Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə117/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   113   114   115   116   117   118   119   120   ...   188

Şəkərnuş xanımın nağılı



Biri var idi, biri yox idi, bir padşah var idi. Padşahın gö­zünün ağı-qarası bi dənə oğlu var idi. Bı padşah özü Şəkər­nuş xanımı istiyib haaa, ala bilmiyib. O qədər adamları qırıb öl­dürüb, amma ala bilmiyib. Bı oğlan deyib, mən hökman gərək Şə­kərnuş xanımı alam. Arvad da yaşdaşmışmış amma deyib alacam.

Bi dənə qoca qarı suya gəlmişmiş, səhəngi əlində, bı oğ­lan bir dənə daşı vırıb sındırıb onun səhəngin. Nadinc imiş də­nə. Deeb səni görüm, səni görüm, Şəkərnuş xanım sənin ya­rın olsun. Oğlan gəlib anasına deyib ki, ana mən getmə­li­yəm. Atama de ağ atımı, qırmızı atımı yemləsin mən gedirəm Şəkərnuş xanımın dalıycan.

Oğlan düşür yola, gedir. Gedir görür, bi dənə gözəl-göy­çəy qız, sizə çata bilməz, asılıb saşdarınnan. Bı qız deyir ki, ay oğlan, bıra gəlməginən, bıra divin evidi. Gələr səni parça-parça eliyər. Deer:

– Qorxma, qorxma, mən onu öldürəcəm, sənin saşdaru açacam. O oğlan bı qızın saşdarını kəsir ordan salır yerə. Deer:

– Sən hara gedirsən?

Deer:

– Mən gedirəm Şəkərnuş xanımın dalıycan.

Deer:

– Orda bi göyərçin var, daşın içində, onu vır öldür o göyərçini, sora div öləcək. Onnan gedərsən. Mən qalacam bır­da, səən yoluu gözziyəcəm. Bı qız da bırda gözzeer.

Bi oğlan gedir 7 dənə belənçi qıza rast gəlir. Qızdarın ha­mısın azad eleer. Qızzar qalır, oğıan gedir. Axırıncı qız de­yir ki, oğlan, gedərsən, bi bağa rast gələcəysən, orda div yatıb nar ağacının altında. O Şəkərnuş xanım da ordadı. Sən ora gedərsən bi dənə ağac sındırarsan, narrarı bi dənə, bi dənə də­rər­sən, onnan sora o Şəkərnuş xanım küləfrəngidən baxa­cağ. O səni görən kimi aşiğ olacağ. Allah ona deyib, onnan gələ­cəy sənün yanıva. O formada da eleer. Qayıdır narı belənçi-be­lənçı dərir, ağacnan. Gözətçilərdən biri deer:

– Ay div, narı dərdilər.

Deer:

– Nə dərdi?

Deer:

– Ağac.

Deer:

– A kopoyoğlu, ağac ağacı dərər?

Nəsə, bı belənçi narrarın hamısın dərir atir ora. Şəkərnuş xanım ordan düşür gəlir, bırda qızı da götürüllər, gəlillər ata­larının vılayətinə.

Gələndə şaha səda catır ki, sənin oğlun Şəkərnuş xanımı gətirir. İndi gör nə də.

Bi dənə də atarabaçı, bi kecəl qızı qaçırdıbmış. Deer, noolar, sən paltaru ver bı geysün, sən də onunkunu geyin. Ara­­baçı deeb aaa, Şəkərnuş xanıma. İndi pıl almağçun də yə­qin. Nəsə dəyişiblər. Amma o vaxtı Şəkərnuş xanım oğlana demiş­miş ki, mən sənə cıncığdan-mıncığdan şalvar toxu­yacam.

Hə, elə olur ki, bı kecəli aparıllar padşahın evinə, bı Şə­kərnuş da gedir arabaçının evinə. Bı qız gedir bi qoca ar­va­dın evinə. Helə gündə gedirmiş, çöldən biy az təzəy yığırmış, odun yığırmış, gətirib verirmiş bu arvada.

Günnərin bi günü də yenə çör-çöp yığmağa gedəndə çöldə qızzar danışırdı ki, deer, birda padşahın bi gəlini var, deer cıncığdan-mıncığdan şalvar toxuyacam. Tez barmağın dişdeer, deer, adə mən adaxlıma demişdim axı bu sözü.

Gəlir deer, nənə, məni elə bı cırığ paltarnan da olsa qoy gedim də ora, deeb ay, bala bizi ora kim qoyar? Deeb, yox, sən məni apar ora. Gedib görüb o yannan belə arvatdarın qa­bağına teşt qoyublar, ici dolu mıncığ. Hərənin də əlində bi iy­nə sap, hamı elə düzür. Nə bilirdilər şalvar toxumağı. Qız gedib irəli deeb:

– Padşah sağ olsun, olar ki, bı şalvarı mən toxuyum?

Deeb:

– Qızım icazə verirəm, gəl toxu. Mənim gəlinim demiş­di ancağ nəsə.

Qız gəlir teşdən iynə sapı götürüb, mıncığı götürüb dü­zəndə deer ki, mən belənçi 7 divin saxladığı qızzarın biriy­dim. Mən yolda adaxlıma demişdim sənə cıncığdan-mıncığ­dan şalvar toxuyacam. Naxırçı məni allatdı, filan, nəsə hamı­sını danışır. Padşah durur ayağa, o naxırçı qızın, o araba­çı­nın­kın göndərir çıxır gedir evlırinə. Bını da saxleer özünə gəlin eleer.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin