M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 2,73 Mb.
səhifə15/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   ...   8   9   10   11   12   13   14   15   16

MÜHAZİRƏ № 11

FERMADA TEXNOLOJİ PROSESLƏRİN LAYİHƏLƏNDİRİLMƏSİ

P L A N

1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar.
2. Fermanın baş planının tərtibi.

3. Layihənin texnoloji hissəsinin əhəməyyəti.

G Ə N C Ə 2017

1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar və mülahi-

zələr.

Fermalarda əsaslı tikintilər onların layihələşdirilmə­sin­dən başlayır. Kənd təsər-rüfatı müəssisələrinin layihələş­diril­məsi ümumdövlət xalq təsərrüfat planı əsasında aparılır. Kənd təsərrüfatı müəssisələrinin proekti nəzərdə tutulmuş tikintinin yerinə yetirilməsi üçün tələb olunan kompleks texniki sənəd­ləşdirmə (izah edici yazılar, çertyojlar və sxemlər, iqtisadi və texniki hesablamalar, smeta v. s. formasında) işlə-nilir və təqdim olunur.

Tam kompleks layihə işi - layihə qabağı və layihə dövr­lərinə bölünür. Layihə qabağı görüləcək işlər gələcək tikinti­lərin perspektiv və texniki layihə işləri ilə əlaqəli məsələlə­rini həll edir. Texniki-iqtisadi hesablamalar əsasənda layihələş­dirmə üçün tapşırıqlar işlənilir və lazımı texniki axtarışlar aparılır.

Xüsusi layihə işləri bir qayda olaraq iki dövrə bölünür:

1) layihə üzrə tapşırıqlar;

2) ikinci - işçi çertyojlar.

Bəzi hallarda, layihələşdiricilərdə tikinti haqda kifayət dərəcədə texniki - iqtisadi faktorlar olduqda layihənin bir dövr (stadiya) üzrə aparılmasına icazə veri-lir. Uyğun tipik layihə olduqda fermanın layihələşdirilməsi istisna olaraq bir stadiy­ada aparılır.

Tikinti təşkilatçıları işi elə qururlar ki, işin başlanğıcında iqtisadçılar iştirak edirlər, sonralar işə tikinti işçiləri, texniklər, zootexniklər, elektriklər, sanitariya işçi-ləri və b. qoşulurlar. Yalnız birgə yaradıcı mütəxəssis kollektivinin işi sayəsində yüksək keyfiyyətli layihə hazırlamaq olar.

Tikinti üçün layihə xərcləri dövlət xalq təsərrüfatı pla­nına uyğun olaraq ayrılır.

Maliyyələşdirmə -kapital tikinti üçün layihə-smeta sənədlərinin təsdiqindən sonra Bank tərəfindən aparılır və nəzarət edilir.

Xüsusi müəssisələrədə (fermer v. s) layihə və tikinti layihələri üçün vəsait dövlət müəssisələrində aparılan ümumi qayda üzrə aparılır.

Layihə tapşırığının işlənilməsi və lazımı məlumatlar. Layihə tapşırığı üçün ilk dövr layihə işi sayılır. Onun məqsədi - tikinti üçün məqsədyönlü texniki -iqtisadi işləri əsaslandırmaq, bir neçə variant əsasında daha əlverişli layihə­nin müəyyən-ləşdirilməsi, tikinti və montaj, layihə işlərinin işlənilməsi gələcək istehsalat məntəqəsinin əsas texniki-iqti­sadi göstəricilərini müəyyənləşdirməkdən ibarətdir.

Layihəyə sifariş verən, vəsaitə sərəncam verən şəxs sayılır. Dövlət tikinti müəssisələrində bu şəxs - sovxoz direk­toru və ya trest müdiri sayılır. Müəssisənin layihələş­dirilməsi üçün tapşırıq verən sifarişçi lazımı məlumatları verir. Bu tap­şırıqlar sifarişçi tərəfindən tərtib olunur və o, özü bilavasitə proektin təşkilində iştirak edir, proektin işlənilməsində proekt təşkilatı, sifarişçinin maliyyə işi üzrə hissəni yerinə yetirir. Layihə üzrə tapşırıqlar perspektiv layihə əsasında tərtib edilir. Buraya əsasən aşağıdakı məlumatlar daxil edilir: tikintinin və ya məntəqənin yeri, məntəqənin istehsalat gücü, təsərrüfatda heyvandarlığın (quşçuluğun) perspektiv inkişaf planı, nəzərdə tutulan ixtisaslaşma, heyvanların saxlanma üsulu, naxırın tər­kibi və məhsuldarlığı, tətbiq olunan yem payı, qəbul olunmuş gündəlik iş qaydası, yaxın beş ildə sahənin inkişafı nəzərə alınmaqla yem bazası haqda məlumat, hazır məhsulun yeri və təhvili üsulu kooperativləşdirmənin istehsalat xarakteri ya­nacağın növü və hazırkı vəziyyəti; tikinti məntəqələrinin həyata keçirilməsinin növbəliliyi, montaj və tikintinin qurtar­ması üçün tələb olunan müddət, işçilərin yaşayış şəraiti, layi­hələrin statiyalar üzrə miqdarı və layihələşdirmə üçün mütləq lazım olan məlu-matlar.

Layihə tapşırığının tərkib sxemi verilir. İza­hatda aşağıdakı bölmələr aydın-laşdırılır: ümumi hissədə - ferma tikintisi altında olan ərazinin, əsas və yardımçı istehsalat sahələrinin əsas hissələrinin texnologiyası, istehsalat proseslərinin mexa-nikləşdirilməsi və avtomatlaşdırılması, arxitektor-tikintinin həlli; su ilə təminat və kanalizasiya, tikintinin tex­niki-iqtisadi effektliliyi və məqsəd-yönlülüyü; tikinti və montaj məntəqələrinin təqvim iş planı daxil olmaqla tikinti və monta­jın təşkili və s.

Layihə tapşırığının qrafik hissəsinə mərkəzi malikənənin general planı, tex-noloji proseslər, maşın və alətlərin sutkalıq iş qrafiki, elektroenerjiyə tələbat və bu-xarın, soyuğun, qaz və suyun xərclənməsi daxildir. Ayrı-ayrı ferma binalarının fasad və planı bir qayda olaraq masştabda 1:200, bölmədə 1:100, yaxud 1:50 olur.

Tikinti üçün lazım olan materiallar, montaj və onun tə­minatı cədvəl formasında verilir. Tikinti materialları üçün bu cədvəllər (yekun cədvəli maşın və alətlər üçün) spesifikasiya adlanır.

Şəkil 1.1. Layihə tapşırığının təxmini tərkibi.
Fermanın general (baş) planının layihələşdirilməsi.

Bütün istehsalat və köməkçi tikintilərin əlaqədar yerləş­dirilməsi, yollar, yaşıl-lıqlar, mühəndis-texniki işlər və s. layihə tapşırığının qrafik hissəsi fermanın baş planı adlanır (mərkəzi şöbə, sahə və s.). Layihənin baş planının mühüm prinsipi ondan ibarətdir ki, heyvandarlığın məhsuldarlığının yüksəldilməsi; məhsulun maya dəyərinin aşağı salınmasında bütün kompleks faktorlar nəzərə alınsın.

Fermanın yerləşdirilsməsi üçün sahənin seçilməsi, təsər­rüfatın təsərrüfat-təşkilat quruluşu ilə əlaqədar olma­lı­dır. Ferma ittifaq magistrat yolundan 200 m-dən az olmayaraq, respublika nəqlityat yolundan 100 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

Ferma tikintilərinin yaşayış məntəqələrindən və bir-birindən aralı olması 7.1. saylı cədvəldə verilir.

Ayrı-ayrı tikintilərin yerləşməsi tələb olunan texnolog­iyanın tələbinə uyğun yerləşdirilməli və fermanın vahid tex­nologiya sisteminə uyğun olaraq əlaqələn-dirilməlidir.

