Ötürücü: mislənmiş polad (41%) - koaksial damar, mis - güc damarı.
Dielektrik: rəngszi poletilen- koaksial damar,qırmızı/qara PVX- güc damarı
Ekran: falqa və mıəftil hörgüsü mislənmiş alumindən, 81%yuxarı örtük
Xarici üzlük: qara PVX
Burulmuş cütlü kаbellər
Bu kаbellər kompüter şəbəkələrində istifаdə olunаn ən ucuz kаbellərdir. UTP (ekrаnlаşdırılmamış) və STP (ekrаnlаşdırılmış) olаrаq mаrkаlаnır. Informаsiyаnın ötürülmə sürəti 10-100 Mbit/sаn-dir. Əsаs üstünlüyü ucuz olmаsı və аsаnlıqlа qurаşdırılа bilməsidir. Məlumаtlаrı kənаr dаlğаlаrın təsirindən qorumаq üçün ekrаnlаşdırılmış (STP) burulmuş cütlükdən istifаdə olunur. Bu tip kabeller Ethernet 10/100 BASE-T şəbəkələrində istifadə olunur.
Bu tip kabeldə dolanmış tel cütləri koaksial kabeldə olduğu kimi metal bir qoruma təbəqəsi ilə örtülüdür. TP kabellər ilk isti- fadəyə başlandığı vaxtlardan (bəlkə də koaksialdan keçid döv- ründə) STP kabel UTP-yə nisbətdə daha yaxşı qəbul edilmişdir. Ən çöldəki metal qoruma təbəqəsi elektromaqnetik məkanlarda həqiqətən kabel içindəki siqnalın pozulmasına mane olması göz- lənilirdi. Ancaq STP-nin bahalı olması onun yayılmasına mane olmuşdur.
Şəkil 2.6. Burulmuş cütlüklü kаbel
Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair - STP)
Köhnə qaynaqlarda STP-nin UTP ilə müqaisədə daha bahalı, amma STP-nin maqnetik məkanlarda UTP-yə görə daha inamlı kabel olduğu bildirilir. Bu günlərdə bir çox qaynaqda isə STP-nin quraşdırılmasının çətin olduğundan və söyləndiyi qədər də yüksək qoruma ilə təmin etmədiyindən söz gedir. Hətta düzgün istifadə olunmadığında daha pis nəticələrə yol aça biləcəyindən bəhs edi- lir. STP istifadə ediləndə diqqət edilməsi gərəkli ən önəmli nöqtə, çöldəki metal qorumanın düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları toplayan bir antena vəzi- fəsini görür. Qoruma kabelinin heç bir nöqtəsindən zədələnməmiş olması da çox önəmlidir. Ən çöldəki qoruma ilə torpaqlama məlu- matın keçdiyi bütün nöqtələrdə davamlı olaraq təkrarlanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olun- muşdur, ancaq Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir.
Dostları ilə paylaş: |