Birja
|
Ölkə
|
Əsas bina
|
Bazar dəyəri (mlr.$)
|
Aylıq ticarət həcmi (mlr.$)
|
1
|
Nyu-York F/B
|
ABŞ
|
Nyu-York
|
19,223
|
1,520
|
2
|
NASDAQ
|
ABŞ
|
Nyu-York
|
6,831
|
1,183
|
3
|
London F/B
|
B.Britaniya
|
London
|
6,187
|
165
|
4
|
Tokiyo Birjası
|
Yaponiya
|
Takio
|
4,485
|
402
|
5
|
Şanxay F/B
|
Çin
|
Şanxay
|
3,986
|
1,278
|
6
|
Honk Konq F/B
|
Honk Konq
|
Honk Konq
|
3,325
|
155
|
7
|
Euronext
|
Avropa Birliyi
|
Amsterdam
Brusel
Lisabon
London
Paris
|
3,321
|
184
|
8
|
Şenzen F/B
|
Çin
|
Şenzen
|
2,285
|
800
|
9
|
TMX Group
|
Kanada
|
Toronto
|
1,939
|
120
|
10
|
Deutsche Börse
|
Almaniya
|
Frankfurt
|
1,762
|
142
|
11
|
Bombey F/B
|
Hindistan
|
Mumbai
|
1,682
|
11.8
|
12
|
Hindistan Milli F/B
|
Hindistan
|
Mumbai
|
1,642
|
62.2
|
13
|
SIX Swiss Birjası
|
İsveçrə
|
Zürix
|
1,516
|
126
|
14
|
Avstarilaya Qiymetli Kağızlar Birjası
|
Avstraliya
|
Sidney
|
1,272
|
55.8
|
15
|
Koreya Birjası
|
C.Koreya
|
Seul
|
1,251
|
136
|
Mənbə: Wikipedia
Avropada (Antverpen, London, Lion, Tuluza və s.) ilk əmtəə birjaları XVI əsrdə meydana gəlmişdir. Məsələn, 1553-ci ildə əsası qoyulmuş Antverpen birjasının öz daimi yeri və girişində bir yazı var idi ki, “In usum negotiatorum cujuscunque nationis as linguae” mənası “bütün xalqların və dillərin ticarət insanları üçün” demək idi.
Əgər Qərbi Avropada birjalar işgüzar dairələrin azad təşəbbüsünün nəticəsi idisə, Rusiyada o, 1705-ci ildə Hollandiyada olarkən birjanın fəaliyyəti ilə tanış olmuş I Pyotrun fərmanına əsasən yaradılmışdır
Xüsusi birjalar üçün daha dar ixtisaslaşma xarakterikdir. Belə birjalara London metal birjası (əlvan metallar - mis, alüminium, nikel, qalay, qurğuşun, sink), Nyu-Yorkda «Komeks» (qiymətli və əlvan metallar qrupu: qızıl, gümüş, mis, alüminium) aiddir. Nyu-York kofe, şəkər və kakao birjası, Nyu-York əmtəə birjası (neft, dizel yanacağı, benzin, propan, həmçinin platin və palladium), Nyu-York pambıq birjası (pambıq, portağal şirəsi konsentratı) Minneapolisdəki (ABŞ) kənd təsərrüfatı mallarının əmtəə birjası, Paris beynəlxalq birjası MATİF. [38, s.317]
Birja ticarət mərkəzləri aşağıdakı şəhərlərdir:
Pambıq - İsgəndəriyyə, San-Paulu, Mumbay, Sidney;
Düyü - Milan, Amsterdam, Rotterdam;
Yun - Sidney, Melburn, Antverpen, Rube (Fransa);
Cut – Kəlküttə, Karaçi;
Qəhvə - Paris, Amsterdam, Rotterdam, Havr, Hamburq.
Əməliyyatların, funksiyalarının oxşarlığına baxmayaraq əslində bu birjalar oxşar deyillər. Fərqlər birjanın yaranması və inkişaf tarixi və mövcud milli qanunvericilik ilə şərtlənir. Birjaların əksəriyyəti birjaların qeydə alındığı yerdə fiziki və hüquqi şəxslərin könüllü birliyi xarakterinə malikdi. Təşkilati-hüquqi statusu bir qayda olaraq - qapalı tipli səhmdar cəmiyyətidir. Birjalar beynəlxalq bazar olduğundan xarici kapital burada böyük rol oynayır. Məsələn, London birjasında edilən alqı-satqı qeyri-ingilis firmalarına məxsusdur. Bir çox iri şirkətlər bir neçə birjanın üzvüdürlər. Məsələn, «Моkatta», «Serro» «Billiten», «Şerson Leman» və digərləri eyni zamanda Nyu-Yorkdakı («Коmeks») və Londondakı (LBM) birjaların üzvləridirlər.
Birja nizamnaməsi birja üzvlərinin fərqli statusunu nəzərdə tutur. Məsələn, 1990-ci ilin mart ayına olan vəziyyətə görə LBM-də qeydə alınmış: 19 şirkət üzvü 36 yerə malik idisə, 60 assosiativ üzv zəncirdən kənarda alqı-satqı hüququna malik idi. Məsələn, Çikaqo ticarət birjasında GIM (Government Instruments Market) statuslu üzvlər qiymətli kağızlarla fyuçers əməliyyatlarını həyat keçirə bilərlər. Bu birjanın IDEM (Index, Debt & Energy Market) statuslu üzvləri fyuçers müqavilələri, borc öhdəlikləri və qiymətli metallar üzrə üstünlüklərdən faydalanırlar. Birjanın COM (Commodity Options Market) statuslu üzvləri əmtəə birjasında təqdim edilən siyahı opsionu üzrə müqavilələr üzrə ticarət aparmaq hüququna malikdirlər.
Birjaların ali idarəetmə orqanı (ümumi yığıncaqdan sonra təsisçi üzvlər) xüsusi seçkili orqandır ki, (direktorlar şurası, idarəetmə şurası) oraya komitələr, icraçı direksiyasa, muzdlu işçilər daxildirlər. Nyu-York əmtəə birjasının “Komeks” idarəedilmə sxemi şəkil 1-də verilib.
Ş əkil 1. Əmtəə birjasının “Komeks” idarəetmə strukturu (Nyu-York).
Beynəlxalq əmtəə birjaları dünya ticarətində aşağıdakı əsas funksiyaları yerinə yetirirlər:
1. Gündəlik malın qiymətinin müəyyən edilməsi. Hərracların nəticələri dərhal bütün dünyada məlum olur.
Birjalarda dünyanın ən iri firmaların maraqları əks olunduğundan satış nəticələri tələb və təklifin nisbətini əks etdirir. Məsələn, bütün dünyada istehsal olunan 70% misin qiyməti London birjasının rəsmi qiymətlərinə əsasən satılır.
Beləliklə, beynəlxalq birjalarda formalaşmış qiymət konkret mala tələb və təklifin nisbəti arasındakı münasibətlərin göstəricisidir.
2. Heclənmə. Bu gələcəkdə satılacaq və alınacaq malların qiymətlərinin sığorta formasıdır. Heclənmə artıq yüz ildir ki, birjanın ən ilk funksiyalarından biridir. Məsələn, LBM-nin heclənməsi əməliyyatları birjanın 1877-ci ildə yarandığı gündən bəri həyata keçirilir.
3. Malın (müqavilə üzrə öhdəliklərin icrasının təminatı) göndərilməsinə zəmanət. Real malın göndərilməsinə zəmanət verilməsi, birjada satılan və alınan malın sayının kifayət qədər olması, birjanın mövcud olan anbarlarında olması ilə təmin olunur. Məsələn, LBM-in yeddi anbarı Birləşmiş Krallığın ərazisində, on anbar - Avropada (Rotterdam, Genuya, Hamburq, Antverpen və s), yeddi anbar Uzaq Şərqdə (Yaponiya, Sinqapur) yerləşir. Birjada bağlanmış müqavilələr (fyuçerslər və s.) üzrə öhdəliklərin icrasının təminatı, hesablaşmaların xüsusi sistemi dövlət orqanları tərəfindən birjaların fəaliyyətinə nəzarət ilə təmin olunur.
4. Dünya ticarətində çox mühüm əhəmiyyət daşıyan konkret mallarla əməliyyatların yerinə yetirməsilə yanaşı, birjanın bazar iqtisadiyyatı institut kimi bazar münasibətlərinin iştirakçıları üçün aşağıdakı imkanları yaradır:
Qiymətlərin (möhtəkir əməliyyatları) fərqi ilə oyun. Bu növ əməliyyatlar real malın (möhtəkirlər fyüçers ticarət zamanı mühüm rol oynayırlar, bazarın likvidliyini artırir və hecerlərə kömək edərək qiymət risklərini öz üzərlərinə götürürlər) alınması və ya çatdırılması məqsədini güdmür.
Kapitalın əmtəəyə investisiya olunması. Bir çox firmalar (xüsusilə, maliyyə, investisiya və s.) öz pullarını inflyasiyadan qorumaq üçün əmtəəni hissə-hissə alırlar. Bu isə qiymət artımı zamanı ənənəvi kapital bazarından fərqli olaraq nəinki onları inflyasiyadan qoruyur, hətta daha sərfəli gəlir əldə etməyə kömək edir.
Dostları ilə paylaş: |