Cədvəl 1.1. Oda davameliliqdan asılı olaraq yanğın əlehinə olan

binalar və qurğular arasında məsafələr, m


Binanın odada­vamlılıq dərəcəsi

Qonşu binanın odadavamlılıq dərəcəsindən asılı olaraq aralar







II

III

IV və V

II

10

12

16

III

12

16

18

IV və V

16

18

20

7.2 saylı şəkildə (a, b) misal üçün Ukrayinanın Elmi-tədqiqat heyvandarlıq institutunun "Kutuzovka" təcrübə təsərrüfatında iri buynuzlu qaramal fermasının tikintilərinin yerləşdirilməsi sxemi verilir.





Fermanın layihələndirilməsində onların əraziyə buraxıl­ması və daxil olması üçün nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi də nəzərdə tutulur. Onlar təsa-düfi epizootoloji tədbirlərə xidmət edən işçilərin ayaqqabilarinin, xüsusi geyim paltarlarının, fermaya daxil olan nəqliyyatın təkərlərini dezin­feksiya üçün nəzərdə tutulur. Giriş və çıxış yerləri barı kimi çəpərlərin, onun eni, girişin eninə uyğun olmalı; uzunu - 1,0 - 1,5 m və dərinliyi 0,10-0,12 m.

Dezinfeksiya olunan yerin mərkəzi döşəməsində soyuq vaxtlarda dezinfeksiya edici maddələrin isindirilməsi üçün isindirici boru yerləşdirilir.

Hər fermanın ərazisində tipik baytarlıq məntəqəsi və apteki, izolyatoru, lazım gələrsə kəsim meydançası və bioter­miki arx yerləşdirilməlidir. Fermada bu məntə-qələrin yerləş­dirilməsi baytarlıq və sanitar nəzarət orqanları ilə razılaşdırıl­malıdır.

Ferma üçün ayrılmış sahə düz olmalı, yaxşı olar ki, cə­nub tərəfi yağış və sel suların axması üçün nisbətən maili olsun. Həyətin qabarıq tərəfini tikintinin cənub tərəfinə çevirmək məsləhət görülür. Qrunt suları 2 m-dən yuxarı olmamalıdır.

Baş planda istehsalat tikintilərinin işıqlandırılması, üstünlük təşkil edən küləyin istiqaməti qrafikdə göstərilir. Planlaşdırılan rayonların fermaları üçün 500 şimal dairəsi, tikintinin istiqaməti şimali cənub, cənub dairəsi - 500 - şərqdən qərbə, im-kan daxilində bu dəyişiriklik - 450 olur. Planda giriş ferma daxili yollar, su xətti, kanalizasiya, elektrik xətləri, telefon qovşağı və s. göstərilir. QOST-da ("Kənd təsər-rüfatı müəssisələri və yaşayış yerlərində tikintinin yanğına qarşı normativlər" BSN-01-58) layihələşdirmə zamanı xüsusi çap olunmuş normativ və təlimatda yanğına qarşı təlabat nəzərə alınmalıdır.



İşçi çertyöjlar. İşçi xətti - layihə işlərinin ikinci dövrü sayılır. Bu təsdiq olun-muş layihə tapşırıqları əsasında işlənilir. Layihənin bu stadiyasının məqsədi ferma-larda tikinti və montaj işlərinin xətlərinin çəkilişini təmin etməkdən ibarətdir.

Sifarişçi xəttin işlənilməsinə başlamaqdan əvvəl rayon­ların "Kənd təsərrüfatı texnikası" və başqa müəssisə­lə­rinin sifarişi, layihə tapşırıqlarında nəzərdə tutulmuş tapşırıqlar və s təsdiq olunmuş sənədlər layihə təşkilatlarına təqdim edir.

İşçi xəttini tərtib edən zaman (şəkil ) baş planda, ayrı-ayrı tikinti məntə-qələrin əlaqələndirilməsi, işıq, külək, injener kommunikasiyası yeri və s. Dəqiq-ləşdirilir.

Tapşırıqların planlaşdırılması tapşırığı istehsalat xətləri­nin texnoloji tələb-lərinə uyğun olaraq aparılır.


Elektromexanikləşdirilmiş fermada layihənin texnoloji hissəsinin mahiy-yəti.

