M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 2,73 Mb.
səhifə12/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   ...   8   9   10   11   12   13   14   15   16

"Promışlennıy" tipli komplekt. Yumurtlayan toyuqla­rın döşəmədə saxlanılması üsülunda əsas texnoloji proseslərin mexanikləşdirilməsi üçün bir çox təsərrüfatlarda "Promışlennıy" tipli avadanlıqlar komplekti müvəffəqiy­yətlə istifadə olu­nur.

Komplektə quru yemlər üçün xarici bunker, yempay­layıcı, yükləyici trans-portyor, taralar, mexanikləşdirilmiş yuvalar, zalı təmizləmək üçün qurğular, kü-rəkcikli trans­portyor, suvarıcılar, mineral əlavə yem üçün avtomat yem qutuları, elektrik avadanlığı daxildir. Binanın eni və uzun­luğundan asılı olaraq avadanlığın komplektliyi dəyişdirilir.

Quru yem ZSK-10 yükləyicisi ilə xarici bunkerə doldu­rulur, oradan trans-portyorla bunker-dozatora və sonra içəri­sində yemi novun uzunu boyu paylayan ştamplanmış zəncir hərəkət edən qapalı nova daxil olur. Quşlar APK-1,5 kasalı suvarıcılarından suvarılır.

Mexanikləşdirilmiş yuvalar çərçivə (şəkil 1.3) üzə­rində quraşdırılmış və yumurtayığan transportyor üçün nov əmələ gətirən bölmələrdən ibarətdir. Bölmə-lər daxildə uzu­nuna arakəsmələrlə iki bərabər hissəyə və köndələn arakəs­mələrlə üç şöbəyə bölünmüşdür. yuvanın girişi pərdə ilə örtülür, yuvanın dibi nova tərəf maili hazırlanmışdır, bu da hərəkət sürəti 0,2 m/san, intiqalının tələb edilən gücü 1 kvt olan yumurtayığan transportyorun lentinə yumur­tanın yaxşı diyirlənməsini təmin edir.

Toyuqların gecə vaxtı yuvalarda qalmaması üçün dib bucurqadın köməyi ilə şaquli vəziyyətə qaldırılır.



Şəkil 1.6. Mexanikləşdirilmiş yuvalar:

1-çərçivə; 2-üzununa divarcıq; 3-gəndələn divarcıq; 4-qapaq; 5-qaldırma kanatçısı; 6-önlük; 7-lentli transportyor.

Zıl təmizləyici qurğu tək və qoşalaşdırılmış ola bilər. Qoşalaşdırılmış qurğu (şəkil 1.4). İki kürəkcikli arabacıqdan, intiqal stansiyasından, dörd dolama bloklarından və yağlanma qurğusu olan dartı trosundan ibarətdir. Kürəkcikli ara-bacıqlar zıl qutularında hərəkət edir. Dartı trosu kürəkcikli arabacığa pazlı (7) oymağın (6) köməyi ilə birləşdirilir.



Şəkil 1.7. Peyintəmizləyən gurqu:

1-intiqal stansiyası; 2-kürəkcikli arabacıq; 3-trosu yağlamaq üçün tərtibat; 4-tros; 5-blok; 6-oymaq; 7-paz; 8-barmaq; 9-zıltəmizləyən kön­dələn transorptyor.

şəkil 1.8. Kürəkcikli arabacıq:

1-dayaq; 2-dartı; 3-kürəkcik; 4-təkər; 5-çərçivə.


Kürəkcikli arabacığın (şəkil 1.5.) qaynaq edilmiş çərçi­vəsi(5) və üzərinə rebordalı təkərlər(4) qoyulmuş dörd oxu vardır. Çərçivəyə bir-biri ilə dartqılarla əlaqələndirilmiş iki kürəkcik (3) oynaq asılmışdır. Bir tərəfə hərəkət etdikdə kürəkciklər zılı nəql etdirir, əks tərəfə hərəkət etdikdə onlar dönüb zalı altdan buraxırlar. Kürəkciklər dartı trosu ilə qaldı­rılır və endirilir. Dartının gedişi və kürəkciklərin dönməsi dayaqlarla məhdudlaşdırılmışdır.

Kənar vəziyyətlərdə uc açarları ilə intiqal stansiyasının elektrik mühərrikinin fırlanma istiqamətinin dəyişdirilməsi nəticəsində kürəkcikli arabacıq öz hərəkət istiqamətini dəyi­şir. İntiqal stansiyası fraksion bucurqat şəklində hazırlanmış və üzərinə gücü 3 kVt olan elektrik mühərriki, reduktor, intikal və tarımlayıcı barabanlar quraşdırılmış çərçivəsi vardır.

Kürəkcikli arabacıq zılı TSN-3,0B tipli köndələn kürəkcikli transportyorun novuna atır, o isə zılı nəqliyyat vasitələrinə verir. Quşlar üçün tam zıl qutularının üstündə yerləşdirilir. Qutu betonlaşmış yan hissələrdən, köndələn tirlərdən və tar əmələ gətirən, üzərində yem qutuları və su qabları yerləşdirilən çıxarıla bilən lövhələrdən ibarətdir.

Şəkil 1.9. Mexanikləşdirilmiş bacalar:

1-linğ; 2-agaç çərçivə; 3-kronşteyn; 4-dartı məftili; 5-sıxac; 6-tros; 7-

diyircək; 8-yük.


Bacalar (şəkil 1.6.) quşları gəzinti meydançalarına buraxmaq üçün nəzərdə tutulmuş və quş damının yan divarla­rında quraşdırılır. Onlar qapıcıqlı ağac çərçi-vədən və kron­şteyndən, dartı məftilindən, lingdən və kütləsi 16 kq olan beton yükdən ibarət ling mexanizmindən ibarətdir. Ling sol kənar vəziyyətində sağ kə-nar vəziyyətinə hərəkət etdirildikdə bacaların qapıcıqları açılır, əks hərəkətində isə bağlanır. Hazırda yumurtlayan ana toyuq sürüsünü döşəmədə saxlamaq üçün KMK-4 və KMK-7 (cədvəl 1.2) avadanlıqları komplekti istehsalatda tətbiq edilir.

Bu komplektlər ölçüləri 12x72; 12x84; 12x96; 18x72; 18x84 və 18x96 m olan binalarda yerləşdirilmək üçün nəzərdə tutulmuş və uyğun olaraq 3,5; 4; 4,5; 13,6; 16 və 18,5 min toyuğa xidmət edir.

"Promışlennıy" komplektindən fərqli olaraq burada quş­ların gəzintisiz saxlanılması texnologiyası (bacalar yoxdur) qəbul edilmiş, KUB-2 bunkerli yem qutusu olan RTŞ tipli tros-şaybalı boruşəkilli yempaylayıcı və AKP-2 kasalı suva­rıcıları olan SPA-2 suvarma sistemi tətbiq edilmişdir.

1-140 günlük təmir cavan quşların döşəmə üzərində saxlanılmasında quş damlarında çox zəhmət tələb edən işlərin kompleks mexanikləşdirilməsi və qismən avtomatlaşdırılması üçün KRM-11 və KRM-18,5 komplektləri buraxılır; onlar eni 12 və 18 m olan binalarda yerləşdirilmək üçün nəzərdə tutul­muş və 9-18,5 min quşa xidmət edir. Avadanlığın tərkibi ÜBK komplektinin tərkibinə oxşardır (cədvəl 1.2.).


cədvəl 1.2. yumurtlayan toyuqların ana sürüsünü döşəmə üzərində saxlamaq üçün komplektin tərkibi

Maşınlar

(avadanlıq)




Markası

Komplektdəki maşınların

(avadanlıqların sayı)












KMK-4

KMK-7










Binanın ölçüləri, m










12x96

12x84

12x72

18x96

18x81

18x72

Quru yemləri saxlamaq üçün bunker

BSK-10

1

1

1

1

1

1

Boruşəkilli trosşay-balı yempaylayıcı

RTŞ

1

1

1

1

1

1

Bunkerli yem qutuları

KÜB-2

18

16

14

28

24

20

Suvarma sistemi

SPA tipli

1

1

1

1

1

1

Kasalı suvarıcılar

AKP-2

44

33

32

66

57

48

Yuvalar

SQD-00

46

42

36

72

62

54

Tamasalı deşənək

NPR-A

2

2

2

3

3

3

Təmizləmə üçün ka­natlı-kürəkcikli qurğu

MPS-2M

(MPS-3M)


1

1

1

1

1

1

Zılı təmizləmək üçün kürəkcikli trans­portyor

NKÜ-7/18

-

-

-

1

1

1

İdarəetmə şkafı

-

1

1

1

1

1

1


Qəfəsli batareyalar. Son illər ölkəmizin quşçuluq təsər­rüfatlarında quşların qəfəsdə saxlanılması daha geniş yayılır. Qəfəsli batareyaların tətbiqi istehsal proseslərinin kompleks mexanikləşdirilməsinin və avtomatlaşdırılmasının tətbiq edil­məsinə, həmçinin quş damının hər 1 m2 sahəsinə quşların oturdulma sıxlığının 2,5-3 dəfə artırılmasına imkan verir.
Cədvəl 1.3. 1-140 günlüyə qədər təmir cavan quşları döşəmə üzərində yetişdirmək üçün maşın və avadanlıqlar komplektinin tərkibi


Maşınlar
(avadanlıq)


Markası

Komplektdəki maşınların

(avadanlıqların ) sayı












KRK-11

KRM-18,5










Binanın ölçüləri,m










12x96

12x84

12x72

18x93

18x81

18x72

Quru yemləri saxla­maq üçün bunker

BSK-10

1

1

1

1

1

1

Boruşəkilli tros-şay­balı yempaylayıcı

RTŞ

1

1

1

1

1

1

Suvarma sistemi

SPA-2tipli

1

1

1

1

1

1

Kasalı suvarıcılar

AKP-1,5

88

76

64

132

114

96

Çəpərli elektrik bru­deri

BP-1A

22

20

16

36

32

2 8

Tava

L-1

110

100

80

180

160

140

Novşəkilli yem tər­kibləri

K-1A

110

100

80

180

160

140

Vakuum suvarıcıları

PB

110

100

80

180

160

140

İdarəetmə şkafı

-

1

1

1

1

1



Şaqul üzrə cərgələrinsayından asılı olaraq qəfəslər bir, iki, üç və dördyaruslu ola bilir. Yarusların pillə ilə yerləşdiril­məsi kaskad batareyalarını yaradır. Üfiqi müstəvidə qəfəs cərgələrinin sayına görə batareyalar bir, iki və dörd yaruslulara ayrılır. Batareyalara xidmət göstərilməsini asanlaşdırmaq məqsədilə onlar 3-4 yarus hündürlüyündə hazırlanır. Batareyalar arasın­dakı keçid ən azı 800 mm enində düzəldilir. Qəfəslərin yan divarları şaquli qoyulmuş polad millərdən ibarətdir.

Qəfəsli batareyaların sxemi 6.10. saylı şəkildə göstəril­mişdir.

KBU-3 universal qəfəsli batareyası (şəkil 1.11) iri quş­çuluq fermalarında və quşçuluq fabriklərində təmir cavan quşlarını başqa batareyalara keçirmədən 1 günlükdən 140 gün­lü­yə qədər yetişdirmək üçün nəzərdə tutulmuşdur. KBU-3 bata­­re­yası metal karkasdan, yempaylayıcıdan, yem qutuları və su qablarından zıl təmizləyən mexanizmdən, intiqaldan və idarəetmə lövhəsi olan elektrik avadan-lığından ibarətdir.

Şəkil 1.10. Qəfəsli batareyaların sxemi:

a-şaquli bir cərgəli dörd yaruslu; b- şaquli iki cərgəli dörd yaruslu;

c-kaskadlı üç cərgəli; ç-kaskadlı dörd cərgəli; d-üfüqi dörd cərgəli.
Batareyanın karkası hündürlüyü üzrə üç yarusa bölü­nmüşdür. Onlardan hər birinin asbest-sement tavalardan zıl döşənəyi vardır. Döşənəkdən yuxarıda şəbə-kəli taxcacıqlar quraşdırıl-mışdır. Taxcacıqların məftillərini korroziyadan qorumaq üçün üzərinə polietilen örtük çəkilmişdir. Taxcacıqlar üzərindəki boşluq arakəs-mələrlə hərəsinin uzunluğu 900 mm olan qoşalaşdırılmış 40 qəfəsə bölünmüşdür.

Qəfəslər çıxarıla bilən qapıcıqlarla bağlanır. Batareyada taxcacıqdan yem qutusunun kənarına qədər olan məsafəni tənzim etməyə imkan verən qurğu və quşların ilk yetişdirilmə dövründə yem qutularına qoyulan çıxarılan içlikləri vardır.


Şəkil 1.11. KBU-3 qəfəsli batareyası:

1-qəfəslər bölməsi; 2-yem qabı; 3-yempaylayıcı; 4-karkas.
Yem qutularına yem hərəkətedən asma yempaylayıcı ilə paylanır. Yempay-layıcının batareyasının hər tərəfində üç ədəd qollu dozalara bölən bunker vardır. Yem paylayıcı hərə­kət etdikcə yem dozalara bölən bunkerlərdən yem qutularına daxil olur. Yemin verilmə normasının dəyişdirilməsi doza­lara bölən bunkerlərdə yerləşən tənzimləyici qapaqlarla təmin olunur. Quşları suvarmaq üçün 10 quşa bir suvarıcı hesabı ilə qoyulan nikkelli suvarıcılar nəzərdə tutulmuşdur. Quşların 1-dən 30 günlüyə qədər yetişdirilməsində hər qəfəsə 30-40, 31-dən 140 günlüyə qədər isə hərəsinə 10 quş yerləşdirilir. Qəfəsi müxtəlif yaşda olan quşlara uyğun-laşdırmaq üçün onun fasad divarında hərəkət etdirilə bilən polietilen barmaqlıq vardır.

Zıl təmizləyən mexanizmin kürəkcikləri, dartı kanatı və intiqalı vardır. Yemin verilməsi və zılın təmizlənməsi xətləri batareyanın qabaq baş divarcığında yerləşdirilən pultdan idarə olunur.

Batareyada qəfəslərin miqdarı 252 qəfəsin qabariti 900 x 455 x 455 mm, batareyanın qabariti isə 40517 x 1295 x 2010 mm-dir. Kütləsi 5312 kq-dır.

KBU-3 qəfəsli batareyaları ilə təchiz olunmuş quş damında işlədikdə bir quşabaxan 21 min cücəyə xidmət edir.



Üçyaruslu kaskadlı batareyalı BKN-3 avadanlıqları komplekti quşçuluq fabriklərində və quşçuluq fermalarında yumurtlayan toyuqların sənaye sürüsünü saxlamaq üçün nəzərdə tutulmuşdur.

Avadanlıqlar komplektinə BKN-3 qəfəsli batareyası, BSK-10 quru yem bunkeri, TUU-2 şnekli transportyoru, zılı təmizləmək üçün MPS-6M qurğusu, zılı təmizləmək üçün NKÜ-7/18 transportyoru və elektrik avadanlığı daxildir.

BKN-3 qəfəsli batareyasının karkası, qabaq və arxa dayaqları, yempaylayıcı yumurtayıcı mexanizmi, zıltəmiz­ləyən mexanizmi, su təchizatı sistemi və elektrik avadanlığı vardır.

Qəfəsli batareyanın karkası bir-biri ilə tor bloklarla bir­ləşdirilmiş lövhələr sırasından ibarətdir. Lövhələrdə yem qutularının və yumurtayığma sistemi novu-nun kronşteynləri bərkidilir. Birinci və ikinci yarusların blokları üstündə metal zəl döşənəyi yerləşdirilir. Qəfəsli batareyanın uzunluğu 1800 mm-ə bərabər olan hər bir bloku dörd qəfəsə bölünmüşdür. Üçüncü yarusun quşlar salınan və çıxarılan qapıcıqları şaquli divarcıqda, ikinci və birinci yarusların qapıcıqları isə örtükdə yerləşdirilmişdir.

Qabaq və arxa dayaqlar bir-biri ilə kronşteynlərlə birləş­dirilmiş iki çərçivə-dən ibarətdir. Qabaq dayağın birinci və ikinci yaruslarının kronşteynlərinə yem-paylama və zıl təmiz­ləmə intiqallarının tavaları, kürəkciklərin dartı kanatının dövrləyici bloklar sistemi və yempaylayıcının döndərici blok­ları bərkidilir. Arxa dayaqda dövrləyici bloklar, kürəkciklərin dartı kanatının tarımlayıcı vinti və yem paylayıcının döndərici blokları yerləşmişdir. Yempaylayıcı, içərisində yemi bun-ker­dən novun uzunu boyu hərəkət etdirən ştamplanmış zəncir hərəkət edən novun qapalı konturundan ibarətdir.

Bunker qəfəsli batareyanın mərkəzində qabaq dayaqda yerləşdirilmişdir. Bunkerin içərisində yemin bir bərabərdə yempaylayıcının zəncirinə verilməsini təmin edən qarışdırıcı vardır. Quşlar tarazlaşdırıcı baklarla birləşdirilmiş axarlı suva­rıcılarla suvarılır.

Zıl təmizləyici mexanizm arxa dayaqda yerləşən vintin köməyi ilə tarımlığı təmizlənən bir dartı kanatında bərkidilmiş iki kürəkcikdən ibarətdir.

Yumurtayığan mexanizm içərisində lentin aparan qolları yerləşən nov şəklində düzəldilmişdir. Yumurta ikinci və üçüncü yaruslardan maili elevatorlarla yumurtayığanın üfiqi və maili hissələri olan zəncirli-kürəkli transportyoruna veri-lir. Elektrik avadanlığı elektrik mühərriklərindən, uc açarlarından və idarəetmə şkaflarından ibarətdir.

Qəfəs 5 baş, batareya 5880 baş quş tutur. Bir batareyanın 1176 qəfəsi vardır, onun kütləsi 8418 kq-dır.

Biryaruslu OBN-1 qəfəsli batareyaları tavanı çox hündür olmayan quş damlarında quraşdırıla bilər. Onlar quşla­rın yaxşı şəraitdə saxlanılması hesabına məhsuldarlığın artırıl­masına imkan verir. Eni 12 m olan binada 4 batareya , eni 18 m-də isə 6 batareya qurulur.

OBN-1 avadanlıqları komplekti aşağıdakı maşın və me­xa­nizmlərdən ibarət-dir. Yem saxlamaq üçün bunkerlər, yemi bunkerdən dozatorlara vermə xətləri, dörd halqavarı yempay­lama xəttindən, dörd yumurta yığımı xəttindən, quşlar üçün qəfəslərdən, axarlı səkkiz ədəd novşəkilli suvarıcıdan, zılı təmizləmək üçün iki kürəkcikli transportyordan, elektrik intiqallı idarəetmə və işıqlandırma sistemlə-rindən.

Hər bir qəfəsin eni (yemləmə xətti üzrə) 0,3 m, hündürlüyü 0,4 m və dərinliyi 0,45 m-dir. Qəfəsin hər birində üç yumurtlayan toyuq yerləşdirilir. Qəfəsin hər 1 m2 sahəsinə quşların oturdulma sıxlığı 22 baş təşkil edir. Toyuqlar qapıcıqla bağlanan üst deşikdən qəfəsə salınır və oradan çıxa­rılır. Qonşu qəfəs-lərin cərgələri arasında axarı olan novşəkilli suvarıcılar qoyulmuşdur; onların altında novşəkilli yem qutu­ları yerləşmişdir. Onlar yempaylama xəttinin qapalı konturunu əmələ gətirir. Yem qutularından aşağıda ayaqaltı şəbəkənin novlarında yumurtanı yığmaq üçün lentli transportyorlar yer­ləşir. Hər bir qəfəslər cərgəsinin daxilində yumurtanı dimdik­lənmədən mühafizə edən lövhələr qoyulmuşdur.

Yem aşağıdakı ardıcıllıqla verilir. ZSK-10 yükləyicisi ilə yem həcmi 13 m3 olan xarici bunkerə verilir, oradan köndələn transportyora daxil olur. Köndələn transportyor yemi zəncirli paylayıcıların bunker-dozatorları üzrə bölüşdürülür. Bir pay­layıcı, quş olan dörd cərgə qəfəsə xidmət edir. Sonuncu bun­ker-dozator dolduqdan sonra yükləyici transportyor avtomatik olaraq dayanır.

Yem, bunker-dozatorlardan qapalı kontur üzrə işləyən zəncirli yempaylayı-cılara daxil olur. Yempaylayıcının zənciri metal nova salınmış və eyni zamanda dartqı və nəqletdirici iş orqanıdır. Paylayıcının aparan ulduzcuğu mühərrik-reduk-torun valına oturdulmuşdur. Paylayıcının zəncirinin hərəkət sürəti 0,19 m/saniyə-dir. İntiqal stansiyası və döndərici quruluş qəfəslərin karkasının qabaq çərçivəsin-də quraşdırılmışdır.

Yemin verilmə norması, bunker-dozatorda şiber qapağı­nın vəziyyətini dəyiş-məklə müəyyənləşdirilir. Bunker doza­torun həcmi yem qabının 1 m uzun-luğuna ən azı 0,5 kq yem sərf etməklə paylayıcının novunun bütün konturunu yemlə doldurmaq üçün kifayət etməlidir. Bunker ğdozatorun dar hissəsində yemin asılı qalması qarşısını almaq üçün qarışdırıcı qoyulmuşdur. Quşları suvarmaq üçün su axan tərəfəbir qədər maili quraşdırılan, nov şəklində, axarlı plasmas suvarıcılar tət­biq edilmişdir.

Yumurtayığan mexanizm səkkiz uzununa və bir kön­dələn transportyordan ibarətdir. Hər bir transportyorun intiqal stansiyası, tarımlayıcı qurğusu və lenti vardır. Köndələn trans­portyorla yanaşı qaldırıcı quruluşu və yumurta yığmaq üçün meydançası olan stolyığıcı yerləşir. Yumurta qəfəsin maili döşəməsi ilə uzununa lentli transportyorun üstünədiyirlənir, o da yumurtaları köndələn transportyora verir. Uzununa trans­portyorun lenti aparılan barabanın altında quraşdırılmış silind­rik şotka ilə çirkdən, peyindən və tükdən təmizlənir.

Yumurta göndərən transportyordan stol-yığıcıya daxil olur; onun əsas iş orqanları şaquli transportyordan, yönəldici barabandan və intiqal quruluşundan ibarətdir. İntiqal qurulu­şuna gücü 3 kVt olan elektrik mühərriki və reduktor daxildir. Stol-yığıcı 170-ə qədər yumurta tutur. Yumurta əl ilə qəbul edilir və qablaşdırılır.

Zıl, quş olan qəfəslərin altındakı betonlanmış xəndək­lərdə yığılır. Qəfəsli batareyanın hər bir iki zalı təmizləmək üçün skreperdən, intiqal stansiyasından, dartı kanatından, dörd ədəd dövrləyici blokdan və iş prosesini avtomatik idarə et-mək üçün uc açarlarından ibarət olan qoşalaşdırılmış skreper qurğ­usu ilə təchiz edilir.

Skreper qurğusunun işi "Promışlennıy" komplektin­də olduğu kimi gedir. Bir kürəkciyin iş gedişində ikincisi boş gediş edir. Xəndəyin sonuna çatdıqda kürəkcin zılı köndələn kürəkcikli TSN-3,0B transportyoruna atır. Bu anda uc açarı işə düşür və skreper əks istiqamətdə hərəkətə başlayır. Köndələn kürəkcikli trans-portyor zılı quş damından çıxarır və onu nəq­liyyat vasitələrinə verir.

Yemin paylanması, zılın çıxarılması, işıqlandırılma müddətinin tənzim edilməsi prosesləri həm əl ilə, həm də yarımavtomatik rejimdə idarə olunur. Yumurtanın yığılması prosesi ancaq əl ilə idarə olunur.


Şəkil 1.12. BKM-3B qəfəsli batareyasının sxemi:
1-yempaylayıcının intiqalı; 2-yem novu; 3-zılı tullayan kürəkciklərin intiqalı; 4-qabaq dayaq; 5-bunker-dozator; 6-tarazlaşdırıcı bak; 7-kasaşəkilli suvarıcılar xətti; 8-qəfəslər; 9-suvarıcıları qaldırmaq üçün bucurqad; 10-arxa dayaq; 11-zıl kürəkciyinin trosunu tarımlayan mexanizm.


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin