M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 2,73 Mb.
səhifə13/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   ...   8   9   10   11   12   13   14   15   16

BKM-3B kaskadlı üçyaruslu qəfəsli batareya (şəkil 1.12) 1-56 günə qədər broylerləri yetişdirmək üçün nəzərdə tutulmuşdur. O, karkasdan, qabaq və arxa dayaqlardan, yem­paylama xəttindən, su təchizatı sistemindən, zılı təmizləmək üçün mexanizmdən və torlu qəfəslərdən ibarətdir. Qəfəsli batareyanın karkası torlu qəfəs blokları və zıl döşənəkləri ilə birləşdirilmiş yığma çərçivələr sıra-sından ibarətdir.

Zıl döşəməsi sinklənmiş təbəqə poladdan hazırlanmış fiquralı profilə malik-dir. Qabaq və arxa dayaqlar bir-biri ilə bəndlərlə birləşdirilmiş iki qaynaq edilmiş çərçivədən ibarət­dir; onlar dartıların köməyi ilə qəfəsli batareyanın karkasına bərkidilir.

Hər bir yarusdakı yempaylayıcı xətt-batareyanın bütün qəfəslərindən keçən yem novunun (2) qapalı konturudur. Növun içərisində hərəkət edən ştamplanmış zəncir yemi bunker- dozatordan (5) kontrun bütün uzunu boyu hərəkət etdirir. Üç konturun hər birinin ümumi intiqalı (1) vardır.

Su təchizatı sisteminə tarazlaşdırıcı baklar (6 ) və kasalı suvarıcılar (7) xətti daxildir. Hər qəfəsə iki ədəd kasa suvarıcı düşür. Suvarıcılar-arxa dayaqda yerləşmiş bucurqadanlər (9) köməyi ilə hündürlüyə görə tənzim edilir. Zıl təmiz-ləmə mexanizmi intiqaldan (3), tarımlayıcı qurğusu (11) olan trosdan dövrələyici bloklardan və iki kürəkcikdən ibarətdir. Qəfəslər (8) bir-birinə bəndlərlə bərkidilmiş torlu detallardan hazırlan­mışdır. Qəfəsin qabaq hissəsində karkasın çərçivəsinin kron­şteynlərində bərkidilmiş yem qutusuna torlu içlik qoyulmuş­dur. Hər bir qəfəsin qabaq divarında açılan qapıcıq vardır, ora­dan quşlar qəfəsə otur-dulur, yaxud çıxarılır.


BKM-3 (BKM-3B) qəfəsli batareyasının texniki xarak­teristikası
İntiqalın gücü, kVt …………………………………...1,5

Tutumu, baş:

Qəfəsin.……………………………………………….16

Batareyanın ……………………………………….......9024

Qəfəsdə oturulma sıxlığı, baş /m2 ………………... ....31,4

Bir baş üçün xüsusi yemləmə xətti, sm……………. ...5,6

Hərəkət sürəti, m/dəq:

Yempaylayıcının zəncirinin …………………………..6

Kanatlı-kürəkcikli transportyorun kürəkciyinin ……...7,5

Batareyada qəfəslərin sayı…………………………..564

Qabaritləri, mm:

Qəfəsin ………………………………….. ................888x578x384

Batareyanın ……………………….. .........................87500x1760x1840

Kütləsi, kq ………………………… ……………....7800


Komplektin elektrik avadanlığı yemləmə və təmizləmə texnoloji prosesləri-nin avtomatik və əl rejimlərində idarə edilməsinə imkan verir.

Yumurtalıq toyuqların təmir cavan quşlarını 1-140 gün­lüyə qədər yetişdir-mək üçün sənayemiz prinsipial sxemi və parametrləri BKM-3B batareyasındakı kimi olan BKM-3 qəfəsli batareyasını buraxır.