Texnologiya elektromexanikləşdirilmiş fermanın layihə­sinin əsas və vacib his-səsini təşkil edir. İşin işlənilməsi və mahiyyəti elektromexanikləşdirilmiş iri buy-nuzlu qaramal ferması layihəsinin misalında texnoloji hissənin layihələşdi­rilməsi göstərilir.

Layihələşdirmə işi dövrü qabağı tikintinin texniki-iqti­sadi gedişinin əsas-landırılması, təsərrüfatda fermanın istehsalat istiqaməti müəyyənləşdirilir. Burada bitkiçilik məhsullarının istehsalı, onların fermaya daxil olması, həmçinin fermada hey­vandarlıq məhsullarının işlənilməsi və s. müəyyənləşdirilir.

Ferma istiqamətinin texnoloji sxeminin müəyyənləşdi­rilməsi və dəqiqləşdi-rilməsi döqründən sonra, layihənin əsas texnoloji hissəsinin göstəricilərinin öyrənil-mə­sinə başlanılır. Sxemdə ət, süd istehsalı üzrə texnoloji istiqa­mət, ayrı-ayrı heyvan qruplarının quruluşunun hesablanması və s. müəyyən­ləşdirilir: inəklər (sağılan, boğaz -südünü qurutmuş düyə), 10-60 günlük buzov, 2-4 aylıq cavanlar (4-dən 7-8 aylıq və yuxarı yaşlı), illik sürü dövrüyəsi cavanların südlük və ixtisaslaşmış fermalarda yerləşməsindən asılı olaraq iki variantda tutulur.

Südlük naxırın saxlanması üsulu tam dəqiqləşdirilir. Bu, bağlı və bağsız üsulda ola bilər (qalın döşəmədə yaxud döşə­məsiz). Malın bağsız üsulda saxlanması yalnız fermada zootex­niki-təşkilatı tədbirlər aparıldıqda tətbiq olunur.

Fermanın sahəsi müəyyənləşdikdən sonra təsərrüfatda baş plan ərazisində yer-ləşdirilməsinə başlanılır. Fermanın lazım olan miqdarda inək pəyəsi, südsağım tikintisi, yem hazırlayan sex, süni mayalama məntəqəsi, doğum şöbəsi, izalyator, buzov və cavanlar damı daxil edilir.

Tikintiləri yerlşdirən zaman çalışmaq lazımdır ki, imkan daxilində zootex-niki-sanitar tədbirlərin və yanğına qarşı təd­birləri həyata keçirmək mümkün olsun. Bunlardan sonra yar­dımcı sahələr, qaba yem və döşəmə ambarları, yeraltı silos, peyin anbarı, yanğın ləvazimatı, gəzinti həyəti və s. yerləşdi­rilir.

İllik yemə və döşəməyə olan tələbat qış və otlaq dövür­ləri üçün ayrılıqda tərtib olunr. Sutkalıq yem və döşəməyə olan tələbatla əlaqədar olaraq ferma üzrə orta illik inəyin yemə olan tələbatı müəyyənləşdirilir. Peyinin yığılması yeri və sahəyə daşınması müəyyənləşdirilir. Texnoloji ehtiyac və yanğın təhlükəsizliyinə qarşı suya olan ehtiyac hesablanır.

Layihənin texnoloji hissəsi ferma və tikinti layihəsinin texnoloji şərtləri və ferma və tikinti layihəsinin texnoloji şərt­ləri və normalarına uyğun olaraq işlənilir.

Beləliklə layihənin bu hissəsi, təsərrüfatın texnoloji isti­qaməti üzrə məlumat-ları qruplaşdırır. Bunlar fermanın isteh­salat axım xətti işlənilməsinə xidmət edəcəkdir. İqtisadi əsas­landırılmış optimal variantın seçilməsi üçün layihənin bir neçə variantını işləmək məsləhət görülür.


2. Fermanın baş planının tərtibi.

İstehsalat xəttində bu istehsalat xəttini yerinə yetirməkdə maşınların bir-biri ilə birləşdirilməsi nəzərdə tutulur. Hər bir maşın xətdə bir yaxud bir neçə işi ardıcıllıqla yerinə yetirir. Əgər maşın xətdə işləyir və məhsulu işlənmək üçün başqa maşına verirsə, belə xəttə axım deyilir. Axım xəttinin tətbiqi əmək məhsuldarlığını nəzərə çarpacaq dərəcədə yüksəlməsini məhsulların maya dəyərinin aşağı düşməsini təmin edir və istehsalatın avtomatlaşdırılmasına imkan yaradır.

Axım istehsalat xətti mexanikləşdirilmiş və avtomatlaş­dırılmış ola bilər. Həyata keçirilən mexanikləşdirilmiş xəttə maşının işə salınması, çıxarılması və nəzarət, rəhbər tərəfin­dən aparılır. Avtomatlaşdırılmış axım istehsalat xəttində iş prosesi səssiz avtomatla həyata keçirilir.

İstehsalat xəttinə daxil olan maşın kompleksi, onların təxmini seçilməsi və hesablanmasını tələb edir. Bunun üçün xəttin birinci maşının məhsuldarlığı axım xəttinin yükü ilə uyğunlaşdırılmalıdır. Hər maşının məhsuldarlığı, növbəti ma­şının məhsuldarlığına bərabər, yaxud əvvəlkindən bir qədər çox olmalıdır ki, xətdə, iliş-mə olmasın. Axım xəttinin planlaş­dırılması qabağı istehsalat tapşırığının mahiyyəti ilə tanış olmaq lazımdır. Məlumatlar aşağıdakı xarakterdə olmalıdır: Fermanın istiqaməti və istehsalat gücü, yaxın beş ildə təsərrü­fatın inkişaf planı nəzərə almaqla yem bazasının əsas xarakte­rizəsi, energiya ilə təmin olunması şəraiti, kanalızasiya, su ilə təminat və s.

Söz yox ki, fermada hər bir istehsalat xəttinin üstünlük təşkil edən xüsusiy-yəti vardır. Bununla yanaşı, onların bir çox ümumi cəhətdən də oxşarlığı da vardır. Bunu istehsalat xətti­nin ümumi iş qaydasında istifadə olunması məsləhət görülür.

Təsərrüfatın bütünlükdə dərindən öyrənilməsi, fermada istehsalat texnologi-yasını təyin edən əsas faktorlara baxılması lazım gəlir. Heyvandarlıq və quşçuluq fermalarında belə fak­torlardan heyvanların və quşların yemləndirilməsi və saxla­nılması üsulu sayılır.

Heyvanların yemləndirilməsi və saxlanması üsulu qəbul olunması və əsaslan-dırılmasından istehsalat layihəsinin tex­noloji sxeminin işlənilməsindən, sonra işin illik və sutkalıq həcminin hesablanmasına başlanılır. Sonradan əsas və yar­dımçı avadanlıqların seçilməsi və hesablanmasına və xəttin konstruktiv-texnoloji sxe-minin işlənilməsinə başlanır. Maşın­ların seçilməsində birinci növbədə tipik ferma-larda öz səna­yemiz tərəfindən buraxılmış maşınlardan istifadə olunması məsləhət görülür.

Layihənin sonrakı dövründə maşın və avadanlıqların istehsalat tikintilərində yerləşdirilməsi müəyyənləşdirilir. Xətt üçün sahələrin hesablanması hesabatı apa-rılır.

Bir sıra istehsalat xətlərində su, buxar, soyuq və maşın xəttinin çoxunda elek-troenergiya sərf olunur. Ona görə də sər­fin miqdarı müəyyənləşdirildikdən sonra onun sutkalıq sərf olunması qrafiki tərtib olunur. Layihələşdirmənin ən vacib və mütləq ele-mentlərdən biri xətdə işləyən işçilərin əmək təhlü­kəsizliyi və yanğın profilaktoriyasının işlənilməsidir. Layihə­nin axırıncı elementi istehsalat xəttini texniki-iqtisadi göstə­ricilərinin hesablanması və texniki kartanın tərtibidir.


3. Layihənin texnoloji hissəsinin əhəmiyyəti.

İki növ əsas istehsalat təyini axım xətti fermada heyvan­lara xidmət edənlər və heyvandarlıq və quşçuluq məhsulları­nın işlənməsi və yenidən işlənilməsi üzrə hə-yata keçirilir. Birinciyə mexanikləşdirilmiş xətdə yemlərin hazırlanması və veril-məsi, peyin və sidiyin yığılması, inəklərin sağılması, yumurtanın alınması və s.; ikinciyə -südün ilkin və yenidən işlənilməsi, yumurtaların sortlara ayrılması, broy-lerdə kəsim və cəmdəyin təmizlənilməsinin işlənilməsi, qoyunların elek­triklə qırxıl-ması və yunun sortlara ayrılması və s. daxildir. Konkret təsərrüfat şəraitində tətbiq olunan illik - Qil, sutkalıq- Q sut, və növbəlik - Q növ işin həcmi təyin olunur.

İşin illik həcmi aşağıdakı disturla təyin olunur:

Qil = mM (3.1)
Burada: m- yaxın beş ildə heyvanların (quşların) plan üzrə sayı; M-məhsulların illik plan çıxımı (yaxud material sərfi) bütövlükdə ferma üzrə yaxud baş hesabı ilə.

Orta və maksimal sutkalıq işin həcmi fərqlənir. Bu, aşağıdakılarla əlaqədardır:



Qort. sut = (3.2)

Q mak. sut = (3.3)


Burada məhsulun illik çıxımı yaxud material sərfi; Qor. növ maksimal işin orta növ-bəlik həcmi. Qmak. növ aşağıdakı disturla hesablanır
Q ort. növ = (3.4)



Q mak növ =Q mak. sut (3. 5)

Burada nnöv - sutkada növbəlik işçilərin sayı; - prosesin müddətlilik əmsalıdır.

İllik, sutkalıq və növbəlik işin həcmi illik, sutkalıq və növbədə fermada olan bütün mallardan nə qədər məhsul alın­masını və sərfini göstərir. Beləliklə, bu gös-təricilər heyvanla­rın məhsuldarlıq elementlərini əks etdirir.

Təsərrüfatdaxili təsərrüfatda ixtisaslaşmanın aparılması, heyvandarlıq və quşçu-luq fermalarında istehsalat proseslərinin daha proqressiv üsulların təşkilində potok istehsalat xəttinin nə dərəcədə böyük rolunun olmasını göstərir.

Fermanın qabaqcıl texnologiya ilə təmini, əməyin səmə­rə­li təşkili, məh-suldar-lığın artmasına səbəb olur. Potok xəttinin iqtisadi səmərəliliyi artır. Axım istehsalat xəttinin məhsuldarlığının təyini metodikası verilir. Xəttin ümumi saat­lıq və istifa-dəlik yükü fərqlənir. Texnologiya sxeminin işlə­nilməsi ilə əlaqədar olaraq ümumi orta Qort, yaxud maksimum Qmaq. yükü aşağıdakı düsturla təyin olunur.





Q ort = (3. 6)

yaxud


Qmak = (3.7)
Burada T- texnoloji prosesin aparılması üçün tələb olu­nan növbəlik vaxtdır, (saatla).

Ümumi məhsuldarlıq müəyyən edildikdən sonra xəttin konstruktiv – texno-loji sxemi işlənilir.

Texnoloji prosesdə ayrı-ayrı işlərin aparılmasını təmin edən hazırda olan made-rinləşmiş, yaxud yeni maşın və ava­danlıqlar seçilir. Buraxılmış texnoloji çatış-mazlıqlar nəticə­sində xəttə ayrı-ayrı maşınlarda dayanmaqla baş verir. Ma­şında qəza hallarını azaltmaq üçün axım xəttini ayrı-ayrı sa­hələrə bölürlər. İmkan daxilində xəttin bu sahəsinə ehtiyatda olan maşınlar əlavə olunur. Boş dayanma müddətində əvvəllər toplanılmış aralıq həcmi məhsulun həcmi ilə əlaqədar olaraq, xətdə hər hansı bir maşın işi davam etdirilməlidir.

Ayrı-ayrı maşının saatlıq istifadəlik yükü.



Q saat = (3.8)

Burada T - maşının təmiz iş vaxtı; Q maşının ümumi saatlıq yükü; Tboş. day - maşının texniki səbəbdən boş dayanma vaxtı, saatla.

Xəttin istifadəlik yükü aşağı düşəcək, o vaxt, əlaqədar olan boş maşınların sayı artacaqdır.

Şərti olaraq qəbul etsək ki, xəttə bütün maşınların vaxt itkisi bərabərdir, onda axım xəttinin saatlıq istifadəlik yükü - Q e. l. aşağıdakı düsturla hesablanır:



Q e. l. = (3.9)
Burada Zl - xətdə maşının sayıdır.

Axım xəttində ümumi qəza boş dayanmaları haqda Tboş. day - məlumat, T - zona MSS məntəqələrinin protokolunda qeyd olunur. İnformasiya bülletenində keçmiş B/O "Selğskoxozəystvennaə texnika" adında "Yeni traktor və kənd təsərrüfat maşını sınağının nəticələri" verilir.




MÜHAZIRƏ № 12

KOMPLEKSDƏ AXIM XƏTLƏRİNİN ƏSASLANDIRILMASI

P L A N

1. Maşınların seçilməsi.

2. Yem sexinin texnoloji hesabatı.

3. Suya elektrik enerjisinə və buxara çəkilən xərclərin hesablanması.



1. Maşınların seçilməsi.

Heyvandarlıq və quşçuluq sahələrinin intensivləşmə xarakteristikası ayrı-ayrı sahələrin mexanikləşdirilməsinə keçiddə, sonralar bütövlükdə fermanın istehsalat proseslərinin mexanikləşdirilməsində verilir. Axım xəttində südün alınması (südün sağılması və südün ilkin işlənməsi), yemin hazırlan­ması və paylanması, peyinin yı-ğılması və çıxarılması və s. proseslər vardır.

Axım istexsalat xəttinin işində iştirak edən maşın və avadanlıq yığımı, ferma-nın maşın sistemini təşkil edir. Hər bir maşın sistemi fermada görülən işin həcminə və qəbul olnmuş texnologiyaya tam uyğun olmalıdır.

Sənaye tərəfindən buraxılmış və təcrübədə yoxlanılmış universallaşmiş siste-mi, tipik ferma üçün texnoloji avadanlıq komplekti adlanır.

Xəttin üçün maşın sisteminin seçilməsi - fermanın kom­pleks mexanikləşdiril-məsinin layihələşdirilməsində mürəkkəb və məsul hissədir. Bu vəzifənin həllinə başlayarkən, hər şey­dən əvvəl axım xəttinin ümumi texnoloji sisteminin işlənil­məsi məsləhət görülür.

Bunu dən yemləri axım xəttinin işlənilməsi üçün maşın­lar sisteminin seçilməsi misalında göstərək. Hesab edək ki, təsərrüfatda aşağıdakı işlər üçün texnoloji sistem işlənilib: anbarda dənin alınması və çəkilməsi işlənmə yeri üçün trans­portirovka olunması, yüklənməsi, dənin təmizləyiciyə veril­məsi-təmizləyicidən buraxmaq dən bunkerinə keçmək-qarı­şığın nəzərdə tutulmuş naziklikdə xırdalanması-kompanentin bunkerə transportirovka olunması-dozirovka qarışdırmaq-bun­kerdə yığılmış qüvvəli yemin transportirovkası-çəkilməsi-hazır məhsulun keçirilməsi:

Texnoloji sxeminin birinci iki proses 1.1. saylı şəkildə, fermanın bütün, isteh-salat məntəqələrində gedən proseslər avadanlıqla tutulduğuna görə göstərilir.

Şəkil 1.1. Kombinə edilmiş yemlərin hazırlan­ması axım

istehsal xəttinnin konstruktiv-texnoloji sxemi:

1-növ; 2-taxıl bunkeri; 3-maqnitli aparat; 4-bunker; 5-siklon; 6-xırdalanmış komponentlər üçün bunkerlər; 7-vintli transportyor; 8-kombinə edilmiş yemlər üyçün bunkerlər; 9-qarışdırıçi şnek; 10-dozator; 11-universal yem xırdalayan.
Fermada heyvanların miqdarı və istiqaməti, həmçinin qəbul olunmuş yem payı myəyyənləşdirildikdən sonra axım xəttində, işin növbəlik həcmi Qort. növ müəyyən-ləşdirilir (for­ma 1).

