«Maliyyə» kafedrası «DÖVLƏt büDCƏSİNİn layiHƏSİNİn təRTİBİ»


Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunan əsas göstəriciləri



Yüklə 42,46 Kb.
səhifə9/10
tarix10.01.2022
ölçüsü42,46 Kb.
#109308
1   2   3   4   5   6   7   8   9   10
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunan əsas göstəriciləri.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas göstəricələr təsdiq olunur:
- gəlirlərin ümumi məbəği;
- vergilərin dərəcələri;
- mədaxil mənbələri üzrə gəlirlərin məbləği;
- mənbələr üzrə qrantlar və transfertlər;
- ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;
- funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği;
- Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələr verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;
- digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;
- daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;
- dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;
- sair beynəlxalq öhdəliklərin məbləği;
- ehtiyat fondunun məbləği;
- Azərbaycan Respublikasının daxili və xarici borcalmasının həddi (il ərzindəgötürülə biləcək dövlət borcunun və cəlb ediləcək dövlət istiqrazlarının məbləği);
- xərclərin maliyyələşdirilmə ardıcıllığı;
- dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;
- büdcə kəsirinin yuxarı həddinin məbləği;
- təsdiq olunması zəruri hesab edilən digər göstəricilər;
Dövlət büdcəsindən maliyyələşən icra hakimiyyəti orqanlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində təşkilati təsnifata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildikdən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.
Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırılır.
Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Dövlətin orta müddətli maliyyə siyasətinin mühüm tərkib hissəsi kimi ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərə uyğun şəkildə hazırlanan gələn ilin büdcə sənədi bir sıra geniş miqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura ilk növbədə, büdcənin iqtisadi mexanizmlərə təsir imkanlarının gücləndirilməsi, qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yuksəldilməsi, regionların, xüsusilə, dağ və sərhəd rayonlarının inkişaf konsepsiyasının reallaşdırılması, yoxsulluğun aradan qaldırılmasına maliyə dəstəyinin təmin edilməsi daxildir.


Bütövlükdəsə, növbəti ilin büdcə-vergi siyasəti daha əhatəli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. ÜDM-nin strukturuna uyğun büdcə gəlirlərinin artımına nail olmaq, qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalını yüksəltmək, xərclərin investisiyayükünü artırmaq və sosial yönümlüyünü təmin etmək həmin tədbirlərin heç də tam olmayan siyahısıdır. Budcə kəsirinin inflyasiya yaratmayan mənbələrhesabına maliyyələşdirilməsini davam etdirmək, yanacaq-enerji sektorunda maliyyə intizamını gücləndirmək və qarşılıqlı ödəməmələr probleminin həlli məqsədi ilə büdcədən dolayı dotasiyaların verilməsi ixrac yönümlü məhsul istehsalının həvəsləndirilməsi ilə bağlı işlər də bu qəbil tədbirlər sırasında olacaq. Belə ki, 2003-cü ilin büdcə-vergi siyasətinin mühüm xarakterik cəhətlərindən biri də regionlar arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədardır: «Regionlararası inkişafı tarazlaşdırmaq və işgüzar fəaliyyəti həvəsləndirmək üçün vergi güzəştləri tətbiq olunacaq, mənfəət vergisinin dərəcəsi aşağı salınmıqla yanaşı, bu tədiyyə növü region və sahələr üzrə differensiallaşacaq, ölkənin coğrafi mövqeyindən səmərəli istifadə etmək üçün nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin məbləği azaldılmaqla yanaşı, onun hesablanması qaydası daha da sadələşdiriləcək».
Bununla yanaşı, sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə sadələşdirilmiş sistem üzrə vergiyə cəlb olunan dövriyyənin daha da genişləndirilməsi və həmin verginin ödəyicilərinə əlavə güzəştlərin tətbiqi də büdcə paketinə daxil edilən tədbirlər sırasındadır.

Yüklə 42,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin