Fəlsəfi özünüdərketmənin inkişafının əsas tendensiyaları. Fəlsəfi özünüdərketmə fəlsəfi təfəkkürün və dünyagörüşün yaranmasından sonra mümkün olmuşdur. Fəlsəfi şüurün bu formalarının inkişafının nəticəsi kimi fəlsəfə tarixi yaranmışdır. Fəlsəfəni sözügedən formada tədqiqi fəlsəfənin mədəniyyət sistemində yerinin müəyyən edilməsində vacib rol oynayır, belə ki, fəlsəfə tarixi ümumiyyətlə bəşəri mədəniyyət tarixindən ayrılmazdır.
Fəlsəfə tarixinin formalaşmasında ən vacib ümumi metodoloji əsaslardan biri etnosun tarixi özünüdərketməsidir. Fəlsəfə tarixinin formalaşmasına tədqiqatçının siması, onun elmi mövqeləri və sosial statusu əhəmiyyətli təsir göstərir. Hər hansı digər bir elmdə olduğu kimi, fəlsəfə tarixinin də yaranmasında həm ümumelmi, həm də konkret fəlsəfi metodlardan istifadə olunmalıdır. Biz fəlsəfə elminin inkişafının məntiqi analizinin ümumi və xüsusi, daxili ilkin şərtlərini nəzərdən keçirmişik.
Hər bir tədqiqatçı üçün müasir fəlsəfədə qiymətli olan məhz təhlil olunan hadisələri bu elmin meyarları və ya idealları tərəfindən qoyulmuş heç bir məhdudiyyət olmadan qiymətləndirmək imkanının verilməsidir. Buradan belə bir nəticə çıxır ki, əgər eyni işi fəlsəfənin himayəsi altında deyil, mənəvi mədəniyyət çərçivəsində, o cümlədən onun din, mifologiya, incəsənət, ədəbiyyat və s. kimi təzahürləri ilə aparsaq, onda analoji nəticələrə gəlmək olar. Burada rasionallıq nöqteyi-nəzərindən və ya emosional ifadəlilik nöqteyi-nəzərindən ideyaların məna dolğunluğunda fərqin olması mümkündür, amma nəticələr çox bənzər olacaqdır. Qeyri-şüurlululuğun, obrazlı ifadəliliyinin böyük dərəcədə olması qiymətləndirmə üsulunun və ümumiyyətlə dünyaya münasibətin dəyişməsinə səbəb olur; bundan başqa, bu, insanların qarşılıqlı münasibətlərinə, onların davranışına, həyat fəaliyyətinin sosial normalarına təsir göstərir.
Hesab edirik ki, fəlsəfi biliyin məzmunu insanın mənəvi fəaliyyətinin bütün sahələri ilə nisbətdə nəzərdən keçirilən aksiologiya problemləri ilə məhdudlaşdırılmalıdır. Bu halda bir-birinə yaxın və fəndaxili elmi məsələlərin həlli işi yüngülləşər. Bu, müasir dövrdə xüsusilə aktualdır.
Dostları ilə paylaş: |