Hər növ yemin orta növbəlik həcmini toplayaraq nəticədə alırıq


Q ort- növ = Q3 + Qtp +…. + Q mk (1.1)
Forma 1
Axəm xəttinin növbəlik istehsalat həcmi

Heyvan (quş) növü,

Sayı


Y E M







Dən

Ot unu

Mineral yemlər

Ana donuz

Q 3-1

Q Tp - 1

Q mk – 1

Çoşka - 2 ayadək

Q 3-2

Q Tp - 2

Q mk – 2

Çoşka - anadan ayrılmış

Q 3-3

Q Tp - 3

Q mk –3

Donuz –kökəltmədə

Q 3-4

Q Tp - 4

Q mk – 4

Yekunu

Q 3

Q Tp

Q mk

Maşınlar sistemində həyata keçirilən mühüm tələblərdən biri yüksək keyfiy-yətli yemin işlənilməsini təmin etməkdən ibarətdir. İstifadə olunan yemdə bütün həzm olunan maddələr saxlanılmalı və hazır yem yüksək həzmə gedicilik dərəcə-sinə malik olmalıdır (şəkil 1.1).

Məlumdur ki, müxtəlif növ heyvanlar üçün dəni müəyyən olunmuş naziklikdə xırdalamaq tələb olunur. Ona görə dənin keyfiyyət və kəmiyyət texnoloji prosesin sxemi cədvəlidə verilmişdır (forma 2).

Ümumi orta Q ort. növ müəyyənləşdirdikdən sonra xəttin konstruktiv-texnoloji sxeminin işlənilməsinə başlanılır. Bu sxemdə seçilmiş maqyasda "yandan" çəkilir. Burada yalnız xəttin əsas və köməkçi avadanlıqları daxil edilir. Əsas maşın­lar və köməkçi avadanlıqlar elə yerləşdirilməlidir ki, məhsulun bir maşından başqa maşına hərəkəti qəbul olunmuş texnoloji prosesin iş prinsipinə uyğun gəlsin.

Burada dən samosvaldan qəbul bunkerinə verilir, 2-ci etaja qaldırılır, sonra ardıcıl olaraq maqnit aparatına, burada, dən bunkerinə və universal yem xırdalayı-cısına verilir. Xırdalanmış dən yenidən ventilyatorla 2-ci etaja verilir və sonra özü-tökən boru vasitəsilə xırdalanmış kompo­nent üçün bunkerə yüklənir.

Verilmiş yem payı üzrə komponent dozatorla fasiləsiz hərəkət üçün qarışdırı-cıya verilir. Alınmış qarışıq yem yuxarı qaldırılır və qarışıq yem üçün transportyor bunkeri yükləyir.

Forma 2


Dənin texnoloji prosesinin işlənilməsi


Prosesin işlənilməsi

İşin sutka-lıq həcmi, kq

İşin növbəlik həcmi, kq

Keyfiyyət göstəricilər

Bunkerə yükün qəbulu maqnit aparata vermək bunkerdan bu-raxmaq







Qatın verilməsi 10-12mm

Dənin bunkerə verilməsi, xırda-lanması










Komponentlərin bun­kerə döndə-rilməsi







Xırdalanmış dən

M =0,2-0,8 mm



Həcmi qarışdırılması







Bir növlü ola­na­dək

=70-80%


Qarışıq yemin bunkerə verilmə-si Hazır məhsulun çəkilməsi










Konstruktiv-texnoloji sxemin tərtibindən sonra axım xəttinin əsas maşın və avadanlıqlarının texnoloji hesablanma­sına başlanır.

Bu hesablamanın məqsədi-əsas maşın və nəqliyyat vasitələrinin istifadəlik yükünü Q təyin etməkdən ibarətdir.

Maşınların istifadəlik yükü dəqiqləşdirildikdən sonra, xırdalayıcıların tipi və konkret tipi seçilir. Xəttin digər maşın və avadanlıqları da həmin üsulla seçilir.


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin