Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə51/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   47   48   49   50   51   52   53   54   ...   188

Dəli Cəfər



Bizim ulu babamızın adı Hacı Vəli olub. Babam söylə­yər­di olmuş əhvəlatdı. Buların bi əmisi oğlu olar, Cəfər adın­da. Deyərdi hə, bi gün, bala, bunu babam çağırar, deyər:

– Əmioğlu.

Deyər:

– Nədi?

Deyər:

– Kəli-zadı, öküzü qoşgunan, gedəcəksiz meşəyə odun gətirməyə.

Öküzü qoşarlar, Cəfər də qara heyvanı xoşdıyarmış, hər şeyi qara rəngdə olarmış, kəli də olsaymış qara rəng olarmış, öküzü də olsaymış qara rəng, inəyi də qara rəng.

Gətirib dört-beş araba qoşarlar Cəfərə ki, getsin meşə­dən odun gətirməyə. Bulara yemək-zad da qoyarlar. Hacı Və­linin arvadı bunnara yemək qoyar. Götürərlər, gedəllər odunu arabalara yüklədikdən sora yməyə oturallar. Açallar boxçanı, görəllər Hacının arvadı çörək qoyub, qatığ qoyub, bi də şor.

Cəfər bulara deyər:

– Qatığı yeməyəcəksiz.

Bular deyər, əşi, yayın günüdü, istidi, qoy qatığı ovduğ eliyək içək.

Deyər:

– Yox, qatığ qalacağ.

Odunu vurarlar, odunu vurandan sora axşamçağı səri­nə Sığıncağ yoluynan gəlməyə başlarlar, yol burdan imiş, bur­dan gediblər. Cəfər Sığıncağ yolun keçən kimi qatığı çəkər öküzlərin başına.

Hacı Vəli də baxar arabalar gəlir, görər hə dört dənə ara­ba olmağnan bizimdi, amma kəllər, öküzlər dəyişib. Bunlar yavaş-yavaş gələr girər həyətə.

– Ayə Cəfər, a başaa daş düşməsin, nağayrıbsan, bu öküzü, kəli nə günə qoyubsan?! Deyər Hacı Vəli.

Deyir:

– Mənim başıma niyə daş düşür ki, arvadının başına daş düşsün, arvadının başına düşsün, yağ qoya bilmirdi, götürüb qatığnan, şor qoyub bizə. Bir kasa yağ qoyeydi də, yağ ye­yeydik orda.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin