlli il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin çox artımından getmir. Əgər bu gün zəif inkişaf etmiş ölkələrdə il ərzində əlli milyon adam acından ölürsə, bu yer kürəsində ərzaq ehtiyatlarının tükənməsi demək deyildir. Müasir elmi-texniki tərəqqi əkin sahələrinin becərilməsi və hər hektardan otuz sentinerdən çox taxıl almağa imkan verir və bu da 7 milyard əhalini yedizdirməyə kifayət edir. Bu ölkələrin geridə qalmasına səbəb onların yaşadıqları müstəmləkə həyatının qoyduğu izdir, onların istismar olunması, ərzağın əsas kütləsinin inkişaf etmiş şimalın əlində cəmlənməsidir. Beləliklə, biz bu gün əvvəllər görünməyən miqyasda olan ümumplanetar böhranla üz-üzə dayanımşıq, ilk baxışdan sırf ekoloji böhran xarakterində olan bu vəziyyət sivilizasiyanın ümumi böhranına çevrilmişdir, bu da həyatın bütün sahələrini - iqtisadi, ictimai, mənəvi sahələri tam əhatə etmiş, onun normal inkişafına mane olmuşdur.
Bu gün dünyadakı ekoloji vəziyyəti böhranlı vəziyyət kimi xarakterizə etmək olar. Qlobal ekoloji problem kimi aşağıdakıları qeyd etmək olar:
• bitki və heyvanların minlərlə növü məhv edilmiş və məhv edilməkdə dava edir;
• meşə sahələri kifayət qədər qırılmışdır;
• faydalı yeraltı sərvətlərin ehtiyatları sürətlə azalır;
• canlı orqanizmin məhv edilməsi nəticəsində dünya okeanı yalnız sıradan çıxmır, həm də təbii proseslərin nizamlayıcısı ola bilmir;
• atmosfer müəyyən ərazilərdə qəbul olunmuş normadan artıq dərəcədə
çirklənmişdir, təmiz hava artıq çatışmır;
• azon təbəqəsi qismən pozulub, bütün canlılara məhvedici təsir göstərəcək, kosmik şüalanmadan Yer kürəsini qoruyan azon təbəqəsinin pozğunluğu ağır nəticələrə gətirib çıxara bilər;
• təbii landşaftın üst qatı çirklənib: Yer kürəsində bir qarış belə yer tapmaq mümkün deyildir ki, insan tərəfindən süni şəkildə yaradılan elementlər olmasın.
İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarını ödəmək mənbəyi kimi baxdığından, insanın təbiətə istehlak münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti münasibət fəlsəfəsinin özünü dəyişdirmək həyati əhəmiyyət kəsb edən bir problemə çevrilmişdir.
Bəşəriyyətin müasir inkişaf mərhələsində noosfera haqqında təlim xüsusi əhəmiyyət kəsb etmişdir. İnsan özünün bütün tarixi ərzində şüurlu və şüursuz şəkildə təbiəti fəth etməyə cəhd etmişdir. Təbiətin üzərində dayanmaq, onu fəth etmək, onu özünə tabe etmək -insanın təbiətə münasibətində qarşısına qoyduğu məqsəd bu olmuşdur. Bu məqsədə çatmaq yolunda çoxlu nailiyyətlər əldə edən insan təbiəti yaxşılaşdırmaq fıkrinə düşmüş, maşınla idarə olunan istehsal, texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə bu cür texnoqrafik yanaşma bu gün ondan irəli gələn təhlükəni açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf mühitin çirklənməsinə gətirib çıxartmışdır, təbii ehtiyatlar, su ehtiyatları azalır, bu da biosferanın dağılmasına, Yer kürəsində məskunlaşan bütün canlıların məhv olmasına gətirib çıxartmışdır. Biosferaya təsir göstərən mənfi millər içərisində sənaye istehsahnı xüsusilə qeyd etmək lazımdır: istilik elektrik stansiyaları, qara və əlvan metallurgiya, kimyəvi və sement zavodlarının və s. ətraf mühitə vurduğu ziyanın miqyası ölçüyə gəlməzdir. Hal-hazırda bizim planetdəki bütün sənaye müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş karbon, 10 milyon tonlarla kükürdlü anhidrit (su ilə birləşdikdə turşu hasil edən oksid), 20 milyon tona qədər oksidləşmiş azot, milyon tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar məcmu şəkildə planetdə temperaturun yüksəlməsinə, atmosferin və təbii suların çirklənməsinə, ozon qatının dağılmasına, iqlim yağışlarına və təbiət və insan üçün öldürücü olan digər məhvedici nəticələrə gətirib çıxarır.
İnkifaş edən bəşəriyyətin yaxın gələcək üçün əldə edəcək faydaya meyl edərək təbii ehtiyatlardan necə gəldi istifadə etməsi onun üçün olduqca ağır nəticələrə gətirib çıxarmışdır, müxtəlif ölkələrdə «yaşıllıq» hərəkatı yaranmış, ətraf mühiti qorumaq üçün dövlət orqanları fəaliyyət göstərir. Bu gün bütün dünyada ekoloji problemə böyük diqqət yetirilir. Bu problem BMT səviyyəsində müzakirə olunur, ayrı-ayrı ölkələr öz aralarında ekoloji problemlərlə bağlı birgə əməkdaşlıq haqqında müqavilə imzalayır, azon qatının deşilməsi probleminin həllinə istiqamətlənən addımlar atılır, iqlimin dəyişməsi, dünya okeanının ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıq hamının diqqətini ekoloji problemə yönəltmişdir. Ekoloji çətinliklərdən çıxmaq üçün fəlsəfədə yaranan mövqeləri qeyd etmək məqsədəuyğundur.
Bu fəlsəfi mövqelər arasında russoist və ya neorussoist konsepsiyaları ayırmaq yerinə düşər. «Geriyə, təbiətə doğru!» şüarından həvəslənən bu konsepsiyanın tərəfdarları öz konsepsiyalarında öz məğzinə görə ədalətli olan insan və təbiətin vəhdəti haqqında tezisdən uzaqlaşırlar. Lakin bu tezisi mütləqləşdirərək, insanın təbiətə passiv uyğunlaşması ilə deyil, fəal şəkildə onu dəyişdirmək yolu ilə insan olaraq qalması şəraitini inkar edərək səvh nəticəyə gəlib çıxırlar: vəhşi, düzəldilməyən təbiətin qarşısında ibadətin ağıllı həddindən çıxaraq onlar mədəniyyətə münasibətlərini dəyişmiş, insana, onun yaradıcı qüvvəsinə, onun ağlına inamsızlıq həddinə gəlib çatmışdırlar. Ona görə də russoist konsepsiyasından çıxan nəticə və ekoloji problemin əsaslandırılması ilə bağlı onların nəticələri irticaçı utopik, birtərəfli qadağası olan xarakterdədir. Son nəticədə bu cür konsepsiya antihumanist xarakter daşıyır, belə ki, təbiəti və onun təbii dəyərlərini saxlamaq üçün bəşəriyyətin mədəni təbəqəsini məhdudlaşdırmağın zəruriliyini qeyd edirlər. Bununla yanaşı bu konsepsiyanın məzmununda olan müsbət tərəf kimi onu da qeyd edək ki, onlar insanı demiurq (yaradıcı) kimi, təbiət üzərində dayanan, onu fəth edən, təbiəti özünə tabe etməyə çalışan kimi qəbul etmirlər. Bu baxışlarda insanın azadlığı anlayışı təhrif olunur, russoist konsepsiyasının elmə və texnikaya qaışı düşmən münasibəti açıq görünür. Ekoloji problemin antitexniki şərhi üçün xarakterik olan cəhət ondan ibarətdir ki, insan və təbiətin qarşılıqlı fəaliyyəti prosesində elm və texnikanın nailiyyətlərinin istifadə olunması sivilizasiya üçün olduqca qorxuludur. Lakin bu baxışlarla barışmaq cəmiyyəti durğunluğa məhkum etmək olardı, elm və texnika sahəsində, bütöv mədəniyyətdə inkişaf dayanardı. Diqqətlə araşdırdıqda bu baxışların kifayət qədər əsassız olduğu açıq görünür. Doğrudur. insanın təbiətlə qarşılıqlı münasibətin harmoniyasının məhz bu qarşılıqlı fəaliyyətin elmi-texniki forması ilə bağlıdır; lakin bu zəruri haldır, cəmiyyət öz inkişafının müəyyən mərhələsində elmi-texniki tərəqqinin nailiyyətlərindən öz inkişafı naminə mütləq istifadə etməlidir.