Magistr dissertasiyasi ixtisasın şifri və adı 060402 “Mühasibat uçotu və audit”



Yüklə 1,2 Mb.
səhifə28/43
tarix13.01.2022
ölçüsü1,2 Mb.
#113786
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Belge (3)

Orta artım tempi = 𝒏−𝟏√𝑨𝟏∗𝑨𝟐∗𝑨𝟑∗𝑨𝒏… Artım tempi = Orta artım tempi – 100%.

Analitik təhlilin vacib elementlərindən biri də məhsul nomenklatura və çeşidinin təhlilidir. Məhsul nomenklaturası dedikdə - dövr uyğun istehsalı planlaşdırlmış məhsulların siyahısı nəzərdə tutulur. Çeşid təhlili isə məhsulların marka, sort, növ və s. kimi detallı təhlilini əhatə edir. Məhsul istehsalının çeşidlər uyğun tam icrası müvafiq nomenklatura uyğun məhsul buraxılışı anlamına gəlir. Bütöv məhsul çeşidi uyğun planın icrasının qiymətləndirilməsi müxtəlif məhsul çeşid uyğun tapşırığın icrasının orta faizi əsasında hesablanılır.



Çeşidlər uyğun orta fazi = məhsul çeşidinin faktiki isehsal dəyəri / Məhsul çeşidinin istehsal plan dəyəri.

Məhsul çeşidinin plandan artıq istehsal olunmuş hissəsi və ya istehsalı planlaşdırılmamış məhsulların dəyəri müvafiq hesablamaya daxil edilmir.

Məhsul istehsalının təhlilində vacib məqamlardan biri də məhsulun struktur təhlilidir. Məhsulun strukturu dedikdə məhsulun ümumi istehsal həcmində bunun ayrı-ayrı növlərinin nisbəti nəzərdə tutulur. Məhsulun strukturuna görə planının icrası öz növbəsində ümumi istehsal prosesində məhsulun ayrı-ayrı növlərinin planlaşdırılmış istehsalını təmin etməyə kömək edir.

Müəssisənin fəaliyyətininn əsas göstəricilərindən biri də məhsulun keyfiyyət göstəricisidir. Bunun artırılması rəqabət qabiliyyətinin yüksəldilməsinə, beləliklədə bazar payının artırılmasına və saxlanmasına təsir göstərir. Məhsulun yüksək keyfiyyət səviyyəsi məhsula olan tələbi artırır və bununla da mənfəətin tək satişinin həcminin artırılması hesabına deyil, həmcinin məhsul qiymətinin artırılması hesabına artırılmasına şərait yaradır.



Məhsulun keyfiyyəti dedikdə məhsulun istifadə təyinatına əsasən müvafiq ehtiyacları ödəmək qabiliyyətini əks etdirən xüsusiyyətlər məcmusu başa düşülür. O özündə məhsulun parametr, istifadə, istehlak, texnoloji, məhsulun dizayn xüsusiyyətini, standartlaşma səviyyəsini, etibarlılığını və uzunömürlüyünü əks etdirən anlayışdır. Müvafiq keyfiyyət göstəricisi istehsalçı sertifikatı ilə təsdiqlənir.

Məhsulun keyfiyyətini əks etdirən ümumi, xüsusi və dolayı göstəricilər mövcuddur.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin