MÜHAZİRƏ № 5
SİLOSUN VƏ SENAJIN HAZIRLANMASININ
MEXANİKLƏŞDİRİLMƏSİ
P L A N
1. Silosun hazırlanmasının mexanikləşdirilməsi.
2. Yem dozatorları, qarışdırıcılar və pörtlədicilər.
3. Fermanın suya, elektrik enerjisinə və buxara olan tələbatı.
G Ə N C Ə 2017
1. Silosun hazırlanmasının mexanikləşdirilməsi.
Senaj otların (əsas çoxillik) anasrob (oksigensiz) şəraitdə saxlanılmaqla 50-55% nəmliyə qədər soluxdurulması yolu ilə hazırlanan yemdir. Belə nəmlikdə otun saman üçün yığılmasında olduğuna nisbətən mexaniki itkilər azdır. Bağlı anbarda qaranlıqda senaj kütləsinin bitki hüceyrələrinin tənəffüsü hesabına hava-nın oksigeni karbon qazı ilə əvəz edilir. Havada oksigenin olmaması və nəmliyin azlığı kif göbələklərinin və bakteriyaların inkişafının qarşısını alır.
Yem üstünlüyünə görə senaj (otsilos) həm quru otdan, həm də həmin otlar-dan hazırlanmış silosdan üstündür. 1 kq senajda ən azı 0,35 kq yem vahidi (50-65 q həzm olunan protein və 30-40 mq karotin) olmalıdır. Senaj saxlandıqda qıcqırma prosesi siloslamada olduğuna nisbətən zəif gedir; orada şəkərin çox hissəsi sax-lanılır. Senajın hazırlanması və saxlanılmasında qidalı maddələrinin itkisi 10-12% - dən artıq olmur; halbuki siloslamada bu itkilər 18-20% otu qurutduqda isə 25-40% olur.
Senaj və silos bioloji üsulla hazırlanan qaba (senaj), sulu şirəli (silos) yemlər sırasına daxildir. Bu yemlərin hər ikisi yaşıl yemin quru ota nəzərən itkisini ciddi sürətdə azaltmaqla uzun müddət saxlamaq imkanına malikdir. Məsələn, senajın hazırlanmasında bu itki 13%-ə qədər, quru ot hazırlandıqda 40%-ə qədərdir. Bir hektar sahənin otu senaj hazırlanarsa, quru ota nəzərən 800-1000 yem vahidi qənaət olar. Senaj soluxdurulmuş və nəmliyi 45-50% olan cavan uzun gövdəli paxlalı bitkilərdən hazırlanan yemdir. Silos isə siloslaşma qabiliyyətinə malik olan nəmliyi 70%-dən yuxarı olan yemlərin konservləşməsi nəticəsində alınan yemdir. Senajın hazırlanma texnologiyası aşağıdakı kimidir. Yaşıl yem sahədə biçilib, müəyyən qədər qurudulduqdan sonra 45-55% nəmlikdə 3-4 sm uzunluqda xır-dalanaraq maşınlara yüklənib silos xəndəklərində və ya qüllələrində 3-4 gün ərzində kipləşdirilib basdırılır. Silos isə sahədə biçilib birbaşa xırdalanılır və maşınlara yüklənərək silos xəndəklərində və ya qüllələrində kipləşdirilib yenə 3-4 gün müddətində basdırılır. Senajın və silosun tədarükündə əsas tələbatlar aşağı-dakılardan ibarətdir: hər iki yem qısa müddətlərdə qurğularda basdırılmalıdır. Se-naj və silos qurğuları çox kip olmalıdır ki, o nə suyu və nə də ki, xarici havanı daxilə buraxmasın. Əks halda yemdə oksidləşmə gedərək onun qızışmasına səbəb olaraq tez xarab olur. Onlar hazırlanan zaman xəndəklərdəki, məhsul tırtıllı ağır traktorlarla, qüllələrdəki məhsul isə vibrokipləşdiricilər vasitəsi ilə kipləşdiril-məlidir. Belə ki, xəndəklərdə senajın sıxlığı 450-500 kq/m, silosun sıxlığı 600-800 kq/m olmalıdır.
Şəkil 2.15. Üstən boşaldılan qüllə:
1-tullayıcı; 2-qidalandırıcı; 3-boru kəməri; 4-ğötürucu mexanizm; 5-klapan; 6-boşaltma pəncərəsi; 7-transportyor.
Xəndəklər oturacağı və yan divarları betondan hazırlanıb daxili bitumla suvanmalıdır. Xəndəyin en kəsiyi bərabər yanlı trapes formasında olmalıdır, uzun-luğu 15-20 m, dərinliyi 2,5-3,5 m, aşağı tərəfdən eni 3,0…3,5 m, yuxarı tərəfdən eni 4…4,5 m olur. Xəndəyə nəzərən qüllələrdə senajın və silosun saxlanılması daha keyfiyyətli olur. Bu məqsəd üçün diametri 9, 15 və 12,15 m, həcmi 1600, 2300 və 2800 m3 tutan qüllələrdən istifadə olunur. Ən geniş yayılan qüllə Bela-rusiyada hazırlanan BC-9,5 qüllələridir. Bu qüllələr xüsusi beton pillələrdən yığılır, xaricdən metal kəmərlərlə bərkidilir, daxildən isə 6-7 mm qalınlığında tərkibində hissə sement və hissə yaxşı dənəvər qum qarışığı olan suvaqla kip suvanılır. Qüllələrdə senaj və silosun tədarük edilmə texnologiyası aşağıdakı kimidir (şəkil 1).
Xırdalanmış kütlə pnev-matik T3B-30 markalı verici transportyorla qülləyə doldurulur. Qüllənin künbəzindən trosla idarə olunan kipləşdirici qurğu qoyulmuşdur ki, həmin qurğunun köməyi ilə vaxtaşırı və ya fasiləsiz olaraq onu kipləşdirirlər. Qüllə doldurulduqdan sonra kipləşdiricini boşaldıcı qurğu ilə əvəz edirlər. Qüllədən yemin boşaldılması iki cür yerinə yetirilir: birin-cidə yem qüllənin alt tərəfin-dən kəskili kürəklər vasitəsi ilə; ikincidə yuxarı tərəfdən fırlanan şnek və pnevmatik verici vasitəsi ilə, ikinci hal-da qüllənin boyu bərabəri ara bir aynalar qondarılır. Həmin aynalar silos istifadə olunmayan zaman kip bağlı olur. Si-los boşaldılan vaxt isə növbə ilə açılaraq yan tərəfdən silosun boşalmasına şərait yaradır. Bəzi hallarda qüllənin daxilində diametri 200 mm olan dairəvi baca qondarılır, silos üst tərəfdən həmin baca ilə tökülüb qüllənin aşağı tərəfindən yükləyici ilə nəqliyyata yüklənilir.
Xəndəklərdə senajın və silosun tədarükü aşağıdakı texnologiya ilə yerinə yetirilir: Məhsul 3-4 sm ölçüdə xırdalandıqdan sonra, xəndəyə tökülüb onu ağır zəncirli traktorlar vasitəsi ilə kipləşdirib, üst tərəfini 20 sm küləş tökməklə etilen vərəqlərlə kip örtürlər.
Onun istifadəsi zamanı yan tərəfi açılıb frez tipli doğrayıcı və yükləyici vasitəsi ilə doğranılıb nəqliyyata yüklənilir. Həmin maşınlar haqqında ayrılıqda məlumat veriləcəkdir.
Senaj və ya silos tutan xəndəyin ümumi həcmi aşağıdakı ifadə ilə təyin olunur.
V= K1 K2 D (1.1)
Burada K 1 ehtiyat əmsalıdır, qurğuda silosun və ya senajın xarab olmasını nəzərə alır (qüllələr üçün 1,2…1,03, xəndəklər üçün 1,05…1,06); K2 yem straxovkanı nəzərə alan əmsalıdır K2=1,1…1,2; q bir heyvana sutkalıq silos və ya senaj normasıdır; mi eyni qrupdan olan heyvanların sayıdır, - silosun sıxlığıdır, onun qiyməti qurğunun tipindən asılı olaraq qüllədə=650…750 kq/m3, xəndəklərdə =550…600 kq/m3 qəbul olunur.
Xəndəyin maksimum en kəsik sahəsi
Fmax= (1.2)
olur. Burada hmin sutka ərzində çıxarılan silos layının qalınlığıdır; qışda hmin=0,05 m, yayda hmin=0,08 m qəbul olunur; H hündürlüyünə malik olan xəndəyin en kəsik sahəsi
Fhər=bop H = = (1.3)
burada b xəndəyin eninin orta qiymətidir (15-20 m).
Həqiqi hündürlüyü
hg= (1.4)
qəbul olunur. Xəndəyin ümumi uzunluğu
L= (1.5)
Xəndəklərin sayı
Z = (1.6)
burada Lct bir xəndəyin layihədə nəzərdə tutulan standart uzunluğudur.
Silos və senaj kipləşdiricilərin texnoloji hesabatları ədəbiyyatlarda kifayət qədərdir. Lakin zərbə ilə kipləşdiricilərin hesabatı nadir hallarda verilir. Bunu nə-zərə alaraq, aşağıda zərbə ilə işləyən kipləşdiricinin hesabatı verilir.
Zərbə qüvvəsi akademik V.P.Qoryaçkinin təklif etdiyi düstura görə
P= (1.7)
burada M zərbə endirən cismin kütləsi; H zərbə məsafəsi, c; Vson zərbənin sonunda cismin sürəti, m/san; t zərbə müddətidir, san.
=E (1.8)
elastiklik əmsalıdır. Zərbə vaxtı
t = (1.9)
zərbənin yayılma dərinliyi- kipləşdirilən qatın dərinliyidir.
Onda
P= AM (1.10)
Burada H=100-1700 mm; E = 0,1...0,5
A = (1.11)
olar. Onda ümum i zərbə qüvvəsi
P=Po+AM=Mg+AM (1.12)
olar.
2. Yem dozatorları və onların hesabatı.
Heyvanlara verilən yemlərin dəyəri onların verdiyi məhsulun maya dəyərinin 65%-ə qədərini təşkil edir. Odur ki, yemləri keyfiyyətli saxlamaqla bərabər, onlardan lazımi miqdarda istifadə etmək lazımdır. Bu, o deməkdir ki, yemi rasio-na uyğun olaraq istifadə etmək lazımdır. Yemlərin lazımi miqdarda istifadə olun-masını təmin edən üsullardan biri yem qarışığı hazırlanan zaman dozalaş-dırıl-masıdır. Dozalaşdırma bir növ yemlə digər növ yemin yem rasionuna uyğun olaraq qarışdırılması üçün onun verimini təmin edir. Bu prosesi yerinə yetirmək üçün dozator qurğularından istifadə olunur. Dozatorlar lazımi zootexniki tələbatları ödəməlidir. Onların əsası yemlərin dəqiq verilməsini təmin etməkdir. Yemlərin növündən asılı olaraq buraxılan səhvlik 3-15%-dən artıq olmamalıdır. Belə ki, az işlədilən, yüksək keyfiyyətli /kolorili/ yemlər, əsasən vitaminli, mineral və konsentrat yemlər üçün səhvlik 3%-ə qədər, qaba yemlər üçün 15%-ə qədər ola bilər.
Yem dozatorları iş prinsiplərinə görə nizamlanır. Çəki dozatorları isə çəkisi-nə görə. Birinci tip dozatorlar sadə, ikincilər isə mürəkkəbdir. Birinci tipli doza-torlarda dəqiqlik ikincilərə nisbətən daha azdır. Odur ki, həcm dozatorları qaba, sulu şirəli yemlərin, çəki dozatorları isə konsentrat, vitaminli və mineral yemlərin verilməsində istifadə olunur.
Həcmli dozatorlar quruluşlarına görə lentli, baraban, şnek tipli və s. olur. Lentli yem dozatoru qaba, kökümeyvəlilərə və s. Yemlərin verilməsini təmin edir. Bunkerin qabaq tərəfindən nizamlanan örtük qoyulur. Həmin örtüyün köməyi ilə verilən yemlərin hündürlüyünü nizamlamaq olur.
Örtüyə təsir edən müqavimət qüvvəsi aşağıdakı ifadə ilə təyin olunur:
P = (1.13)
burada yemin sıxlığı, kq /m3 ; H lent üzərində olan yemin qalınlığı, m; daxili sürtünmə əmsalıdır; B dozatorun enidir, m-lə.
Bunkerin daxilində olan yem layının uzunluğu
Lh (1.14)
Burada n yan qüvvədən əmələ gələn təzyiq əmsalı; f yemin bortla əmələ gətirdiyi sürtünmə əmsalıdır.
Dozatorun məhsuldarlığı
Q = BhVt (1.15)
Burada h boşaldıcı deşiyin hündürlüyü, m; Vt transportyorun sürəti; K1 sürət əmsalı olub, yemin sürətinin lentanın sürətinə olan nisbəti; K2 həndəsi əmsaldır.
K2=1- (1- ) (1.16)
K3 = (1,07…1,25) yemin sıxlığının dəyişməsini nəzərə alan əmsaldır.
Belə bunkerin daxilində olan yemin sıxlığı, lentanın üzərində olan yemin sıxlığına olan nisbətidir;
K4 = (0,7…1) yem boşaldıcılan deşiyin eninin dəyişməsini nəzərə alan əmsaldır;
Vor yemin orta sürətidir, m/s, Vor=Vt.
Dozatoru hərəkətə gətirmək üçün tələb olunan güc
N =(N1+N2)/2 (1.17)
Burada N1 lentin hərəkətə gətirilməsi üçün tələb olunan güc
N1=9,81Q(0,2 Lg+H1)K5 (1.18)
H1 örtükdən yemin hərəkət etdirilməsinə müqaviməti dəf etmək üçün sərf olunan gücdür
N2=H (1.19)
burada dozatorun uzunluğudur; H1 yemin qalınlığıdır; Ks barabanın müqavimətini nəzərə alan əmsaldır.
Barabanlı dozator yem bunkerinin altında qondarılmaqla dənəvər və kəsək tipli yemlərin dozalaşdırılmasında istifadə olunur.
Bu cür dozatorun məhsuldarlığı:
Q=ZF (1.20)
ilə təyin olunur. Burada Z baraban üzərində olan pərlərin sayıdır; F bir pərin en kəsik sahəsidir; pərin işçi hissəsinin uzunluğudur, m-lə; həcmdən istifadə əmsalıdır.
Dozatorun tələb etdiyi güc əsasən sürtünmə qüvvəsinə görə təyin olunur.
Psür=Pn f tg (1.21)
Onda güc
N= (1.22)
Burada -Pn barabanın səthinə düşən təzyiqdir; f bunkerin alt hissəsində yerləşən boğazcığın en kəsik sahəsidir; D barabanın diametridir, m; K1 müqavimət əmsalıdır (xırdalanmış dən üçün K1=1,0 kəsəkvari yem üçün 2,0 qəbul olunur), K"=1,1…1,2 işçi səthinin sürtünməni nəzərə alan itki əmsalıdır; ötürmənin f.i.ə.
Şnek tipli və spiral formalı transport yollarda həcm dozatorlarına aiddir. Həmin dozatorlar xırdalanmış axımtılı yemləri dozalaşdırma üçün istifadə olunur.
Onun məhsuldarlığı aşağıdakı ifadə ilə təyin olunur.
Q= (1.23)
Burada D vitamin diametri; S şnek valının addımı; dolma əmsalıdır.
Yemin kipləşməsinin qarşısını almaq məqsədi ilə novun diametri vintin diametrinə nəzərən D (4…5) Dj
N= 9,81 Q (Luf K+H) K1 (1.24)
Burada - Lüf şnekin üfiqi hissəsinin uzunluğudur; K=1,2…2,5 müqavimət əmsalıdır; H yemin yuxarı qaldırılma hündürlüyüdür; K1=1,1…1,2 yastıqlıqda sürtünməni nəzərə alan əmsaldır.
Nimçəvari dozator əsasən mikroelementlərin, kütləsi az tələb olunan axımtılı yemlərin dozalaşdırılmasında istifadə olunur. Bu qurğu yem qəbul bunkerindən, nimçədən boşaldıcı kürəkdən ibarətdir. Yem nimçənin üzərinə tökülüb, nimçə fırlandıqca kürək yemi sivirərək lazımi yerə ötürülür (şəkil 2.16).
Yem sərfiyyatı
Q=Vlay (1.25)
ifadəsi ilə təyin olunur.
Şəkil 2. Nimçəli dozatorun sxemi:
a) 1-bunker, 2-nimçə, 3-kürək; b) diskin üstdən görünüşü və onun ölçüləri.
Vlay -nimçənin üzərindəki tökülən və bir dəfə onun fırlanmasına uyğun gələn yemin həcmidir;
n- nimçənin fırlanma tezliyidir.
Nəzəri olaraq layın həcmi
Vlay = 2 (1.26)
Burada Ro nimçənin fırlanma mərkəzindən tökülən yemin ağırlıq mərkəzinə qədər olan məsafə; Flay layın en kəsik sahəsidir.
Ro = R+ (1.27)
və
Flay = (1.28)
Burada h yem layının hündürlüyü; yemin təbii maillik bucağıdır.
Əgər Vlay, R0 və Flay qiymətlərini yerinə yazıb, bir qədər dəyişiklik aparacaq
Q = (R+) (1.29)
ifadəsini alarıq. Əsas hesabatlardın biri nimçənin bucaq sürətinin təyinidir.
Əgər mərkəzdənqaçma qüvvəsinin qiymətini sürtünmə qüvvəsinin qiymətindən kiçik götürsək
I mər Fsür
və ya
mR1 (1.30)
və buradan
(1.31)
alınır. Burada R1 hissəciyin ən böyük fırlanma radiusu; f materialın nimçə ilə əmələ gətirdiyi sürtünmə əmsalıdır.
Sürtünmə qüvvəsinin qiyməti
Fsür = mgf = Flay L (1.32)
olar. Dozatorun tələb etdiyi ümumi güc
N = N1 + N2 +N b.is (1.33)
Burada: N1 sürtünmə qüvvəsindən yaranan gücdür.
N1 = Fsür V (1.34)
V= (1.35)
N2 = N cos (1.36)
kürəyin qondarma bucağıdır
N = Fsür V (1+cos) + N b.iş (1.37)
Son vaxtlar bəzi yemlərdə vibro (silkələnən) dozatorlardan istifadə olunur. Bu dozatorlar axımtılı yemlərin verilməsində istifadə olunur. Bunların iş prinsipi rəqsi hərəkətə uyğun gəlir. Rəqsi hərəkətin differensial tənliyi.
+R= h sin () (1.38)
ifadəsi ilə təyin olunur. Burada uyğun olaraq hərəkətin təcili, sürəti və gedilən yoldur;
R= (1.39)
sərbəst rəqsin tezliyi; C möhkəmlik əmsalı; m yemin kütləsi; h= qüvvə əmsalı; n= rəqsin sönməsini nəzərə alan əmsaldır; qüvvənin dəyişməsini nəzərə alan başlanğıc fazanın qiyməti, P qüvvənin rəqs tezliyidir.
Vibrodozatorlarda rəqsin sürəti qaba yem üçün (küləş və ot) 8…9 m/s, silos üçün 12 m/s qəbul olunur.
2. Yem dozatorları, qarışdırıcılar və pörtlədicilər.
Qarışdırılma bir və bir neçə yem komponentlərinin digər yem komponentləri tərkibinə nüfuz etdirilib qarışıq yemalma prosesinə deyilir. Bu prosesdə ən çox mexaniki qarışdırıcılardan istifadə olunur. Burada istifadə olunan yem qarışıqlarından əsas zootexniki tələbat qarışdırılan komponentlərin yem rasionuna uyğun gəlməsi və onların birinin hissəciklərinin digəri daxilində bərabər paylanmasın-dan ibarətdir. Buna nail olmaq çox dəqiqlik tələb edir. Bu prosesin əmələ gəlməsi qarışdırılan komponentlərin fiziki-mexaniki xassələrindən və başqa amillərdən asılıdır. Ən əsas qarışdırılan kütlə maye halında olan yemlərdir. Ən çətin qarışıq alınanı bərk halda və uzungövdəli olan komponentlərdir. Axımtılığı olan yemlər asanlıqla qarışdırıla bilər. Çox çətin qarışıq alınan yemlərdən qaba, uzun gövdəli yemlərin konsentrat, kökümeyvəli və digər növ yemlərdə qarışdırılmasıdır. Bura-da çıxış yolu ondan ibarətdir ki, qarışdırıcı yem uzun gövdəli yemlərin üzərinə lay-lay tökülsün.
Qarışdırılma bir neçə üsullarla yerinə yetirilir (cədvəl 1, şəkil ):
- hərəkət edən pəncələrlə;
- qarışdırıcı kameranın fırlanması ilə;
- bir komponentin digəri daxilinə saplo ilə verilməsi;
- sıxılmış hava ilə yeridilməsi;
- silkələnmə, ultra səs, elektrohidravliki effekt və s. yollarla.
Qarışdırma prosesinin əsas keyfiyyət göstəricisi yekun materialının həmcins, qarışdırılan kütlənin birinin digəri tərkibində bərabər paylanmasıdır.
Bu göstərici həmcinslik dərəcəsi ilə işarə olunub, orta kvadratik meyllən-mənin nəzəri qiymətinin, empirik kvadratik meyllənmənin qiymətinə olan nis-bətinə deyilir.
S-12 qarışdırıcısı. Bu maşının vəzifəsi nəmliyi 65…80 faiz olan yem qarışı-ğı hazırlamaqdır (şəkil 2.17, 2.18). Maşında 0,07 MPa təzyiq altında kökümeyvəli-ləri və qaba yemləri də pörtlətmək mümkündür. S-12 qarışdırıcısı iki modifikasi-ya buraxılır:
-Yem sexində istifadə olunmaq üçün.
-Fərdi istifadə olunmaq üçün. İkinci modefikasiya birincidən işəsalıcı qoru-yucu elektrik aparatlarının olması ilə fərqlənir. Maşın aşağıdakı hissələrdən iba-rətdir (şəkil ).
Cədvəl . Yempörtlədən-qarışdıran maşınların
texniki xarakteristikaları
Göstəricilər
|
S-12
|
APS-6
|
ZPK-4
|
Məhsuldarlığı, t/saat
|
10-12
|
4-6
|
2-4
|
Yem pörtlədildikdə
|
5
|
3
|
0,95
|
Faydalı həcmi, m3
|
12
|
6
|
-
|
Pörtlədici çənin kartof tutumu, kq
|
-
|
-
|
1600
|
1 kq kartofu pörtlətmək üçün buxar sərfi, kq
|
-
|
-
|
0,16
|
Elektrik mühərriyinin gücü, kVt
|
14,6
|
15,8
|
|
Hüdud ölçüləri, mm:
|
4215
|
3900
|
4700
|
Uzunluğu
|
|
|
|
Eni
|
1880
|
13910
|
1510
|
Hündürlüyü
|
2400
|
3385
|
1510
|
Kütləsi, kq
|
6100
|
5400
|
1180
|
Xidmət edən işçilərin sayı, nəfər
|
1
|
1
|
1
|
Dostları ilə paylaş: |