KBR-2 ikiyaruslu qəfəsli batareya toyuq ana sürüsünü saxlamaq üçün buraxılır. Batareyanın metal karkası hündürlüyə görə iki yarusa bölünmüşdür. Yarusda yalnız bir cərgə qəfəslər qoyulmuşdur. Qəfəsdə 30 toyuq və 3 xoruz yerləşdirilir. Qəfəsli batareyanın hər bir yarusunda zılı yığmaq və üzərindən təmizləmək üçün döşənək nəzərdə tutulmuşdur. Zıl döşənəyinin üstündə maili olaraq ayaqaltı barmaqlıqlar qoyulmuşdur ki, onlar qəfəsin dibini (altını) təşkil edir.

Hər bir qəfəs yüngül qapı barmaqlıqları ilə təchiz edil­mişdir ki, orada quşlar sərbəst oturdular və çıxarılır. Qəfəsin arxa hissəsində yumurtlayan toyuqlar üçün qaranlıqlaşdırılmış yerlər düzəldilmitşdir ki, orada onlar yumurtlayırlar.Yumurta maili rəfciklərlə nəqletdirici lentin üstünə diyirlənir və yumurtayığma stoluna yönəldilir.

Qəfəsli batareyanın hər bir yarusunun zəncirli yempay­layıcısı və nippelli suvarıcıları olan boru kəməri vardır. Qəfəsli batareyanın qabaq hissəsində mexa-nizmləri idarə edən elektrik şkafı quraşdırılmışdır. Qəfəsli batareyanın tutumu 1860 toyuq və 186 x oruz, qabariti 88200 x1360 x2030 mm-dir.

Quş damlarında süni işıqlandırmanın müddətini pro­qramla idarə etmək üçün qurğu. Quşun inkişafına, tez yetiş­məsinə və yumurtavermə qabiliyətinə işığın verilmə müddəti çox təsir edir. Quş damlarında işıqvermə proqram qurğusundan maqnit işəsalıcılarından, paylandırıcı lövhədən və işıqlandırma lampalarından ibarət olan xususi qurğu ilə tənzim olunur.

Quşçuluq təsərrüfatlarında işıqvermə müddətinin uzun­luğunu hər gün səlis surətdə dəyişməklə 52 həftə ərzində verilmiş işıq rejimini avtomatik saxlayan UPUS-1 qurğusu geniş yayılmışdır. Proqram qurğusunun əsas qovşağı 2RVMS tipli zaman relesidir. Onun barabanla əlaqələndirilmiş elektrik mühərrikindən avtomatik qurulan ankerli saat mexanizmi var­dır. Qəbul edilmiş işıqlandırma qrafiki rejimi proqram qurğu­sunun barabanına köçürülür. O, kontaktlar və icraedici mexa­nizmlər vasitəsilə verilmiş vaxtda işıqlandırma lampalarını yandırır, ya da söndürür.

Cavan quşlar və yumurtlayan toyuqlar üçün quş damında əlverişli işıq aşağıda 1.4. saylı cədvəldə göstərilmişdir.Quşun hər bir yaşı üçün işıq dövrünün tövsiyə olunan müdətinə əsas­lanaraq iş rejimi qrafiki təyin olunur və proqrama daxil edilir.

Hinduşka, ördək və qaz əti istehsalının mexanikləş­di­ril­məsi. Son illər ölkəmizdə hinduşka, ördək və qaz əti isteh­salının ixtisaslaşdığı təsərrüfatlarda texnoloji proseslərin mexanikləşdirilməsi sürətlə inkişaf edir.

Cədvəl 1.4. Quşların saxlanma yerində işıqlanma

müddəti


Cavan quşun yaşı, həf.

1

2

3

4

5-19

20

21

22

23

24

25

26

İşıqvermə müddə-tinin uzunluğu, saat

15

12

9

6

6

6

6,5

7,0

7,5

8,0

8,5

9,0

Yumurtlayan toyu­ğun yaşı, həf.

27

28

32

36

40

44

48

52

56

60

64

68

İşıqvermə müddə-tinin uzunluğu, saat

9,5

11

11

12

13

14

15

16

17

19

21

23

Hinduşkaların ana sürüsü qalın döşənəkdə saxlanılır. Zıl qutusu 20-25 sm hündürlüyündə düzəldilir; onun altında zıltəmizləyən kürəkcikli transportyor yerləşdirilir. Yemi paylamaq üçün avtomatik yempaylayıcısı olan bunkerli yem təknələrinin tətbiq edilməsi məqsədəuyğundur. Quş damının bölmələrində yumurtlamaq üçün 4-5 hinduşkaya bir yuva hesabından yuvalar qoyulur.

Təmir cavan hinduşkaların genişqabaritli quş damlarında quru üsulla yem-ləndirilmə və qalın döşənəkdə saxlanılma şəraitində 1 gündən 180 günlüyə qədər yetişdirildikdə İRS-2,3 avadanlıqlar komplekti tətbiq edilir. Komplektə (şəkil 1.13) xarici bunker (1). Yempaylayıcının qəbuledicisi (2). Zəncirli-şaybalı yem-paylayıcı (3). Bunkerli yem qutuları (4), kasaşəkilli asma suvarıcıları (5) olan iki-cərgəli suvarma sistemi, novşə­killi yem qutuları, vakuum suvarıcıları və bruderlər (6) daxil­dir. Bir komplekt 2300 hinduşkaya xidmət edir.

Şəkil 1.13. Təmir cavan hinduşkalarını yetişdirmək üçün İRS-2,3 avadan-

lıqları komplekti quraşdırılmış quş damının sxemi:


1-BSK-10 xarici bunkeri;2-yempaylayıcının qəbüledici; 3-zəncir­li-saybalı yempaylayıcı;4-bunkerli yem qutusu; 5-kasaşəkilli asma suvari­cı; 6-bruder
Ətlik hinduşka sürüsünü 1 gündən 120 günlüyə qədər yetiş­dirdikdə istehsal proseslərini mexanikləşdirmək məqsədilə İMS-4,5 avadanlıqları komplektindən istifadə olunur. Onun tərkibinə bunker, maili transportyor, kasaşəkilli suvarıcılar, yempaylayıcı və yem qutuları daxildir. Yem bunkerdən şnekli transportyorla yempaylayıcının bunker-dozatoruna və sonra İRS-2,3 komplektində olduğu kimi zəncirlişaybalı trans­portyorla yem qutularına verilir. Bir komplekt 4500 hinduş-kaya xidmət edir.

Hinduşkaların ana sürüsü döşəmədə saxlanıldıqda 1,8 min baş tutumlu, ölçüləri 18x72 m olan quş damı üçün ivs-1,8 avadanlıqları komplekti tətbiq edilir. komplekt aşağıdakı pro­sesləri mexanikləşdirməyə imkan verir: yemin qəbulunu, sax­lanılmasını və yem qutularına paylanmasını, yumurtanın yığılmasını, quşların suvarılmasını və zılın yığılmasını.

Son illər ö r d ə k l ə r i n su hövzəsi olmadan yetişdiril­məsi üzrə ixtisaslaşdırılmış təsərrüfatlar geniş intişar tapır.

Ördəklərin ana sürüsünü döşəmədə saxlamaq üçün əsas istehsal proseslərini mexanikləşdirməyə imkan verən KNU-3 və KNU-5 komplektləri buraxılır. Komplektlərdə tətbiq olunan maşın və avadanlıqların siyahısı 1.5-ci cədvəldə veril­mişdir.
Cədvəl 1.5. Ördəklərin ana sürüsünün döşəmədə saxlanılması üçün komplektlərin tərkibi

Maşınlar (avadanlıqlar)


Markası


Maşınların (avadan­lıqların) sayı










KNU-3

KNU-5

Quru yemləri saxlamaq üçün bunker

BSK-3

1

1

Boruşəkilli tros-şaybalı yempay-layıcı

RTŞ-19

1

-




RTŞ –29

-

1

Bunkerli novşəkilli yem qutusu

KNU-3

34

60

Novşəkilli suvarıcı

KMU-10

1

2

Mineral yemlər üçün qutu

ASK

34

40

Kanatlı-kürəkcikli qurğu

MPS-1M

1

-




MPS-2M

-

1

Yumurtlama yuvası

KNU-3

102

160

İdarəetmə şkafı

ÜBK-20V-S4

1

1

Təmir cavan ördəklərin döşəmə üzərində yetişdirilmə­sində istehsal proses-lərini mexanikləşdirmək üçün KRU-4,5 (12 x 84 m ölçülü binalar üçün) və KRU-8 (18 x 96 m ölçülü binala üçün) komplektləri buraxılır. Bu komplektlərin maşın və avadanlıqları-nın tərkibi 6.6-ci cədvəldə verilir.

Ördəklərin ətliyə yetişdirilməsində tutumu 12,5 min baş, ölçüləri 18x96 m olan binalar üçün KMU-15 komplektlərin­dən və tutumu 8 min baş, ölçüləri 12 x 84m olan binalar üçün KMU-10 komplektlərindən istifadə edilir. Onların da maşın və avadanlıqları ÜBK-10V, ÜBK-20V komplektlərindəki kimidir (su qab-ları və yem qutuları istisna olmaqla). KMU-15 və KMU-10 komplektləri novşəkilli suvarıcılarla və bunkerli novşəkilli yem qutuları ilə təchiz edilmişdir.
Cədvəl 1.6. Təmir cavan ördəklərin döşəmələrdə yetişdirilməsi

üçün komplektlərin tərkibi



Maşınlar (avadanlıqlar)


Markası


Komplektdəki maşınla­rın (avadanlıqla­rın) sayı










KRU-4,5

KRU-V

Quru yem saxlamaq üçün bunker

BSK-10

1

1

Boruşəkilli tros-şaybalı yempaylayıcı

RTŞ-19

1

-




RTŞ-29

-

1

Bunkerli novşəkilli yem qutuları

KRU-3,5

58

-

Mineral yemlər üçün qutu

ASK

30

34

Novşəkilli suvarıcı

KMU-10

1

2

Plankalı döşənək

KNU-3

154

176

Kanatlı-kürəkcikli qurğu

MPS-1M

1

-




MPS-2M

-

1

İdarəetmə şkafı

ÜBK-20V-04

1

1

Ördəklərin ətliyə yetişdirilməsində tutumu 12,5 min baş, ölçüləri 18x96 m olan binalar üçün KMU-15 komplektlərin­dən və tutumu 8 min baş, ölçüləri 12x84m olan binalar üçün KMU-10 komplektlərindən istifadə edilir. Onların da maşın və avadanlıqları ÜBK-10V, ÜBK-20V komplektlərindəki kimidir (su qabları və yem qutuları istisna olmaqla). KMU-15 və KMU-10 komplektləri novşəkilli suvarıcılarla və bunkerli novşəkilli yem qutuları ilə təchiz edilmişdir.

Qazların otlaqlar olmadan ətliyə intensiv yetişdirilməsi və kifayət qədər qi-dalı rasionla yemləndirilməsi onların 60-70 günlüyündə 3-4 kütlə realizasiya edilməsinə imkan verir. Bir aylığına qədər şazlar qızdırılan binalarda saxlanılır, sonrakı yetişdirmə və kökəltmə talvarlar altında aparılır. Yemi payla­maq üçün qoşma traktor yempaylayıcıları suvarmaq üçün isə axırı olan suvarıcılar tətbiq edilir. Zılı meydançalardan təkərli traktora asılmış buldozerlə yığışdırılır.


MÜHAZİRƏ № 10


P L A N

1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

2. İnkubatorlar.

3. Quşların kəsilməsi və emalının mexanikləşdirilməsi.



G Ə N C Ə 2017

1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

Yumurtanın əmtəəlik keyfiyyəti, qablaşdırılması və çeşidlənməsi. Yumurta­nın saxlanılma şəraiti və emalı onlarda qidalı maddələrin saxlanılmasına və deməli, yumurtanın qida məhsulu kimi yararlılığına təsir edir. Yığılma, daşınma, təmiz­lənmə və qablaşdırılma prosesində yumurta mexaniki təsirlərə məruz qalır. Texnoloji avadanlığın parametrlərini və iş rejimini düzgün müəyyən etmək, yumurtanın fiziki-mexaniki xassələrini: kütləsini, forma və ölçülərini, möhkəmliyini, statik və dinamik yuklərə dayanıqlıq xassələrini btlmək lazımdır.

Texniki şərtlərə görə toyuq yumurtaları saxlanılma müddətindən, onların keyfiyyətindən və kütləsindən asılı ola­raq pəhriz və xörək yumurtalarına ayrılır. Sınıq yumurtalar uzun müddət saxlanıla və daşına bilməz; onlar çörəkxana və qən-nadı sənayesində xırda (ədədlə) xəmir məmulatlarının bişi­rilməsində istifadə oluna, ya da yerli ticarət şəbəkəsi vasitəsilə satıla bilər.

Yumurta ayrıca olaraq növləri və kateqoriyaları üzrə taxta yeşiklərə aralarına yonqardan araqatı qoymaqla 4 cərgə, hərəsinə 360 ədəd, həmçinin, qabarıq apa-ratları olan büzməli karton yeşiklərə qablaşıdırılır. Yumurta üçün möhkəm, təmiz, quru, kifsiz və kənar qoxusuz taralar seçilir. Yonqar küknar ya da ağ şam ağacından, nəmliyi ən çox 15%, kifsiz və kənar qoxusuz olmalıdır. Pəhriz yumurtaları və təzə yumurtalar, həmçinin ölçüləri yumurtanın kateqoriyasına uyğun gələn karton qutu-larda hərəsinə 10 ədəd olmaqla qablaşdı­rıla bilər. Karton qutunun hər iki tərəfinə etiketlər yapışdırılır, onlarda müəssisənin adı ıə ya malın nişanı, yumurtanın növü və kateqoriyası, onun çeşidlənmə tarixi göstərilir. Qabığı çirklənmiş yumurtalar növlərə və kateqoriyalara ayrılıb qablaşdırılır və qutunun baş tərəfinin sağ aşağı küncünə "çirk­lənmişlər" sözü yazılır.

Hər bir pəhriz yumurtası zərərsiz rənglə qabığında ni­şanlanır:

I kateqoriya yumurtalar - qırmızı rənglə,

II katoqoriya yumurtalar - göy rənglə.

Nişanlanma ştampında yumurtlama günü və ayı həmçi­nin, yumurtaların kate-qoriyaları göstərilir. Yumurta doldurul­muş qutular soyuducuda taxta aparatlar üzə-rində yerləşdirilib, hər dörd sıradan bir aralarına araqatı qoyulmaqla yığılmalı və 1,3- 2,3 0C temperatur, 85-88% nisbi rütubət şəraitində saxla­nılmalıdır.

Yumurtaların yığılması, daşınması, yuyulması və çe­şidlənməsi üçün avadan­­­­lıq. Quşçuluq təsərrüfatı sənaye əsas­larına keçirildikdən və torlu maili döşəməsi olan mexanikləş­dirilmiş yuvalar tətbiq edildikdən sonra yumurtaların yığılması və daşın-ması üçün axın xəttinin yaradılması mümkün olmuş­dur.

Yumurtaların yığılmasının və daşınmasınınaxın xətti me­xanikləşdirilmiş yuvalardan, lentli yumurta transportyorların­dan və qəbuledici-yığıcı stollardan ibarətdir.

İri quşçuluq fabriklərində və quşçuluq fermalarında quş damlırından yığılmış yumurtalar əsas istehsal prosesləri mexa­nikləşdirilmiş yumurta anbarlarına daxil olur. Yumurtaların quş damından yumurta anbarına daşınması üçün transportyorlar və ya avtomobillər tətbiq edilir. Anbarda yaş üsulla təmizlənir, dezinfeksiya edilir, qurudulur, çeşidlənir, markalanır və qab­laşdırılır.



M-4 yumurtayuyan maşını (şəkil 1.1) quşçuluq fab­riklərində və 50-10 min başlıq yumurtlayan toyuq fermala­rında yumurtanı yumaq, dezinfeksiya etmək və sonradan qurutmaq üçün tətbiq edilir. O, örtüklü gövdədən, vintli bara­bandan, şot-kalardan, ventilyatordan və intiqaldan ibarətdir. Çirkli yumurtalar giriş novuna verilir; orada yumurtaayırıcı vasitəsilə fırlanan kobud təmizləmə kapron şotkası boyunca hərəkət etdirilən vintli barabana yönəldilir. Onun üzərinə toz­landırıcıdan susuzlaşdırılmış sodanın 2%-li məhlulu vurulur. Vintli barabanın sonunda yumur-ta, qurutma xəttinə hərəkət etdirilir, orada yumşaq quru şotka ilə silindr və fırla-nan disk lə lentli transportyora keçirilir, oradan yumurtaçeşid­ləyən maşına yönəl-dilir.

Şəkil 1.1. M-4 yumurtayuyan maşını:

1-disk; 2-sonsuzvint; 3-şotkalar; 4-transportyor; 5-ventilyator.-

Yuma xəttinin başlanğıcında çəndən dezinfeksiyaedici məhlulun verilməsi nəzərdə tutulmuşdur. M-4 maşınının inti­qalı gücü 0,18 kVt olan elektrik mühər-rikindən qidalanır. Maşın bir saatda 1500 yumurtanı təmizləyir.

Təmizlənmiş yumurtalar çeşidləyici maşına verilir.

MSƏ yumurtaçeşidləyən maşın (şəkil 6.15) yumur­taları kütləsinə görə üç kateqoriyaya ayrılır. Pəhriz yumurtaları 44 q-a qədər xırda, 44-dən 58 q-a qədər ikinci kateqoriya, 58 q və ondan ağırlar birinci kateqoriyaya bölünür. Uyğun olaraq xörək yumurtaları da kutləsinə görə çeşidlənir: xırdalar 40 q-a qədər, ikinci kateqoriya 40-47 q və birinci kateqroriya 47 q və daha böyük.

Şəkil 1.2. MSƏ-1 yumurtaçeşidləyən maşını:

1-yükləmə stolu; 2-verici transportyor; 3-ovoskop; 4-tərəzi mexanizmi;

5- paylaşdırıci mexanizm.


Maşının iki özü idarəolunan xətti vardır. Yumurtalar yükləmə stolu­na (1) əl ilə verilir. Diyircəklər üzrə hərəkət edərək onlar böyük oxları ilə üfiqə səmtlənir və ovoskopun (3) altından keçir, orada operator tərəfindən yoxlanı­lır. Transpor­tyorda yumurtalara baxış şəraitini yaxşılaşdırmaq məqsədilə güzgülü qaranlıqlaş-dırıcı sipər quraşdırılmışdır.

Qüsurlu (ləkəli, sınığı olan və s.) yumurtalar əl ilə seçi­lir, qalanlar isə əvvəlcə tərəzi qurğusuna və sonra isə marka­layıcı mexanizmə yönəldilir; həmin mexanizm hər bir yumur­taya kateqoriyasını və emal tarixini vurur. Sonra nişanlanmış yumur-talar novla lentli transportyora verilir və yığım stoluna çatdırılır; oradan yumurtalar əl ilə qablara yığılır və istehlak­çılara göndərilir. İri quşçuluq fabriklərində yumurtalar yiğım stolundan xüsusi göz-göz işlək orqanlarla qablara pay­laşdırılır.

Yumurtaçeşidləyən maşının tərəzi qurğusu zərbə və tit­rəyişlərə çox həssasdır, ona görə maşın tarazla dəqiq qurul­malı və özül üzərində yaxşı bərkidilməlidir. Maşının məhsul­darlığı saatda 9 min yumurtadan ibarətdir. Ona 6 fəhlə xid-mət edir.

İri quşçuluq fabriklərində LOƏ tipli yumurta emalı xətləri tətbiq edilir.


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin