Sağım dəzgahları. İnəkləri tövlə daxilində və ayrıca sağım yerlərində sağmaq üçün müxtəlif quruluşda sağım dəzgahları buraxılır (şəkil 1.2). Həmin dəzgahlardan ən geniş yayılanları haqqında aşağıda qısa məlumat verilir. AD-100 markalı sağım dəzgahı tövlədə 100 inəyi sağmaq üçündür. Aqreqat komplektinə RVN-40/350 vakuum-nasosu, elektrik mühərriki, vakuum-balon, vakuum-nizamlayıcı, on ədəd sağım aparatı, vakuum-magistral boru, habelə su qızdırıcı qurğu, süd soyuducu və başqa qurğular daxildir.
DAS-2 sağım dəzgahı inəkləri tövlədə sağmaq üçün istifadə olunur, həmin qurğuya südün emal və saxlanması üçün əlavə avadanlıq qondarılmışdır. DAS-2 komplektinə aşağıdakı 4.2. saylı cədvəldə göstərilən avadanlıqlar daxildir.
Şəkil 1.2. Sənaye tipli komplekslərdə tətbiq edilən
sağım qurğusunun texnoloji sxemi:
a, b - "Tandem"; v-fərdi keçid dəzgahları; q-"Eloçka" tipli qrup sağım dəzgah;
d, e, j, z - konveyer tipli "Karuselğ"; "Önilaktor"; özühərəkətedən qurğu.
1-süd kəməri; 2-xəndək; 3-axur; 4-platforma; 5-sağım aparatı; 6-transportyor;
7-arabacıq; 8-sağım meydançası; 9-konveyer.
DU-150 sağım dəzgahı - inəkləri tövlədə sağmaqla yanaşı südün ilk emalı üçün istifadə edilir (şəkil 1.3). Bu aqreqat əsasən iki quruluşda olur: "Moloko-provod -100" və "Molokoprovod - 200". Bunlardan birinci 100, digəri 200 baş inək saxlanan tövlələr üçün nəzərdə tutulmuşdur. Hər iki dəzgah eyni quruluşa malikdir. Lakin ikinci aparatların sayı artırılmışdır. Bu dəzgahda süd kəməri vardır ki, onun köməyi ilə südü soyuducuya qədər boru daxilində nəql etdirmək olur. Süd kəməri şüşə borulardan ibarətdir. Həmin kəmərin yolunda sürgəcli vakuum-nizamlayıcı və differensial nizamlayıcı qondarılmışdır. Vakum-nizamlayıcının köməyi ilə süd kə-mərinə hava dolur ki, bu da südün hərəkət etdirilməsinə şərait yaradır. Süzgəc isə hava ilə keçən tozu təmizləyir.
DU-150 qurğusunun komplektinə aşağıdakı 1.3. saylı cədvəldə göstərilən avadanlıqlar daxildir .
Şəkil 1.3. Sağım süd kəmərli qurğusunun texnoloji sxemi:
1-südçəni;2-südsoyuducusu;3-vakuum-bakı;4-vakuum-nasos; 5-vakuum-tənzimləyici;6-mərkəz süzgəc; 7-kran; 8-süd kranı; 9-süzgəc;10-vakuumetrlər; 11-vakkum differensial tənzimləyicisi; 12-hava sorulmasını tənzimləyici; 13-süd kəməri; 14-ölçü silindri; 15-süd şlanqı sıxıcılarla birlikdə;16-vakuum kəməri; 17-sağım aparatı.
"Eloçka" sağım dəzgahı inəklər açıq saxlanılan zaman istifadə olunur. Dəz-gah komplektinə aşağıdakı avadanlıqlar daxildir.
Bu dəzgahda inəklər xəndəyə nisbətən 300 bucaq altında iki cərgədə durur. Cərgələr arasında eni 0,9-1,2 m, dərinliyi 0,70-0,75 m olan xəndək qazılır. Həmin xəndək sağıcıların normal işləməsi üçündür. Bu cür qurğudan inəklər yaylaq şə-raitində saxlandıqda da istifadə oluna bilər.
"Tandem" sağım qurğusu inəklərin açıq saxlandığı şəraitdə tətbiq olunmaqla yanaşı südün ilk emalını da yerinə yetirir. Aqreqatın komplektinə aşağıdakı avadanlıqlar daxildir (cədvəl 1.2).
Cədvəl 1.2.
Sağım dəzgahlarında axıdanlıqların miqdarı
Avadanlıqlar
|
Miqdarı
|
"VOLQA" və ya DA-2 "MAYQA" sağım aparatı
|
14
|
RVN-40/350 vakuum-nasosu
|
2
|
Vakuum – soyuducu
|
1
|
UZM-4-3A diafraqmalı süd nasosu
|
1
|
TİQ-2 markalı süd tankı
|
1
|
1,5 K -6 su nasosu
|
1
|
OİNŞ-5 mərkəzdən qaçan süd nasosu
|
1
|
Süd qablarını yumaq üçün təknə
|
1
|
VT-200 suqızdırıcısı
|
1
|
MXU-80 markalı soyuducu
|
1
|
KV-200 buxarhazırlayıcısı
|
1
|
Hissələri saxlamaq üçün rəf
|
1
|
UDS-3 səyyar sağım qurğusu. İnəklər yaylaq şəraitində saxlanılan zaman tətbiq olunur. Bundan həmçinin inəklər tövlə şəraitində və açıq saxlandıqda da istifadə edilə bələr. Sağım qurğusu əsasən iki bölmədən ibarət olub, brezentlə örtülən sağım dəzgahlarından, süd soyuducusundan, güc qurğusundan və suqız-dırıcı qurğudan ibarətdir. Bu qurğunun 8 dəzgahı, iki inəyə bir ədəd hesabı ilə qüvvəli yem bunkerləri vardır.
Hər iki bölmənin arasında sağıcının işləməsi üçün keçid yolu qoyulmuşdur. Dəzgahın üst tərəfindən vakuum kəmər, süd kəməri, isti su borusu və iş yerini işıqlandırmaq üçün lampa qondarılmışdır. Soyuducu qapalı tiplidir. Süd, soyu-ducuya burada yaradılan seyrəkliyin təsiri nəticəsində diafraqmalı nasosun köməyi ilə daxil olur.
Güc aqreqatı əsasən benzinlə işləyən mühərrikdən, RVN-40/350 vakuum-nasosdan, mərkəzdənqaçan tipli su nasosundan, soyuducu və generatordan ibarət-dir. Su xüsusi qızdırıcılar vasitəsi ilə qızdırılıb, diafraqmalı nasosla soyuq su ilə qarışdırılaraq normal vəziyyətə salınır.
Cədvəl 1.3.
Sağım dəzgahlarının komplektləri
Avadanlıqlar
|
Aparatların sayı
|
|
|
1 kom-plekt
|
II kom-plekt
|
III kom-pl.
|
IV kom-pl.
|
DA-2 sağım aparatı
|
8
|
8
|
8
|
8
|
RVN-40/350 vakuum-nasosu
|
1
|
1
|
1
|
1
|
Vakuum-nizamlayıcı
|
1
|
1
|
1
|
1
|
Vakuummetr
|
2
|
2
|
2
|
2
|
Aparatları sterilizə etmək üçün avadanlıq
|
1
|
1
|
1
|
1
|
Vakum – kəməri
|
Uzunluğu 190 m.
|
|
Süd vannası
|
1
|
1
|
-
|
-
|
OİNŞ-5 mərkəzdənqaçan süd nasosu
|
1
|
1
|
-
|
-
|
Soyuducu – təmizləyici
|
1
|
1
|
1
|
-
|
UZM-4-3 markalı nasos
|
1
|
1
|
1
|
-
|
MXU - 8 C markalı soyuducu
|
1
|
-
|
-
|
-
|
TB-1 süddaşıyan arabacıq
|
4
|
4
|
4
|
4
|
BT-200 suqızdırıcısı
|
1
|
1
|
1
|
1
|
KV-100 buxarhazırlayıcısı
|
1
|
-
|
-
|
-
|
PC-15 elektrik stansiyası
|
1
|
1
|
1
|
1
|
Cədvəl 1.4.
Sağım dəzgahlarının komplektləri
Avadanlıqlar
|
Molokoprovod- 100
|
Molokoprovod- 200
|
|
|
1 komplekt
|
II komp-lekt
|
I kom-plekt
|
II kom-plekt
|
DA-2 sağım aparatı
|
8
|
8
|
16
|
16
|
Sağım vedrəsi
|
8
|
8
|
16
|
16
|
Süd kəməri (metrlə)
|
170
|
170
|
340
|
340
|
Vakuum-kəmər (metrlə)
|
180
|
180
|
360
|
360
|
RVN-40/350 vakuum-nasosu
|
2
|
2
|
4
|
4
|
Vakuum-nizamlayıcı (süd üçün)
|
2
|
2
|
4
|
4
|
Kobud süzgəc
|
2
|
2
|
4
|
4
|
Vakuummetr və vakuum-nizamlayıcı
|
1
|
1
|
2
|
2
|
Süd süzgəci
|
8
|
8
|
16
|
16
|
Vakuum-balon
|
1
|
1
|
2
|
2
|
Dəzgahları yumaq üçün qurğu
|
1
|
1
|
2
|
2
|
Süd soyuducusu
|
1
|
1
|
2
|
2
|
Sağım aparatlarını yumaq üçün vanna
|
1
|
1
|
1
|
1
|
Ehtiyat hissələri üçün rəəf
|
1
|
1
|
2
|
2
|
Süd sisterni
|
2
|
2
|
4
|
4
|
MXU –8C soyuducusu
|
1
|
-
|
1
|
-
|
OİNŞ –5 nasosu
|
1
|
1
|
1
|
1
|
1,5 K 6 su nasosu
|
-
|
1
|
-
|
1
|
VT-200 su qızdırıcısı
|
1
|
1
|
1
|
1
|
Avadanlıqların adı . . . . . . . . . . . . . . . . . .. . . . . . ......Miqdarı
16 yerlik sağım qurğusu……………………………. 1
"Volqa" və ya DA-2 "Mayqa" sağım aparatı…….....10
RVN-40/350 vakuum-nasosu ………………….…...1
Vakuum tipli soyuducu ……………………… …… 1
UZM-4-3A diafraqmalı süd nasosu ………………...1
TMU-2 markalı süd nasosu ………………………....1
OİNŞ-5 süd nasosu …………………………….…1
1,5 K6 su nasosu ………………………………….....1
VT-200 suqızdırıcısı …………………………….......1
KV - 200 buxarhazırlayıcısı …………………............1
Avadanılqları yumaq üçün təknə ………………… ...1
Ehtiyat hissələri saxlamaq üçün rəf………..…...........1
2. Südün ilkin emalının mexanikləşdirilməsi.
Süd - çoxfazalı polidispers qarışıq olub bioloji maye, məməli heyvanların süd vəzilərinin mayesidir. O içərisində mineral duzlar və süd şəkəri həll olunmuş dis-persiya mühitindən-plasmadan, kolland fazadan-zülallardan və duz hissələrindən, xırdadispersiya fasadankürələr şəklində, zülallinond pərdəsi ilə əhatə olunmuş süd yağından ibarətdir. Südün tərkibində orta hesabla 3,8 % yağ, 87,5 su, 4,7 süd şəkəri, 0,7 % mineral maddələr vardır. Süddə, həmçinin, vitaminlər, harmonlar, fermentlər, limon və süd turşuları vardır.
Süd tez xarab olan məhsuldur. Onun qidalığını və texnoloji əhəmiyyətini daha uzun müddət saxlamaq üçün südü ilkin emal edirlər.
İlkin emala aşağıdakılar aiddir:
- südün xarab olmasına və turşumasına səbəb olan mikroorqa -nizmilərin həyat fəaliyyətini azaltmaq üçün soyutma;
- pasterizasiya -süddə olan mikroorqanizmləri məhv etmək üçün tətbiq edilən istiliklə emal;
- mexaniki və qismən bakterial qarışıqları kənar etmək üçün təmizləmə.
Sağıldıqdan sonra dərhal soyudulan təzə süd müəyyən müddət ərzində mikro-orqanizmlərə məhvedici təsir göstərərək bakterisid xassələrə malik olur. Lakin bu, xüsusilə sağımın gedişində süd çirklənmişsə və ya xəstə inəkdən sağılmışsa, mikro-orqanizmlərin məhvini təmin edə bilməz. Bu halda pasterizasiya tətbiq edilir. 100 0C -dən aşağı temperaturda saxlamaqla südün qızdırılması lazımdır.
Patogen mikroorqanizmlə yoluxmuş süd təzyiq altında, təxminən 120 0C tempe-raturda sterilizasiya edilir. Bu halda həm də bakteriayaların sporları məhv edilir. Südün keyfiyyəti laboratoriya tədqiqatları ilə qiymətləndirilir.
Südə olan Dövlət standartı I növ, II növ və növsüz süd müəyyən edir. I və II növ südün turşuluğu Ternerə görə uyğun olaraq 16-18 0C və 19-20 0C həddində olur. O mexaniki çirkliliyinə görə birinci və ikinci qrupa aid edilir; bakterial səpilməyə görə ən aşağısı biringi və ikinci sinif reduktor nümunəsi olmalıdır. Birinci növ südün dəyəri yuxarıdır. Birinci və ikinci növlərin tələblərinə cavab verməyən süd növsüz adlanır və süd müəssisələri tərəfindən qəbul edilmir.
Təhvil veriləndə südün temperaturu 100 C-dən yuxarı olmamalıdır. Sanitariya və gigiyena qaydalarına dəqiq riayət edilən və baytarlıq xidməti etibarlı işləyən, süd verən heyvanları isə sağlam olan, saxlanılma və yemlənilmə şəraiti yaxşı olan axın sənaye texnologiyalı ferma və komplekslərdə yaxşı keyfiyyətli süd alınır.
Süd tökülüb satılmaq üçün bilavasitə ticarət şəbəkəsində göndərildikdə və ya ictimai iaişə müəssisələrinə gətirildikdə: təmizləmə -pasterizasiya -soyutma sxe-mindən istifadə edilir.
Süd soyuducuları və onların hesabatı. Südün ilkin emalında əsas məqsəd onun keyfiyyətinin aşağı düşməsinin qarşısını almaqdır. Bu məqsədlə süd sağıl-dıqdan sonra müxtəlif qatışıqlardan təmizlənilib soyudulur. Bəzi hallarda ferma və komplekslərdə südün pasterizasiya və separasiya olunması işi də yerinə yetirilir. Fermanın yerləşmə şəraitindən və ölçülərindən asılı olaraq südxanalar təşkil olunur. Separatordan keçirilən xama süd, xama süd zavodlarına, üzsüz süd isə təkrarən fermaya göndərilərək buzovlara verilir. Süd tez xarab olan məhsul olmaqla bərabər ən keyfiyyətli qidadır. Südün çirklənməsində əsas səbəb inəyin yelininin çirkli olması, sağım aparatlarının vaxtında yuyulmaması, tövlə daxilində havanın təmiz olmaması və s. faktorlardan asılıdır.
Südün keyfiyyətini xarakterizə edən əsas göstəricilərdən biri onun turşulu-ğudur. Turşuluq Terner dərəcəsi ilə ölçülür. Bu, o deməkdir ki, KON və ya NaOH qələvinin 100 ml fenolftalein ilə neytrallaşmasını göstərir. Təzə südün turşuluğu 16-18 0T qəbul olunur. Südün turşusuna səbəb onun daxilində olan bakteriyaların inkişafıdır. Bakteriyaların artmasına səbəb onun temperatur və saxlanma müddəti-dir. Əgər südün temperaturu 310 0K qədərdirsə, bakteriyaların artma fazası 2-3 saat, 286 o K də 19-36 saat davam edir.
Turşuluğu aşağı olan süd keyfiyyətli hesab olunur və bundan ötrü təsər-rüfatlara əlavə pul verilir. Südün keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə sağım dəzgahlarının komplektinə süd təmizləyici və soyuducu qurğu əlavə olunur. Bu məqsəd üçün OM-1000A (şəkil 1.9), OM-400 və ya OM-1 qurğularından istifadə olunur. OM-1 təmizləyici və soyuducu qurğu mərkəzdən qaçma aparatından süd soyuducudan, süd nasosundan, hissələrin yuyulması üçün təknədən və borular-dan ibarətdir. Südü soyutmaq üçün artezian suyundan istifadə etmək olar. Mərkəz-dən qaçma qurğusu barabandan, hərəkət ötürücü mexanizm və elektrik mühərri-kindən, qəbul və ixrac hissələrindən ibarətdir. Maşını sökmək və yığmaq üçün işlə-yən zaman dayandırmaqdan ötrü əyləc mexanizm qondarılmışdır. Hərəkət ötürücü mərkəzdənqaçma muftasından, şaquli valdan və barabanın fırlanma tezliyini nizamlamaq üçün pulsatordan ibarətdir. Süd təmizləyən baraban şaquli val üzərində oturur və tarelkalardan ibarətdir. Hərəkət barabana sonsuz vint ötürməsi vasitəsi ilə şaquli val tərəfindən verilir. Mərkəzdən qaçma tipli friksion mufta hərəkətin səlis verilməsini təmin edir.
Şəkil 1.4. OOM-1000A soyuducu təmizləyicinin sxemi:
1 - friqator qutusu; 2 - separator; 3 - soyuducu; 4 - südqəbuledici; 5 - yuxari tənzimci təknə; 6 - aşağı təknə; 7 - süd buraxıcı boru; 8-süd qabları;9-su nasosu; 10- transmişeyanın elektrik mühərriki.
Süd soyuducu nazik layihələrin biri-birinin yanına sıxılmış halda birləşdirilmiş paket halından ibarətdir. Bunun bir tərəfindən süd, digər üzündən isə su axıb öz soyuqluğunu südə verir. Suyun üç dəfə sirkulyasiya etməsi zamanı onun temperaturu 280-282 0K kimi düşə bilər. Təcrübə göstərir ki, elə normal şərait yaratmaq olar ki, südlə suyun temperatur fərqi 20 -ə ola bilər.
297 0K temperaturdan aşağı olmayan süd balonundan nasos vasitəsilə şlan-qından qovulub südtəmizləyicinin barabanına ötürülür. Mərkəzdən qaçma qüv-vəsinin təsiri ilə südün tərkibində olan başqa qatışıqlar ayrılıb barabanın daxilində yerləşən zibil kamerasına verilir. Təmizlənmiş süd təzyiq altında soyuducuya və oradan süd rezervuarına verilir. Soyuq su nasos ilə suyu daha da soyudan qurğuya və oradan soyuducunun seksiyalarına ötürür. Süd və su biri digərinin əks istiqamətində hərəkət edərək qarşılıqlı soyudulur. Qurğunun məhsuldarlığı 1000 l/s, elektrik mühərrikinin gücü 1,5 kVt, süd nasosunun gücü 1,1 kVt-dır.
Şəkil 1.5. TOM-2A süd soyuducü tankın konstruktiv
texnoloji sxemi:
1-kompressor; 2-havalandırıcı; 3-ressiver; 4-son qrac; 5-mayeləşdirici;
6-süd soyudycu tank; 7-nasos; 8-qarışdırıcı; 9-süd.
Südün uzun müddət eyni şəraitdə saxlanmasını təmin etmək üçün TOM-2A süd tanklarından istifadə olunur. Bu aqreqat və ondan kiçik 400 baş sağmal inəyi olan fermalarda tətbiq olunur. Bu qurğu (şəkil 4.10) süd vannasından, qarışdırıcıdan, freon tipli kompressordan, ressiverdən, süd təmizləyicidən, istilik ayrıcıdan, buxarlandırıcıdan, su nasosundan, soyuqluq yaradan akkumlyatordan ibarətdir. Sağıma 3-4 saat qalmış aqreqat işə buraxılıb onun daxilində soyuqluq yaradılır. Soyuqluq freon aqreqat daxilində qapalı hərəkəti nəticəsində yerinə yetirilir. Buxarlandırıcıdan freon qazı kompressora sorulub təzyiq altında sıxılır. Məlumdur ki, qaz sıxıldıqda onun temperaturu artır. Sıxılmış isti freon qazı kondensatora verilib hava ilə soyudulur. Buraya havanın verilməsi ventilyatorun köməyi ilə aparılır. Burada freon qaz halından maye halına keçir və soyuyur. Belə ki, buxarlaşdırıcı kameraya daxil olan maye freon buxarlanıb qaz halına keçir. Beləliklə, buxarlaşdırıcının daxilində yerləşən süd təknəsinin daxilindən keçən borunun məhsulunu soyutmağa başlayır. Məlumdur ki, məhlul və soyuqluğunu südə verərək onun temperaturunu 276-283 0K-nə kimi aşağı salır. Freonun köməyi ilə soyudulan məhlulun temperaturu 263-261 0K qədər olur. Süd soyuducusu avtomatik və əl ilə idarə olunan iş rejimində işləyir. Süd vannasının işçi həcmi 1800 l, akkumlyator tutan sahənin həcmi 1275 l, südün 309-dən 279 0K dərəcəyədək soyutma müddəti 2,5 saatdır.
Süd soyuducusunda soyuqluq yaratmaq üçün MXU-8C qurğusundan istifadə olunur. Əvvəlcə su bu qurğunun köməyi ilə soyudulduqdan sonra süd seksiyalarına verilib lazımi temperatura kimi soyudulur. Bu qurğu kompressordan, hava ilə soyudulan kondensatordan, ressiverdən, quruducu filtirdən, istilik dəyişəndən, ni-zamlayıcı ventildən, buxarlaşdırıcıdan, avtomatik idarə cihazlarından ibarətdir. MXU - 8C aqreqatının iş prinsipi TOM-2A qurğusunun işinə uyğundur. Lakin burada soyudulan su rezervuardan nasos vasitəsi ilə forsunkaya deyil, süd layihələrinin arasına verilir. Suyun süddən aldığı istilik təkrarən soyuducunun buxarlaşdırıcı qurğusunda yerləşən freonun qızdırılmasına sərf olunur. Qurğunun tələb etdiyi güc 7,7 kVt-dır, özü isə avtomatik rejimdə işləyir.
Süd soyuducuların hesabatı və onların seçilməsində əsas göstərici məhsuldarlıq və istilik rejimidir. Süddən və ya məhluldan alınan istiliyin miqdarı aşağıdakı ifadə ilə təyin olunur
Q = M C (Tb - Tsan ) (1.1)
Burada M məhsuldarlıq, kq/c; C məhsulun xüsusi istilik tutumu əmsalı, Coul/ kq qrad; Tb , Tsan başlanğıc və son temperaturdur, 0K.
Südün soyudulmasında istifadə olunan soyuducu məhlulun temperaturu, qəbul edənin kütləsinin istilik verənin kütləsinə olan nisbətinə sərfiyyat əmsalı deyilir. Soyuducunun su seksiyasında bu əmsal 2,5-3, məhlul seksiyasında 1,5-2,5 qiymət-ləri arasında qəbul olunur. Soyuducunun hesabatı bir seksiyalıda eyni istiqamətdə aparılır. Onda su seksiyasında lazım olan soyuqluğun (alınan istiliyin) miqdarı:
Qsu=MC(Tbaş-To)=nsuMCcu(Tcon.cu-Tbas.cu) (1.2)
Məhlul seksiyası üçün
Qməh =MC(To - Tson) = nr Cr M(Tcon.r - Tbas.r) (1.3)
Burada Q=Qsu+Qməh suyun və məhlulun aldığı istiliyin miqdarı, Vt;
Tbaş su+T su seksiyasının sonunda südün temperaturu (çox hallarda T = 3-5 0K qəbul olunur);
nsu və nməh - su və məhlul sərfiyyat əmsalı;
Tbaş su , Tson .su , Tbaş məh,Tson məh uyğun olaraq suyun və məhlulun başlanğıc və son temperaturlarıdır, 0K.
Soyutma prosesinin fasiləsiz işləməsi zamanı parallel kanalların sayı
m = (1.4)
ifadəsi ilə təyin olunur. Burada V soyuducunun kanalında hərəkət edən suyun sürəti(V = 0,25 m/s); b kanalın eni, m; n soyuducunun lövhələri arasında olan aralıq boşluğudur, m.
Soyuducunun su və məhlul seksiyasının sahəsi Nyuton-Furye düsturuna görə aşağıdakı kimi təyin olunur.
Ssu = (1.5)
Snəh= (1.6)
Burada K ümumi istilik əmsalıdır,
K=, Vt(m2 qrad);
və südün lövhənin məhlula verdiyi istiliyin miqdarı, Vt(m2 qrad); - soyuducunun lövhəsinin istilikkeçirmə qadiliyyəti, Vt(m2 qrad); - lövhənin qalınlığıdır, m.
Orta loqorifmik temperatur Qerskofun təklif etdiyi ifadəyə görə
(1.7)
burada Tmax soyuducunun sonunda südlə soyudan məhlul arasında olan temperatur fərqi; Tmin girişdə südlə məhsul arasındakı temperatur fərqidir.
Dairəvi en kəsiyə malik olan süd soyuducunun soyutma sahəsi konstruktiv ölçülərə görə
F = ( (1.8)
Ellipsvari en kəsiyə malik olan isə
F = 2 SBZ (1.9)
ifadəsi ilə təyin olunur.
Burada F soyuducunun sahəsi; d borunun diametri; i borunun birləşən yerinin eni; B soyuducunun uzunluğu; Z boruların sayı; S ellipsvari əyrinin uzunluğudur.
Borunun diametri elə olmalıdır ki, süd onun daxilində hərəkət etdikdə turbulent rejimə malik olsun. Əks halda südün soyuması qeyri-bərabər yerinə yetirilə bilər. En kəsik sahəsi dairəvi olan borularda bu rejimin gözlənilməsi Reynolds ədədi ilə qiymətləndirilir. Bu hal üçün Reynolds ədədi 1000-dən çox olmalıdır. En kəsik sahəsi ellips və düzbucaqlı şəkildə olduqda bu qiymət bir qədər az götürülür. Ümumiyyətlə Reynolds ədədinin qiyməti aşağıdakı ifadə ilə təyin olunur.
Re = (1.10)
Burada V mayenin boru daxilində hərəkət sürəti (dairəvi en kəsiyə malik olan boru üçün V=0,3…1,5 m/san qəbul olunur); d borunun diametri,m-lə; mayenin sıxlığı, kq/m3; dinamiki özlülük əmsalı, kq/san m3; g sərbəst düşmə təcilinin qiymətidir.
Bölüşdürücünün əsas ölçüləri soyuducunun məhsuldarlığından asılı olub aşağıdakı ifadə ilə təyin olunur:
G = 3,6 (1.11)
Burada G - soyuducunun məhsuldarlığı, l/saat; - süd sərfiyyat əmsalı;
n - deşiklərin sayı;
h - südün səviyyə hündürlüyüdür.
Təzyiq itkisi aşağıdakı ifadə ilə təyin olunur
H = E () (1.12)
Burada E - müqavimət əmsalı (E = 0,022);
L - soyuducunun borularının ümumi uzunluğu;
d - borunun diametri;
Z1 - döngələrin sayıdır.
Dairəvi en kəsiyə malik olan boru daxilində yaranan gərginlik
(1.13)
burada r - borunun radiusu,
- borunun divarının qalınlığıdır.
Ellips formalı borunun daxilində yaranan gərginlik
(1.14)
ifadəsi ilə təyin olunur.
Burada: R -ən böyük əyrilik radiusu;
h - borunun en kəsiyində mayenin hündürlüyüdür.
Polad üçün gərginlik 1000 kq/sm qəbul olunur.
Dostları ilə paylaş: |