Şüşənin möhkəmliyinin hesablamaq üçün müxtəlif oksidlərin əmsalları, dartılma zamanı (F) və sıxılma zamanı (f)
Oksidlər
|
F
|
f
|
Oksidlər
|
F
|
f
|
Na2O
|
0,02
|
0,6
|
ZnO
|
0,15
|
0,6
|
K2O
|
0,01
|
0,05
|
BaO
|
0,05
|
0,62
|
MgO
|
0,01
|
1,1
|
PbO
|
0,025
|
0,48
|
CaO
|
0,2
|
0,2
|
Al2O3
|
0,05
|
1
|
B2O3
|
0,065
|
0,9
|
|
|
|
P2O5
|
0,075
|
0,76
|
|
|
|
As2O3
|
0,03
|
-
|
|
|
|
SiO2
|
0,09
|
1,23
|
|
|
|
Kövrəklik – şüşə materiallarının dağıdacı gərginliyi aşan zərbənin təsiri nəticəsində heç bir dəyişikliyə uğramadan, ani olaraq dağılma qabliyyətidir. Kövrəklik şüşə məmulatlarının uzunömürlülüyü xarakterizə edən vacib göstəricilərdən biridir. Bu göstərici şüşə nümunəsinin dağılmasına sərf edilən iş ilə ifadə edilir və aşağıdakı düsturla hesablanır:
Burada - –nümunənin dağılmasına sərf olunan işin qiyməti, C; m - nümunəyə təsir edən kürəciyin kütləsi,kq; h - kürəciyin düşmə hündürlüyü, m; V - nümunənin həcmi m3 –lə.
Şüşə bir material kimi kövrək materialdır ki, bu da onun tətbiq sahələrini məhdudlaşdırır. Müxtəlif tərkibli şüşələrin kövrəkliyi eyni deyildir. Məsələn, pəncərə şüşələrinin kövrəkliyi – 0,1-0,25 MPa təşkil edir, büllur şüşələrin kövrəkliyi isə daha yüksəkdir. Şüşənin tərkibində B2O3–ün miqdarı 15%-ə qədər olduqda kövrəklik 6-7 dəfə azalır, 15%-dən yüksək olduqda isə kəskin şəkildə artır. Şüşə kütləsinin tərkibinə MgO, Al2O3, SiO2oksidlərini əlavə etdikdə kövrəklik azalır.
Şüşni kövrəkliyi xeyli dərəcədə nümunənin qalınlığından, bircinsliyindən və termiki emaldan asılıdır. Qalınlığın və bircinsliyin artması ilə şüşənin zərbəyə qarşı müqaviməti də yüksəlir. Bərkidilmiş şüşələrin zərbəyə qarşı möhkəmliyi 5-7 dəfə artır. Buna görə də məişət təyinatlı şüşələr bərkidilmə əməliyyatından keçirilir.
Bərklik – şüşə materialının ona başqa bir cismlə müəyyən edilmiş yük altında təsir edən zaman müqavimət göstərmək qabliyyətini xarakterizə edir. Bu xassə şüşə materiallarının emal üsulunun və vasitələrinin müəyyən olunmasında və onların istifadə şəraitinin təyin edilməsində xüsusi əhəmiyyət kəsb edir.
Ən bərk şüşələrə kvars şüşələri, yüksəkalüminiumlu şüşələr və bor şüşələri aid edilir. ən yüksək şüşələr isə büllur və tərkibində qələvi oksidləri yüksək olan şüşələrdir. Şüşənin bərkliyi nə qədər yüksək olarsa onun səthində cızıqlar zədələr daha az olar və məmulat öz parlaqlığını daha çox qoruyub saxlaya bilər, həmçinin mexaniki davamlılığı da yüksək olar.
Şüşənin bərkliyi təzyiq, cızma, cilalama və s. kimi üsullarla təyin edilir. Minerallar şkalası üzrə şüşənin bərkliyi 5 – 7 arasında (apattit və kvars) aralığında yerləşir.
Dostları ilə paylaş: |