Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:
- cari xərclər, o cümlədən əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;
- əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;
- kreditlər üzrə borclara, faizlərə, xidmət xərcləri və layihələrdə pay iştirakı;
- Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və dicər xərclərin maliyələşdirilməsinə yönəldilir.
- Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək səviyyəsini göstərir. İl ərzində faktiki xərclər bu məbləğdən çox ola bilməz.
-Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır.
Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş pul fondu kimi təsdiq edilməsidir. Maliyyə ilinin sonunda büdcəni icra edənlər dövlət xərcləri və gəlirlərinin miqdar və mənbələrinin proqnozlaşdırılan şəkildə icrası barədə hesabat verirlər. Maliyyə ili başlamamışdan əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnozlaşdırılır. Bu proqnozlar əsasında növbəti ilin büdcəsi tərtib və təsdiq edilir.