Risklərin yenidən qiymətləndirilməsivə korreksi-yası
Kənarlaşmalar barədə qərarlar
Şəkil №8. Sənaye müəssisələrində yaranan risklərin idarə olunması alqoritmi
Alqoritmdə layihə rsiklərinin keyfiyyət və kəmiyyət təhlilindən sonra gələn 3-cü mərhələ risklərin idarə olunmasında nəzəri mühakimələrdən praktik fəaliyyətə keçidi təşkil edir. Bu keçid risk-menecment strategiyasının layihələn- dirilməsinin bitdiyi və onun reallaşdırılmasına başlanıldığı an həyata keçirilir. Biznes layihəsinin injirinqini də elə bu mərhələ tamamlayır. Dördüncü mərhələsi isə biznes layihəsinin reinjirinqinin başlanğıcı olub risk-menecment prosesini sona çatdırır və onun dövrülüyünü təmin edir.
Hal-hazırda layihə risklərinin ən son səviyyəsini azaldan və təcrübədə geniş istifadə olunan risklərin idarəolunmasınin səmərəli metodlarına aşağıdakıları təklif etmək olar.
Dissipasiya- təsərüfat fəaliyyəti növ və sahələrinin diversifikasiyası, ehtiyat yiğım və təchizatın diversifiksiyası, investisisyanın di- versifikasiyası, istehsal iştirakçıları arasında məsuliyyətin bölüşdürülməsi, zamana görə ris- kin bölüşdürülməsi.
Kompensasiya-fəaliyyətin strateji planlaşdırılması, xarici vəziyyətin proqnozlaşdırılması, sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi, ehtiyat sistemlərinin yaradılması, fəal marketinq fəaliyyəti. Onu da qeyd etmək lazımdır ki, risklərin təhlili olduqca əmək tutumlu və bahalı olduğu üçün analitiklər çox zaman keyfiyyət təhlili ilə kifayətlənirlər. Ona görə də ağırliq mərkəzi layihə risklərinin öyrənilməsi üçün çətin modellərin qurulmasından risklərin axtarışına, sistemləşdirilməsinə, əhatəli təsviri nə və onların idarə olunma metodlarına doğru yerini dəyişmişdir. Bu işin nəticələrindən isə layihənin reallaşması və istismarı zamanı bütün iştirakçılar- sifarişçi-investor, layihələndirmə firmaları, podratçılar, banklar, sığorta şirkətləri idarəemənin bütün səviyyələrinin rəhbərləri və s. istifadə edir. Bütövlükdə isə sənaye müəssisələrində risklərin səmərəli idarəolunması sxemini formalaşdırmaq olar (Şəkil №9).