2. İnkubatorlar.
İ n k u b a t o r yumurtadan cavan kənd təsərrüfatı quşlarının-cüçələrin çıvrıl-ması üçün nəzərdə tutulmuşdur. Onlar havanın dəyişdirilməsi, nəmləndirilməsi, temperatur rejimi və məsafədən nəzarət üçün avtomatik sistemlərlə təchiz edilir. İn-kubasiya prosesində yumurtanın daxilində yumurta ilə ətraf mühit arasındakı istilik, nəmlik və hava mübadiləsi ilə əlaqədar rüşeymin inkişafının mürəkkəb bioloji pro-sesi baş verir.
İnkubator-quşçuluq stansiyaları və quşçuluq fabrikləri "Universal-50" və "Universal-55" tipli müasir inkubatorlarla təchiz edilir.
"Universal-50" inkubatoru iki ədəd müstəqil maşından: bir gövdədə üç eyni şkafı olan inkubasiya maşınından və ayrıca gövdədə yerləşdirilmiş çıxarıcı şkafdan ibarətdir.
İnkubasiya şkaflarında yumurta dolu təknələr valda quraşdırılmış döndərici barabanlara qoyulur. "Universal-50" inkubatornun təknəsi 120 toyuq, ya da 90 ördək yumurtası, "Universal-55": inkubatorununku isə 156 toyuq, ya da 116 ördək yumurtası tutur. Şkaflar ağac panellərdən yığılmışdır. Şkafın qabaq hissəsində kilidli ikilaylı qapı quraşdırılmışdır.
Barabanların fırlanma tezliyi 0,0045 san-1 olub, təknələri 450-yə qədər meyl etdirməyə imkan verir. Barabanlar elektrik mühərrikindən, sonsuzvint reduktorun-dan, sonsuzvintdən və diskli sektordan ibarət olan intiqal mexanizmi (şəkil 1.3) ilə hərəkətə gətirilir. İntiqal inkubatorun arxa divarcığında quraşdırılmışdır. İntiqal me-xanizminin idarə olunması avtomatlaşdırılmışdır. Lazım gəldikdə baraban dəstəyin köməyilə əl ilə döndərilə bilir. Təknələr qoyulduqda və ya çıxarıldıqda barabanlar üfiqi vəziyyətə gətirilir.
Şəkil 1.3. Barabanın intiqal mexanizmi:
1-çərçivə; 2-elektrik mühərriki; 3-sonsuzvint reduktoru; 4-yumrucuqlu mufta; 5,10-vallar; 6-lövhə; 7- sonsuzvint; 8-dəstək; 9-dişli sektor
Hər bir şkafın içərisində hava dördpərli, fırlanma tezliyi 4 san-1 olan kiçik sürətli ventilyatorla dövran etdirilir. Təmiz hava şkafın arxa panellərindəki deşik-lərdən daxil olur, işlənmiş hava isə üst panellərdəki deşiklərdən çıxarılır. Hava daxil olan deşiklərin qapaqları əl ilə qurulur, çıxış deşiklərində isə onlar avtomatik tənzim edilir. Şkafın arxa və üstpanellərində avtomatik qurulan, hava gələn və çıxan soyuducu qapaqlar quraşdırılmışdır. Hava şkaflarda ümumi gücü 2 kVt olan iki cüt lentli elektrik qızdırıcıları ilə qızdırılır. "Universal-55" inkubatorunda isə iki bağlı tipli boruşəkilli elektrik qızdırıcısı tətbiq edilmişdir. Havanın temperaturu "Univer-sal-50" inkubatorunda membran vericili iki rele və "Universal-55" inkubatorunda platin müqavimət termometri ilə tənzim edilir.
Hava ventilyatorla bir valda fırlanan, disk parça rütubətvericinin səthindən buxarlanan su ilə nəmləndirilir. İnkubasiya rejiminə şkaflarda yerləşən cihazlarla nə-zarət edilir.
"Universal-55" inkubatoru "Universal-50" inkubatorundan yaxşı cəhətlə-rinə görə fərqlənir: yumurta yerlərinin sayı çoxdur, yüksək, yüksək istilik izolya-siyasına malikdir və şkafları germetikdir. Orada yüksək səmərəli, inersiyasız nəmləndiricilər tətbiq edilmiş, kameranın həcmi üzrə temperaturun və nəmliyin daha yüksək dərəcədə bərabərliyinə nail olunmuşdur. "Universal" tipli inkubatorların texniki xarakteristikaları 1.1.-ci cədvəldə verilmişdir.
İnkubatorun mexanizm və avadanlığına xidmət işləri görüldükdə aşağıdakı qaydalara riayət edilməlidir. Sistematik olaraq valda barabanları bərkidən boltların etibarlı bərkidilməsi, kilidlərin və arxa dayaq lövhələrin bərkidilməsi və sazlığı yoxlanmalıdır; elektrik mühərrikindən ventilyatora olan qayışın düzgün tarımlan-masına diqqət yetirmək lazımdır; belə ki, ventilyatorun hətta qısa müddətdə dayan-ması yumurtaların xarab olmasına, çıxarıcı şkafda isə cücələrin tələf olmasına səbəb ola bilər. Müntəzəm olaraq solenoid klapanının işi yoxlanmalı və elektrik mühər-riklərinin həddən artıq qızmasına, həmçinin, qasnaqların və muftaların vurmasına yol verilməməlidir. Yumurtaları döndərmə mexanizminin idarəetmə lövhələri bağlı halda saxlanılmalıdır. Döndərmə mexanizmi yoxlanıldıqda üc açarlarının işlənmə-sinə diqqət yetirilməlidir. Baraban 450 maillik bucağına və ya üfiqi vəziyyətinə çatdıqda mühərrik dayandırmalıdır. Termometrlərin və psixrometrlərin sazlığı və dəqiqliyi yoxlanmalıdır. Psixrometrləri doldurmaq üçün yalnız distillə edilmiş sudan istifadə olunmalıdır.
Mövsümdə bir dəfə barabanların reduktorunun gövdəsində yağ dəyişdirilən və mövsümdə bir dəfədən az olmayaraq sonsuzvint və sektorun, dişləri, həmçinin, dayaq və köndələn valların yastıqları yağlanır.
Cədvəl 1.1. "Universal" tipli inkubatorların texniki xarakteristikaları
Göstəricinin adı
|
İnkubator üçün göstəricinin qiyməti
|
|
|
"Universal-50"
|
"Universal-55"
|
İnkubasiya şkaflarının miqdarı
|
3
|
3
|
Çıxarıcı şkafların miqdarı
|
1
|
1
|
Şkafların ümumi tutumu (toyuq yumurtalarına hesabla) ədəd
|
51688
|
56000
|
O cümlədən:
|
|
|
İnkubasiya yumurtaları
|
44304
|
48000
|
Çıxış yumurtaları
|
7384
|
8000
|
Barabanın fıplanma tezliyi, san-1
|
0,0045
|
0,0045
|
Zaman relsi ilə barabanın 900 bucaq qədər dönmə vaxtı, saat
|
1
|
1
|
Barabanın şaquli oxdan maksimal maillik bucağı, dərəcə
|
45
|
45
|
Temperatur relesinin vericiləri
|
Membran tipli
|
Platin müqavimət termo-metri
|
Rütubətlik relesinin vericiləri
|
Biskoz lent
|
Tənzimlənən maqnit baş-lıqlı kontakt termometri
|
Temperaturun avtomatik saxlanılması diapazonu (+0,20C) 0C
|
36-39
|
36-39
|
Nisbi nəmliyin avtomatik tənzimlənmə diapazonu (+3%), %
|
40-75
|
40-80
|
Ventilyatorun fırlanma tezliyi, san-1
|
4
|
4
|
Tələb olunan güc,kVt
|
10,00
|
10,00
|
Köndələrin qabaritləri, mm: inkubasiya üçün
|
5340x2475x2200
|
5155x2700x2216
|
Çıxarıcı üçün
|
2095x2535x2200
|
1704x2700x2216
|
Kütləsi, kq
|
4050
|
3800
|
Kvartalda bir dəfədən az olmayaraq inkubasiya şkafları dezinfeksiya edilir. Cücələrin hər bir çıxımı qurtardıqdan sonra şkaflar tükdən və çirkdən təmizlənir, inkubatorun təknələri, stajerləri və döşəməsi isə yuyulur. İnkubator uzun müddət işləmədikdə onu konservasiya edirlər.
İnkubatori içərisində yumurtanın inkubasiyası və cavan quşların çıxarılması üçün lazım olan inkubatorlar və bütün avadanlıqlar quraşdırılmış binadan ibarətdir. İnkubatori quş damlarından və təsərrüfatın başqa obyektlərindən təcrid edilmiş halda yerləşdirilir, onun etibarlı və keyfiyyətli elektrik təchizatı olmalıdır. Elektrik enerjisi ilə təchizatda fasilə olan hallarda ehtiyat elektrik stansiyası nəzərdə tutulur.
İnkubatori binası quru, təmiz olmalı və havasının temperaturu 18-22 0C həd-dində tənzim edilən mikroiqlimdə olmalıdır. Onlara inkubasiya və cücəçıxarma zalları, yuma otağı və yumurta anbarı daxil edilir.
İnkubatoridə işləri xüsui briqada yerinə yetirir. Növbətçi operator gecə-gündüz inkubatorlara nəzarət edir.
İnkubasiya üçün yumurta yumurtlanan günü inkubatorinin yumurta anbarına gətirilir, orada çeşidlənir və germetik kamerada formaldehid buxarı dezinfeksiya edilir. İnkubasiya prosesinə baxılır və inkubasiyaya qoyulduqda közərmə lampasından və gözcüklü tutqun örtükdən ibarət olan ovoskopun köməyilə seçilib ayrılır. Operator yumurtanı gözcüyə yaxınlaşdırıb onun vəziyyətini müəyyənləşdirir. İri inkubatorilərdə yumurtalara təknələrdə baxmaq üçün SMU tipli ovos-kopu olan yiğım stollarından istifadə olunur.
İnkubatorinin daxilində yumurta və ya cücə dolu qablar, təknələr və digər yüklər əl arabacıqlarında daşınır. Birgünlük cavan quşları (cücələri, hinduşkaları, ördəkləri və qazları) və inkubasiya yumurtalarını daşımaq üçün avtofurqon nəzərdə tutulmuşdur. Onun kuzovunun içərisində bir neçə yarusda yeşiklər qurulur ki, onların da içərisinə cücə dolu qablar və ya yumurta dolu araqublar yerləşdirilir. Furqonun kuzovunda qışda hava qızdırılır, yayda isə soyudulur. Bu halda temperatur, şkalası sürücünün cihazlar lövhəsinə çıxarılmış distansiya kontakt termometri ilə nəzarət edilir. Bir ədəd avtofurqon 500 min yumurtlayan toyuğu və ya 500 min broyleri olan təsərrüfata xidmət edə bilir.
Quşçuluq fermasında iqtisadi cəhətdən məqsədəuyğun maşınlar sistemini seçmək üçün bir neçə variantda texnoloji xəritələr hazırlanır. Onlarda quşun növü, saxlanılma və yemləndirilmə texnologiyası, ayrı-ayrı istehsalat binalarının tutumu müəyyən edilir; istehsal prosesi əməliyyatlarının siyahısı müəyyənləşdirilir; nor-malar əsasında gündəlik və illik işlərin həcmi təyin edilir; saatlıq məhsuldarlıqları, mühərriklərinin gücü, gündə və il ərzində maşının iş saatlarının miqdarı, xidmətçi heyətin miqdarı göstərilməklə maşın və avadanlıqların axın texnoloji xətti seçilir, illik əmək sərfini, kapital qoyuluşunu, illik istismar xərclərini təyin edirlər.
Texnoloji xəritənin iqtisadi göstəricilərinin təhlili nəticəsində 1 min ədəd yu-murtaya və ya 100 kq ətə müstəqil əmək məsrəfləri və istismar xərcləri hesablanır. Texnoloji xəritələrin müxtəlif variantları müqayisə edilərək daha faydalı ma-şınlar sistemi və avadanlığın optimal iş rejimi tapılır.
3. Quşların kəsilməsinin və emal edilməsinin mexanikləşdirilməsi
İstehsal prosesinin texnologiyası. Quşların kəsilməsinin və emal edilməsinin texnoloji xətti (şəkil 6.17) keyləşdirmə, kəsmə və qansızlaşdırma, tükdən təmizlən-mə, içalatın təmizlənməsi, yuyulması, cəmdəklərin çeşidlənməsi və qablaşdırılması, həmçi-nin soyudulma və saxlanılma sahələrindən ibarətdir. Texnoloji xəttin bütün sahələri asma fəza konveyeri ilə bir-birilə əlaqələndirilmişdir.
Kəsilməyə daxil olmuş quş konveyerin asqılarında (1) bərkidilir və sonra nəql etdirildikdə elektriklə keyləşdirmə aparatına (2) verilir. Elektriklə keyləşdirildikdən 30 saniyə keçməmiş quş təknə(3) üzərində əl ilə öldürülür və 2 dəqiqə ərzində qanın axmasına imkan verilir. Sonra quş aparata (4) daxil olur, orada 2 dəqiqə ərzində temperaturu 51-54 0C olan su ilə emal edilir. Bundan sonra ləyənin çıxa-rılması üçün billi maşına (5) gətirilir, oradan aparata (6) daxil olur və 30 saniyə ərzində temperaturu 59-63 0C olan su ilə yuyulur.
Asma konveyerin 7 nöqtəsində quş cəmdəkləri yenidən asılıdır,başları bərki-dilir və ikinci billi maşına (8) verilir, orada quşun qanadlarının uclarında, boynunda və başında qalan tüklər təmizlənir. Konveyerin sonrakı hərəkəti zamanı təknənin (9) üzərində cəmdəklərdə qalan tüklər əl ilə təmizlənir, qalan sapaoxşar tüklər qazla ütmə kamerasında (10) təmizlənir.
11 stol üzərində cəmdəklərin içalatı yarı təmizlənir, sonra onlar yuma kame-rasına (12) verilir və 30 saniyə ərzində temperaturu 18-20 0C olan su ilə yuyulur. Yuyulmuş cəmdəklər çeşidlənmə, nişanlanma və qablaşdırılma üçün 13 stoluna veri-lir, sonra isə soyudulmaq və saxlanılmaq üçün anbara göndərilir.
Şəkil 1.4. Quşların kəsilməsinin və emal edilməsinin texnoloji xətti:
1-asma konveyer; 2-elektriklə keyləşdirmə aparatı; 3-kəsmə və qanın yıgılması təknəsi; 4-istiliklə emal aparatı; 5,8-billi maşınlar; 6-qaynar suya salma aparatı; 7-asqı nöktəsi; 9-qalan tükləri əl ilə yolma təknəsi; 10-qazla ütmə kamerası; 11-içalatın yarıtəmizlənmə stolu; 12-yuma kamerası; 13-çeşidləmə və qablaşdırma stolu; 14-tarımlama stansiyası; 15,16,17-sorucu cətirlər
Su quşlarının kəsilməsi və emal edilməsi də həmin texnoloji ardıcıllıqla apa-rılır. Bu halda ördək və qazların qansızlaşdırılma müddəti 2,5 dəqiqəyə qədər artırılır və istiliklə emal zamanı suyun temperaturu 75-80 0C-yə qədər qaldırılır. Su quşları cəmdəklərindən tüklər ardıcıl olaraq bir neçə maşında təmizlənir. Əgər emaldan sonra cəmdəklərdə tük və ləkələr qalarsa, onlar əl ilə yolunur və mum kütləsi ilə son təmizləmə aparılır.
Quşun kəsilmə və emalı xətlərinin avadanlığı. Sənayemiz tərəfindən buraxı-lan quşlar üçün kəsim xəttinin texnoloji avadanlığı üç qrupa bölünür: məhsuldar-lıqları dəqiqədə 60, 125 və 250 başa qədər olanlar.
Kəsim xəttinin avadanlıqları komplektinə asma konveyer, quşların elektrik cərəyanı ilə keyləşdirilməsi üçün apparat, kəsmək və qanı yığmaq üçün təknə, isti-liklə emal aparatı, billi maşın, qaynar suya salmaq üçün apparat, əl ilə qalan tükləri yolmaq üçün təknə, qazla ütmə kamerası, yuma kamerası, içalatı yarımçıxarmaq və çeşidləmək üçün stollar daxildir. Quşun kəsilmə və emalı istehsal xətlərinin üçünün də eyni tipli, lakin müxtəlif komplektli avadanlıqları vardır.
A s m a k o n v e y e r ə (şəkil 1.5) karetka və asqıları olan dartı zənciri, uzunluğu 93 m olan asma rels və intiqal stansiyası daxildir. Yumrubəndli dartı zənciri diyircəklərdə hərəkət edən karetkaya bərkidilir. Hər iki karetdan bir asqı quraşdırılmışdır. Konveyerin cəmi 510 karetkası və 170 asqısı vardır. Asqılar quşun başını və ayaqlarını bərkitmək üçün tərtibatla təchiz edilmişdir; quşların yellənmək qarşısını almaq üçün isə zəncirlə bir-biri ilə əlaqələndirilmişdir. Asqıların hərəkət sürəti 0,08 m/saniyədir.
Transportyorun intiqalı elektrik mühərrikindən, sonsuzvint reduktorundan və pazvarı qayış ötürməsindən ibarətdir. İntiqal qasnağı reduktorun valına civi ilə bərkidilmişdir, mümkün olan artıq yüklənmələrdə o, kəsilir və transportyorun sın-masının qabağını alır.
Şəkil 1.5. Quşun kəsilməsi və emalı axım xətti konveyerinin asqısı:
1-ayaqların bərkidicisi; 2-başın bərkidicisi; 3-asqı; 4-birləşdirici zəncir; 5- asqı zənciri; 6- dartı zənciri; 7- diyircək; 8- karetka; 9- asma rele.
|
Şəkil 6.19. Quşu elektrik cərəyanı ilə keyləşdirmə aparatı:
1-özül; 2- ğövdə; 3- kontakt bölmələri; 4-hündürlüyü tənzimləyən vint.
|
Elektrik cərəyanı ilə keyləşdirmə aparatı (şəkil 1.6) gövdədən (2), özül-dən (1) və elektrik avadanlığından ibarətdir. Yüksək gərginlikli kontakt bölmələri (3) gövdə daxilində yerləşdirilir və farfor izolytorlarda qoyulmuşdur. Gövdə vintin kö-məyi ilə boruşəkilli özülə nəzərən hündürlüyə görə öz vəziyyətini dəyişə bilir. Aparatın elektrik avadanlığı gövdədə quraşdırılmış şkafda yerləşdirilmişdir. Elektrik avadanlığının işinə siqnal lampaları ilə nəzarət edilir. Elektrik avadanlığının əsas hissəsi yüksəldici transformatordur (220 V-dən 650, 750, 850 və 950 V-yə qədər). Gərginlik çevirgəcin köməyi ilə dəyişdirilir. Broylerlər 650-750 V gərginlikdəə. İri yaşlı toyuqlar isə 850-950 V gərginlikdə cərəyanla keyləşdirilir. Elektriklə keyləş-dirmə aparatının gövdəsi üzərində iki tənzimlənən istiqamətləndiricilər quraşdırıl-mışdır. Onlara paslanmayan poladdan kontakt zolaqları qaynaq edilmişdir.
Keyləşdirmə prosesi belə gedir: quş konveyerin asqılarında bərkidilir və apa-ratın kontakt bölmələrindən keçir. Bu halda istiqamətləndirici, asqı, quşun bədəni və kontakt bölmələri vasitəsilə dövrənin qapanması baş verir. Cərəyanın təsiri ilə quş keyləşir.
Kəsmə və qanın yığılması üçün təknənin təmizlənən dayaqlarda qurulmuş altlığı vardır. Təknənin uzununa oxu boyu arakəsməsi, böyürlərdə isə açılan lövhə-ləri vardır. Konveyerin asqılarında bərkidilmiş quş cəmdəkləri təknənin sonunda dönməklə iki qarşıaxınla təknə üzərində hərəkət edir. Lövhələrin açıq vəziyyətində təknənin ölçüləri 4926 x 2230 x1580 mm-dir.
Şəkil 1.6. Quşu istiliklə emal aparatı:
1-dayaq; 2-asqı; 3-qapaq; 4-oxuna nasosu; 5-divarcıq; 6-cib; 7-barmaqlıq; 8-köpüksöndürən.
İ s t i l i k l ə e m a l a p a r a t ı (şəkil 1.6) gövdədən, köpüksön-dürəndən, oxuna nasoslardan, buxar kəmərindən və intiqaldan ibarətdir. oxuna nasoslar hərəinin həcmi 25 mq olan ciblərdə yerləşdirilmişdir. ciblərin üst hissəsində pəncərə düzəldilmişdir. nasos oradan cəmdəyi yuyan qızdırılmış su vurur. Yuma vaxtı əmələ gələn köpük, köpüksöndürücüyə yönəldilir, orada forsunkadan vurulan su ilə sön-dürülür. aparatdakı su ilə söndürülür.aparatdakı su üç ədəd səssiz suqızdlırıcılarda buxarla qızdırılır.
Şəkil 1.7. Billi maşın
1-baraban; 2-rezin billər; 3-tənzimlənən dayaq; 4-tava; 5-elektrik mühərriki;
6-pazvari qayışötürməsi; 7-ğövdə.
B i l l i m a ş ı n (şəkil 1.7) quş cəmdəklərindən tükü çıxartmaq üçün tətbiq edilir. O, iki ədəd qaynaq olunmuş gövdədən (7) və tənzimlənən dayaqlardan (3) ibarətdir. Hər bir gövdədəımoval rezin billəri (2) olan iş barabanı (1) fırlanır. Billərin ölçüləri barabana girişdə böyük, mərkəzdə - orta və çıxışda kiçikdir. Barabanın 96 böyük, 88 orta və 85 kiçik bili vardır. Barabanlar 6,2 san-1 tezliklə qarşıqarşıya fırlanır. Quş cəmdəyi onların arasınadək keçdikdə tük yolunur. Barabanların intiqalı pazvarı qayış ötürməsi vasitəsilə elektrik mühərrikindən icra edilmişdir. Maşının barabanlarının vəziyyətini enə və hündürlüyə görə dəyişən tənzimlənmə imkanı vardır.
Çıxarılmış tük billi maşının altında döşəmədə yerləşən nova düşür və su ilə tullantılardan istifadə sexinə nəql etdirilir.
Quşların tüklərdən təmizlənmiş cəmdəkləri billi maşından q a y n a r s u a p a r a t ı n a daxil olur. Aparat borulardan ibarət karkas üzərində yerləşdirilib qay-naq edilmiş gövdədən ibarətdir. Gövdənin yerləşmə vintli mexanizmlə tənzim edilir. Aparatın gövdəsinə yuxarıdan vəziyyətlərini hündürlüyə və enə görə tənzimləmə imkanı verən iki cüt istiqamətləndirici (yuxarıdakı - qanadlar üçün, aşağıdakı - baş üçün) bərkidilmişdir.
Q a l a n t ü k l ə r i ə l i l ə y o l m a q ü ç ü n t ə k n ə hündürlüyə görə təmzimlənən dayaqlar üzərində yerləşdirilmiş altlıqdan ibarətdir. Qalan tüklər təknənin hər iki tərəfindən əl ilə yolunur. Yolunmuş tük altlığı atılır, oradan qısaborulu vasitəsilə vaxtaşırı su ilə birlikdə təmizlənir.
İ ç a l a t ı y a r ı t ə m i z l ə m ə stolunun hündürlüyə görə tənzimlənən dayaqlarda quraşdırılmış altlığı vardər; bu, suyun axması üçün lazımi maillik yaradıl-masına imkan verir. Altlığın üstündə stolun hər iki tərəfinə mailliyi olan, asanlıqla çıxarılan qapaq qoyulmuşdur. Qapağın uzununa oxu boyu, tullantıları qapaqla altlığın yan divarcığı arasındakı yarıqdan yumaq üçün su dolu deşikli boru çəkilmişdir. Tullantılar altlıqdan yığıcıya verilir. İçalatın yarıtəmizlənməsi işini dörd qadın, stolun hər tərəfində iki nəfər olmaqla, əl ilə yerinə yetirirlər. Stolun ölçüləri 2700 x 820 x 1070 mm-dir.
Y u m a k a m e r a s ı hündürlüyə görə tənzimlənən dayaqlarda (5) quraş-dırılmış altlıqdan (4) ibarətdir (şəkil 1.7); belə dayaqlar suyun axması üçün lazımi maillik yaradılmasına imkan verir. Altlığın üstündə yan lövhələr (3) qoyulmuşdur. Onlara yastı şırnaq yaradan 44-forsunkalı su boruları bərkidilmişdir. Fəza konveyerinin hərəkəti zamanı cəmdəklər yan lövhələr arasında yuyulur. Yumadan sonra su altlığa və sonra qısaboru vasitəsilə kanalizasiyaya gedir.
Şəkil 6.20. Yuma kamerası:
1-asqı; 2-boru; 3-yan lövhə; 4-altlıq;
5-dayaq; 6- qısaboru.
Kameranın yerləşmə hündürlüyü və şırnağın verilmə bucağı elə tənzimlənir ki, şırnaq bütün cəmdəyi əhatə edir. Yuma kamerasının ölçüləri 2650 x 682 x 1640 mm-dir.
Quş cəmdəklərinin çeşidlərə ayrılması üçün olan stol paslanmayan polad və boru karkasdan düzəldilmiş döşənəkdən ibarətdir. Stolun ölçüləri 1250 x 800 x 800 mm-dir.
Quşun içalatının çıxarılması, başının, ayaqlarının və qanadlarının uclarının kəsilməsi üçün pnevmatik qayçılar, markalamaq üçün isə elektrik damğalı cihaz tətbiq olunur.
Tullantılardan istifadə edilməsi. Lələk və tüklərin tullantılarından zülali yem unu hazırlanır. Kəsim sexindən alınmış lələk, tük və tullantılar qazana doldurulur və su əlavə edilir. İş prosesi iki fazada gedir: hidroliz və xammalın sterilizasiyası, sonra alınmış kütlənin qurudulması hidroliz nəticəsində nəmliyi 45-53% olan boz rəngli sıyıqşəkilli kütlə alınır. Kütlə 9% nəmliyə qədər qurudulur, qazandan boşaldılır və soyudulur; sonra xırdalanır, ələnir, qablaşdırılır və qarışıq yem zavoduna göndərilir. Proses 7-9 saat davam edir.
Quşçuluqda istehsalın sənaye üsulları quş zılının çıxışının artmasına səbəb olmuşdur. Tədqiqatlar göstərmişdir ki, yüksək temperaturda qurudulmuş zılın daşınması rahatdır və o, uzun müddət saxlanıldıqda qida maddələri itmir. Zılı səna-yedə qurutmaq üçün baraban tipli quruduculardan istifadə olunur. Belə qurğulardan Rusiyada Moskva vilayətinin Qlebov quşçuluq fabrikində və Krasnodar diyarının Adler quşçuluq fabriklərində istifadə olunur.
Quruducu aqreqatın əsas yığma hissələrinə quruducu valsız baraban, odluq, inti-qal və dayaq vərdənələri, nəm zılın qəbul bunkeri, quruducu barabanı yükləyən maili transportyorlar, quru zılın bunker-yığıcısı və boşaldıcı qurğu daxildir. Qurudu-cu barabanın silindrinin daxili divarına qurutma prosesində zılın hərəkətini təmin edən spiral qaynaq edilmişdir.
İlkin materialın nəmliyi 60 % -ə yaxın olduqda aqreqatın məhsuldarlığı maye yanacağın sərfi 60 -70 kq olmaqla 1,0 -1,5 t/saat təşkil edir.
Dostları ilə paylaş: |