Vasif Alışov, doğum tarixi 1953, təhsili orta, Həsənli kəndi.
Aslan Həsənli. Dünya mənə ilişmə, B., 2007
Əlizaman Baxış, Hacıtəpə kəndi (Keçmişdə və indi), B., 2010
Vaqif Əzizov, doğum tarixi 1942, təhsili orta ixtisas, Hacıtəpə kəndi
Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997
Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi
Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacıtəpə kəndi.
Qənbər İmanov, doğum tarixi 1957, təhsili orta, Xırmandalı kəndi
Nizami Həsənov, doğum tarixi 1964, təhsili orta, Səmidxan kəndi
Nazilə Hüseynova, doğum tarixi 1959, təsili ali, Həsənli kəndi
Həsən Allahverdiyev, doğum tarixi 1968, təhsili ali, Səmidxan kəndi
Nurməmməd ağa. Boradigah. B., Təhsil, 1992, Nurməmməd ağa. Boradigahım mənim, Elm və təhsi, 1997
Qorxmaz Əliyev, doğum tarixi 1952, təhsili orta ixtisas, Qəriblər kəndi
Mirbacı Əliyeva, doğum tarixi 1954, təhsili orta, Qəriblər kəndi
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi
Toplayıcılar:
Füzuli Bayat
8. NAĞILLAR
Taleyi dəyişdirmə
Bir şəxs öz taleyindən, kasıbçılığdan çox gileylənir. Deyir gedərəm taley yazanı taparam. Avamlığından deyir bunu. Öz taleyimi təzədən quraram. Mənim taleyim yaxşı deyil. Çox yol gedir, hədindən artıq. Gedir, gedir yolun bir yarısında bir şirə rast gəlir. Görür şirin bədənində tük yoxdur, ayağında güc yoxdur.
Deyir:
– A şir, sən burda niyə yıxılıb, qalıbsan?
Deyir:
– Mən acam, taqətim yoxdur, bədənimdə tük yoxdur, ayağımda güc yoxdur.
Deyir:
– Nədən?
Deyir:
– Bilmirəm.
Şir deyir:
– Sən hara gedirsən?
Deyir:
– Mən gedirəm taleh yazanın yanına.
Deyir:
– Nə olar, mənimdə taleyimi diyərsiz də, mən acam, bədənimdə tük yoxdu, ayağımda güc yoxdu.
Gedir. Taleyindən gileyli şəxs bir az gedir, iki dənə xurma ağacına rast gəlir. Görür xurma ağacları quruyub. Xurma ağaclarına bir xeyləm baxır. Fikirləşir, deyir, “görəsən bu ağaclar niyə yanıb?” Ağaclardan nida gəlir ki, ey adəm evladı, sən hara gedirsən?
Deyir:
– Mən taley yazanın yanına gedirəm. Mən öz taleyimdən gileyliyəm.
Deyirlər:
– Nə olar bizim də taleyimizi o taley yazana deyərsiz ki, niyə bizim ayağımızdan, köklərimizdən su gəlmir. Biz quruyub qalmışıq.
Deyir:
– Yaxşı, deyərəm.
Gedir bir dənə şaha rast gəlir. Bu şah diyanır yolda, deyir, görəsən gələn kimdi. Deyir:
– Sən kimsən?
Deyir:
– Mən taleyimi yazanın yanına gedirəm, öz taleyimdən gileyliyəm.
Deyir:
– Bəs sən kimsən?
Deyir:
– Mən bir şaham. Üç yüz min qoşunnan gedirəm, ancağ mən qoşunumnan məğlub oluram.
Deyir:
– Bəs sən hara gedirsən?
Deyir:
– Mən öz taleyimdən ötrü taley yazanın yanına gedirəm. Allahtala göydə hər şeydən xəbərdar olur.
Şah deyir:
– Nə olar, mənim də taleyimi deyərsən.
Deyir:
– Yaxşı.
Gedir çıxır bir bulağın başına. Bulağın başına çatanda görür bir şəxs oturub (Allahtala ona rast gətirir. Allahtalanın üstümüzdə nəzəri var. Allahtala görəndi, biləndi və yaradandı, ruzi verəndi.). Görür ki, bu şəxs yoruldu, yol getməkdən. Çayın qırağında bir söyüd ağacının yanında bir şəxs onun gözünə görsənir. Görür çoxlu çör-çöp yığıb qoyub. Bu, yanında bir dənə çöp götürür vurur suya. Baxır ki, ora su gedir nazik gedir. Yenə çöp götürür, vurur görür, ora su bol gedir. Bi də əlini atır baxır ki, çöp qurtarıb. Taley yazan baxır. Görür ki, bu çöp qurtarır. Baxır bu tərəfə, görür bi adam. Deyir:
– Salam əleykim.
Baxanda bu şəxs deyir, sən kimsən? Bayaqdan görürdün mən burdayam.
Deyir:
– Sən məni görürdün üzünü niyə bu yana eləmirdin?
Deyir:
– Mən görürdüm bunun axırı hara gedir.
Deyir:
– Bunun axırı budur ki, Allahtaladan mənə hökümdü hər şəxsin taleyini mən vururam.
Deyir:
– Mən elə səni gəzirdim ki, sən mənim taleyimi vurmalısan.
Deyir:
– Sənin taleyini vurmuşam.
Deyir:
– Vur görüm, necə vurmusan?
Vurur taleyi suya. Su gəlir nazik kimi axır gedir.
Deyir:
– Yox, mən bununla razı deyiləm.
Deyir:
– Niyə?
Deyir:
– Bayaqdan vururdun su gəlirdi keçirdi. İndi mənim üçün vurdun su nazik gəldi, niyə?
Deyir:
– Bu Allahtalanın hökmüdü.
Deyir ki:
– Yox, mən bu taleyi dəyişdirib ayrı taley vuraram.
Taleyi vurur, suyu verən Allahdı. Gur gəlir, dayanır. Bu şəxs deyir:
– Yaxşı.
Qayıdanda deyir şah mənə bir söz demişdi.
Deyir:
– Ey taley yazan, Allahın hökmü ilə bir şah mənə rast gəldi. Mənnən taley istədi. Dedi ki, mənim üçün taley vurarsız. Mənim taleyimə baxasız. Deyir, onun taleyini vurmuşam, ancağ o, qızdı ona deyərsiz, bir əfəlinə ərə getsin. Ərə getsə, şah məğlub olmaz. Öz geyimini öz yoldaşının əyninə geydirsə, o məğlub olmaz.
Deyir:
– Yaxşı, deyəcəm.
Deyir:
– İki dənə xurma ağacı qurumuşdu. Olar da mənə dedi ki, biz niyə qurumuşuq, niyə yarpağ açmırığ başqa ağaclar kimi. Biz niyə quruyub qalmışıq?
Deyir:
– Sən gedərsən diyərsən xurma ağaclarına, ayağları küpə dəyib, kökləri küpə dəyib. Küpü üstə çıxadarsan. Olar da torpaqdan su içərlər, olar da göyərərlər.
Deyir:
– Yaxşı, bunu da deyəcəm. Axı bir şey də gördüm, deyir. Bir şir idi yolun ortasında uzanmışdı bədənində tük yox idi, ayağlarında güc yox idi. Deyirdi, yaman acam heç bilmirəm neyniyim.
Deyir:
– O şirə də deyərsən ki, o, axmaq bir kişinin başın yesin. Onun ayağına güc gələr bədəninə də tük gələr.
Bu taleyindən narazı adam hər şeyi öyrənib qayıdır. Qayıdanda rast gəlir şaha. Şah deyir, bədbəxt oğlu, nə yaxşı sirrimi bildin, helə mənnən evlən, qoy mən şahlığımı verim sənə. Yaşa özün üçün. Deyir:
– Yox. Mən öz taleyimi tapmışam.
Gəldi xurma ağaclarına çatdı dedi:
– Küp var altınızda o, küpləri çıxatdırın. Torpağdan su içərsiz, göyərərsiz, xurma gətirərsiz.
Dedilər:
– Küpü çıxart yaşıyaq.
Dedi:
– Yox. Mən öz taleyimi tapmışam.
Gəldi şirə hamısını dedi. Şir gördü ki, elə axmaq budur. Atıldı kişinin başını yedi. Canı da qurtardı. Ömrü dayandı, yəni uzun-uzadı getmədi. (İnsan gərək həyatda Allahdan narazı olmasın. Bi şəxs ki, məclisdə öz taleyinnən gileyli olur, bu söz orda açılır. Yetimlik çəkmişəm, ögey ana əlində böyümüşəm. Yəni səkkiz dənə atasız uşaq saxlamışam. Altı dənə atasız qız ərə göndərmişəm. İki dənə burda uşağları evləndirmişəm. Allaha həmşə şükr etmişəm.)