Мцгяддимя


Indi isə fəlsəfənin cəmiyyətdə tutduğu mövqe haqqında



Yüklə 0,7 Mb.
səhifə7/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   2   3   4   5   6   7   8   9   10   ...   64
Indi isə fəlsəfənin cəmiyyətdə tutduğu mövqe haqqında.

Mövzu çoxölçülü, çoxşaxəlidir, konseptual səviyyədə burada fikri izah etmək çətindir, ona görə də yalnız bəzi məqamları izah etməklə kifayətlənəcəyik.

Tarixdə insanın dünyaya münasibəti müxtəlif olub. İnsan yaşamağın mənasını уa gündəlik problemlərin ardıcıl həllində, ya da uzaq, lakin gözəl və əlçatmaz ideala nail olmaq uğrundakı mübarizədə görübdür. Birinci yol - fərdi həyatın, fərdiyyəlçiliyin inkişafı, ikinci yol – xilasolmanın ümumi, kollektiv yolunun axtıralması olub. İkinci yolu dünya dinləri - yəhudilik, xrislianlıq, islam təbliğ ediblər. Reformasiyadan sonra Qərb aləmində siyasi demokratiyanın fərdi iradə suverenliyin və sağlam düşüncənin, dini təlim və ideallardan üstünlüyü ideyası yayılmağa başlayır.

Amerika şəraitində bunun песə baş vərməsi haqqında Aleksis de Tokvil belə yazır: «ABŞ-ın təbii iqlimi və şəraiti sərt, sosial şəraiti isə primitiv idi (yəni dövlət institutları yox idi); buraya köçüb gələnlər yeni, ictimai, könüllü əsaslarda fəaliyyət göstərən birlikləri yaratmalı olublar; ümumi məqsəd isə iştirakçılarda özünüidarəetmədə iştirak etmək qabiliyyəti və bacarığının formalaşması, demokratiyanın inkişafı idi»1.

Fərdiyyətçilik mədəniyyəti Qərbi Avropa ölkələrində (protestantizm təriqətinin davamçıları olan ölkələrdə daha çox), bir də Şimali Amerikada üstünlük təşkil edir. Kollektivçi cəmiyyətlər Cənubi və Şərqi Avropa, Latin Amerika ölkələrində daha geniş yayılıb (ailə institutu, adət-ənənələr, icma münasibətləri daha hörmətlə qarşılanır, öyrənilir, əsas götürülür). Kolleklivçi cəmiyyətlərdə iqtisadi və sosial məhdudiyyətlər daha çox yayılıb, əvəzinə isə sosial yardımın və dəstəyin təminatı verilmişdi. Burada, lazım gələrsə, qohumlar, tanışlar və iş yoldaşları adama arxa və dayaq olur.

Fərdiyyətçilik şəraitində daha çox stresslər, tənhalıq, infarktlar, qətllər, intiharlar yayılıb, hüquqları çox olsa da, yeri gələndə yardım edən adam tapılmır. Beləliklə, Qərb aləmində fərdiyyətçilik və nominalizm, qeyrı-Qərb aİəmində isə kollektivçilik ruhu, qrup psixologiyası üstünlük təşkil edir. Eyni zamanda Qərbdə də tədricən «daxili Şərq» əmələ gəlir. İndiki zəmanədə isə vahid planetar sivilizasiyaya keçid artıq reallığa çevrilmişdir, bu işin əsasında Avropa humanizmi və xristian universalizmi durur. Buna qloballaşma prosesi də deyirlər. İnsan belə şəraitdə müəyyən mənada «tərəqqinin əlində» bir oyuncaga çevrilir: o, texniki, iqtisadi və digər qanunauyğunluqlarına ümidini bağlayaraq, öz əxlaqi keyfiyyətləri və məsuliyyətini unudur.

Qloballaşma yolunda tarixi məsuliyyəti texniki-iqlisadi tərəqqi simasının daşıyıcılarına ötürmək olmaz, çünki insan sivilizasiyasının başlıca vəzifəsi - fərdlərin birgə varlığının daha azad, zorakılıqdan uzaq könüllü formalarını, о cümlədən sərbəst birləşmələrini təmin etməkdir. İnsanlar ən çətin vəziyyətlərdə birgə yaşamağa və fəaliyyət görməyə çalışıblar. Sivilizasiyalı həyat münaqişələrin qarşısını almaq, müxtəlif xalqlar və irqlərlə münasibətlərdə dinc vasitələrdən istifadə edərək, ünsiyyət yaratmaq deməkdir.

Sivilizasiyanın mədəni, mənəvi-əxlaqi vəzifəsi isə ümumi ideal təsəvvürlərinin yaradılmasıdır. Bu təsəvvürlərdə predmetli aləm və normalar, insanların birgəyaşayış qaydaları və ünsiyyəti öz əksini tapır.

Ziqmund Freyd «Bir xülyanın gələcəyi» əsərində yazırdı: «İnsan mədəniyyətinə: 1) təbiət haqqındakı biliklər və ona aid bacarıqlar; 2) insan münasibətlərini tənzimləyən sosial institutlar daxildir... İnsanların qarşılıqlı münasibətlərinə müxtəlif nemətlərdən imkan daxilində həzzalma prosesi əsaslı şəkildə təsir edir; hər bir insan, bu və ya digər nemətlə bağlı olaraq ictimai münasibətlərə daxil olur. Нəг bir fərd virtual mənada mədəniyyətin düşmənidir, bununla bələ mədəniyyət bütün insan nəslinin vacib məsələsi olaraq qalır».1 Freyd, mədəniyyətin inkişafını insanların müxtəlif tələbatları ilə əlaqələndirir.

Mənəvi mədəniyyətin tərkib hissəsi sosial idrakdır. İnsanlar öz şüurunda ümumi və ən ümumi məqsədləri, prinsipləri, normaları, qaydaları, fəaliyyət mənalarını fərqləndirməyi öyrəndikdən sonra, predmetlər aləmində sosial mənalarını, onların ideal, mənəvi-əxlaqi tərəflərini müxtəlif işarələr sislemində ifadə etməyə başlamışlar.

İdeyaların müstəqil həyatı həm də fəlsəfədə ifadə olunur. Fəlsəfə daha qədim mədəniyyət formalarına - incəsənətə, dinə, mifologiyaya, ədəbiyyata əsaslanır. Amerika praqmatizminin görkəmli nümayəndəsi Vilyam Ceyms bu sualların qarşılıqlı təsiri barədə yazır: «Fəlsəfə, öz poetik tərəfi ilə ədəbi bacarıq və qabiliyyətləri olan adamlara daha çox sir edir, öz məntiqi ilə onları daha mətinləşdirir, intellektual süstlük və zəiflikdən azad edir. Dəqiq elmlərin nümayəndələrini fəlsəfə, öz məntiqinin gücü ilə cəlb edir, humanizmi ilə onların ruhunu yumşaldır, quru, texniki düşüncələrindən azad edir. Hər iki qrupu təmsil edən tələbələr gərək fəlsəfədən, ruhda daha böyük çevikliyə, daha çox nəfəs almaq imkanını, daha çox intellektual zənginliyini qazansınlar. О, əlavə edir ki, «məntiqi qüdrəti biz о zaman qazanırıq ki, ən ali mücərrəd konsepsiyaları tapıb onların arasındakı fərqləri müəyyən etmək qabiliyyətini əldə edirik»1.

Fəlsəfəni öyrənən tədqiqatçılar mümkün qədər tənqidi olmalı, problemli məsələləri izah etməli, ehkamlardan uzaq olmalıdırlar. Məs., şüur problemini öyrənərkən insan həyatında bişüur, irrasional aspektləri, maddi və mənəvi həyatda onların yerini və rolunu nəzərə almalıdır; insan probleminin ümumbəşəri tərəfləri ilə yanaşı sinfi, milli və s. tərəfləri də vardır. Insan tarixinin təhlilində, bədii ədəbiyyatda tədqiqatçılar filosoflardan çox-çox qabağda gedirlər. Filosoflar konkret elmlərin, bədii yaradıcılığın nailiyyətlərindən istifadə etməli, onların sürrinə yiyələnməli, metodoloji, dünyagörüşü, məntiqı və idraki cəhətdən həmin bilik sahələrinə istiqamət verməli və deməli, onları öyrənməlidirlər.

Doğrudur, bir çox məsələlərin həllində dünya elmi filosofları qabaqlayıb: məs., fəlsəfəyə təsir edən, onu hərəkətə gətirən təbiətşünaslıq, texniki, humanitar elmlərin nailiyyətləri çoxdur. Bu nailiyyətlərə fəlsəfə də əsaslanmalıdır. Digər elmləri bilmədən, fəlsəfə ilə məşğul olmaq mümkün deyil. Bu çətin olsa da, çox vacibdir. Fəlsəfəyə yeni, gənc qüvvələr gəlməlidir; onlar öz gücü, qüdrəti ilə burada həddindən çox artan diletantları (səviyyəsiz adamları) əvəz etməlidirlər.

Edmund Hüsserl XX əsrin əvvəllərində yazırdı: «İndiki dünyada, müasir insanın dünyagörüşündə pozitiv elmlərin oynadığı müstəsna rolun «çiçəklənib» öz bəhrəsilə onun gözünə tor asmaq bacarığı insan mövcudluğunun həqiqi ləyaqətini ifadə edən ən vacib sualların unudulması deməkdir. Faktlar haqqında xalis, «əsil» elm son nəticədə insanın özünü adi elmi fakta çevirir. Elm, məna və mənasızlıq, öz azadlığının subyekti olan insan haqqında nə deyə bilər?

Xa­lis təbii elm, çox ehtimal ki, heç nə deyə bilməz: o, hər bir subyektivlikdən uzaqlaşır. Insanın mənəvi varlığını müşahidə edən ruh haqqındakı elmlərə gəldikdə isə... burada ciddi elmliyin tələbi ondan ibarətdir ki, tədqiqatçi, insanın ləyaqəti, onun mədəniyyətin bəhrələrinə aid olan məna və mənasızlıq haqqinda olan mühakimələri, qiymətvermələri canfəşanliqla istisna edəcək! Elmi, obyekliv həqiqət yalnız fiziki və mənəvi dimyanın faktiki mahiyyətinin təsdiqidir. Bəs dünya və insan varlığı, belə getsə, elmlərdə öz əsil məna və mahiyyətini necə tapacaq?».1 Elm, insanın dünyaya münasibətini aydınlaşdırmaq əvəzinə daha da dolaşdırır, çünki burada insansız bir təsvir yaradılır. Belə bir vəziyyətdən çıxış yolunu Hüsserl insan həyatının konkret ifadələrinə müraciətində görürdü1.

Ideal fəlsəfəyə nail olmaq yolunu Hüsserl və digər tədqiqatçılar insanın öz imkanlarının öyrənilməsində, «ləng» təfəkkürlə mübarizəsində görürdü. İndiki fəlsəfənin başlıca vəzifəsi - inlellektual qurmaları insan təcrübəsinin funda­mental prinsipləri ib birləşdirməkdən ibarətdir. Hələ qədim filosofları düşündürən suallar yeni formada bu gün də qarsımızda dayanır.



İndi isə ictimai humanitar fənnlər sırasında fəlsəfənin çəkisi və nüfuzu haqqında.

Təhsil sistemində ictimai və humanitar fənlərin tədrisinin əsas məqsədi gənc nəsli ictimai mühitə, mövcud qıruluşa və dövrə uyğun formalaşdırmaqdır. İctimai və hu­manitar fənlər öz tədqiqat sahəsinə uyğun olaraq formalaşıb; onların mahiyyəti və məzmunu, kateqorial aparatı tarixi inkişaf prosesində müəyyən şəkil almış və qərarlaşmışdır. Dövrlər bir-birini əvəz etdikcə bu fənlərin məzmunu, həcmi, praktikada rolu və əhəmiyyəti də dəyişir və yeniləşir. Fəlsəfə də, ictimai elmlər sırasında belə inkişaf yolunu keçib; onlar qarşılıqlı şəkildə bir-birinə təsir ediblər.

Fəlsəfə ilə digər elmlərin qarşılıqlı təsirinin meyarını təyin etmək çox çətin vəzifədir, lakin bu təsirin olması şübhə doğurmur. Ümumiyyətlə, qeyd etmək olar ki, bu qarşılıqlı təsir hər hansı bir elmi nəzəriyyənin yaranmasının və inkişafının çox vacib ünsürüdür. Soruşula bilər ki, fəlsəfənin digər elmlərə təsiretmə dərəcəsini müəyyən etmək mümkündürmü? Tarix boyu fəlsəfə təbiət və cəmiyyətin mövcudluğu, inkişafı, dəyişməsi və qarşılıqlı təsiri prəblemlərilə məşğul olmuş, bu sahədəki bilikləri istiqamətləndirmişdir. Bu sahələri tədqiq edən ictimai və humanitar elmlər öz növbəsində empirik tədqiqatlardan doğan nəzəri problemlərlə üzləşirlər. Həmin problemləri həll etmək üçün onlar müəyyən fəlsəfı konsepsiyalara və nəzəri postulatlara söykənirlər. Filosoflar isə, öz növbəsində, elmi biliyin təkamülü prosəsində fəal iştirak edərək, qeyd edilən problemlərin həllinin konsepsual əsaslarını hazırlayırlar (məs., materiya, məkan, zaman, səbəbiyyət, sivilizasiya, mədəniyyət və s. sahələrin konseptual əsaslarını).

Elmlərin inkişafının ən qədim mərhələlərindən başlayaraq bu günədək bu qarşılıqlı təsir davam edir.

Cəmiyyətlə bağlı problemlərin öyrənilməsi, sosial sistemin inkişaf strategiyası orada baş verən və mümkün dəyişikliklərin xarakteri və meyllərinin müəyyən edilməsi və s. bu qəbilli məsələlərin tələbələrlə müzakirəsi son dərəcə vacibdir. Problemlərə həm sosioloji, həm aksioloji, həm də koqniliv (idraki) baxımdan yanaşılmasının zəruriliyi xüsusilə vurğulanmalıdır.

Sosial proseslər bir qayda olaraq kompleks şəklində fənlərarası proqramlar əsasında öyrənilir və tədqiq edilir. Bu cür proqramlar elmin və tədrisin təşkilinə yeni cizgilər və xüsusiyyətlər gətirir. Elmi proqramların sosial ekspertizası keçirilməlidir. Ekspertiza proqramlarının əhatə etdiyi dəyərlər sistemini müəyyənləşdirməli, sistemin cəmiyyətin inkişaf perspektivin uyğunluq dərəcəsini təyin etməli, proqramın ehtimal həlli metodları və vasilələrini aydınlaşdırmulıdır. Beləliklə, humanitar və ictimai elmlər sahəsində aparılan elmi tədqiqatlar fəlsəfənin və xüsusilə elmin fəlsəfəsinin, elmin metodologiyasinın əsasında aparılmalıdır. Bu, elmi problematikanın özünün modelləşdirilməsi ücün real zəmin təşkil edir.

Fəlsəfənin inkişafı da hər bir dövrün mədəni səviyyəsi, onun dəyərlər sistemi və dünyagörüşünün xarakteri ilə müəyyən olunur.

Elmi-texniki inqilab informasiya sisteminin inkişafına təkan verərək, fəlsəfənin özünün dayaqlarında ciddi dəyişikliklərə səbəb olmuşdur. Sistem yanaşmanın sistem təfəkkürünün qərarlaşması və inkişafında fəlsəfı düşüncə tərzinin çox böyük rolu vardır. Məs., tarix elmində, cəmiyyət, onun inkişaf mərhələləri, mədəniyyətin, sivilizasiyanın formalaşması yolları tədqiqatçının dəyərlər sistemindən, ümumiyyətlə, əsaslandığı fəlsəfi təməldən asılıdır.

Tarix antroposentrizm, teosentrizm, providensializm, metafızika, pozitivizm, rasionalizm mövqelərindən öyrənilmişdir.

Elmin məşhur tədqiqatçılarından birisi olan T.Kun hesab edirdi ki, elmlərin inkişafında müəyyən ümumi qanunauyğunluqlar var; elmin tarixi elmi idrakın fundamental ideyaları və funksiyalarının, konseptual sxemlərin təkamülü tarixidir. Fəlsəfənin də burada özünəməxsus yeri var1.

Alimlər arasında yaranmış razılıq (konsensus) dərəcəsinə görə bəzi Qərb tədqiqatçıları birinci yerdə fızikanın, kimyanın, biologiyanın, ikinci yerdə isə, sosial elmlərin (tarix, iqtisadiyyat, elmin idarə olunması, psixologiya, sosiologiya, pedaqogika, siyasi elmlər, urbanizasiya və regional tədqiqatlar) durduğunu söyləmişlər. K.Knorrun fikrincə isə, ictimai elmlərdə konsensus səviyyəsi hələ çox aşağıdır. Ona görə də burada fəlsəfənin metodoloji rolu çox yüksək səviyyədə qurulmalıdır2.

Tədris prosesində müxtəlif proqramların bir-biri ib uzlaşdırılması probleminə əsaslı diqqət yetirilməlidir. Mütəxəssisin hazırlanması kompleks xarakter daşıdığı üçün hərtərəfli olmalıdir; fənlərin məzmunu mütəxəssisin hazırlanmasına təsir göstərir. Təlim-tərbiyə işinin kompleks şəkildə qurulması bütün fənlərin, о cümlədən fəlsəfənin keyfiyyətli tədrisini tələb edir.

Tədqiqatlar göstərir ki, gənclər sosial mühit amillərindən biri olan mövcud təhsil sisteminə xüsusi əhəmiyyət verirlər. Sosial ziddiyyətlərin kəskinləşməsi, yeni ilə köhnənin mübarizəsi zamanı gənclərdə siyasətə maraq daha da artır. Ümumiyyətlə, siyasi informasiya (o cümlədən sosial-siyasi mifologiya) mədəniyyətə, məişətə, şəxsiyyələrarası, qruplar və millətlərarası münasibətlərə, təhsil və tərbiyə sistemlərinə çox güclü müdaxilə etmişdir. Təhsil sistemi cəmiyyətin sosial-iqtisadi və mənəvi-mədəni inkişafında həlledici pillələrdən biri olduğu üçün, onu daima təkmilləşdirmək lazımdır. Bu vəzifənin uğurlu həllində fəlsəfənin rolu böyükdür. Ali məktəblərdə ictimai elmlərin, о cümlədən fəlsəfənin tədrisinin başlıca vəzifələrindən biri yeni təfəkkür tərzinin formalaşdırılması, demokratik və humanist dəyərlər və stereotiplərinin tələbələrə aşılanması, ünsiyyət və davranış norma və qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Təlim-tərbiyə prosesinin kamilliyi tədris materialının izahında yeni formaların pedaqoji «stereotiplər»in dağıdılmasında, monoloqdan dialoqa keçməsində, həqiqətin birgə axtarılması mədəniyyətində və aktual problemlərin birgə müzakirəsində, elmi-metodoloji, konkret-sosial informasiyanın keyfiyyətli təhlilində ifadə olunur. Qeyd olunan bütün xüsusiyyətlər birinci növbədə fəlsəfəyə aiddir. Nəzəriyyə ilə praktikanın bağlılığını daha da möhkəmləndirmək üçün təbələləri ictimai işlərə cəlb etmək, onlarda özləri və cəmiyyət haqqında əsaslı bilik, elmi dünyagörüşünü və yeni dəyərlər sistemini formalaşdırmaq lazımdır.

Mütəxəssisin, dərin peşəkar biliklərlə yanaşı, elmi fəallığı, sosial-siyasi hadisələri anlama, yüksək əxlaqi keyfiyyətləri, ümumi və peşə mədəniyyəti, ünsiyyət və təşəbbüskarlıq, təşkilatçılıq bacarığı kim keyfiyyətləri olmalıdır. Hal-hazırda peşə hazırlığı səviyyəsindən razı qalanların sayı çox azdır.

İxtisas üzrə işin olması mədəniyyət, əxlaq, peşəkarlıq haqqındakı təsəvvürlərin ön plana keçməsi ilə bir-birini tamamlamalıdır ki, nəticədə bütün lazımi keyfiyyətlər, bacarıqlar və qabiliyyətlər formalaşsın.

Fəlsəfə öz məzmununa və formasına görə ən ümumi elmdir, buna görə də onun vəzifəsi həm gənclərin dünyagörüşünü formalaşdırmaq, həm də digər elmlər ücün metodologiya rolunu oynamaqdan ibarəldir. Bu işi yüksək səviyyədə qurmaq üçün fənnlərarası qruplar yaradılmalı, kafedralarda, metodşuralarda bu işə cavabdeh olan xüsusi adamlar seçilməlidir ki, onlar bu sahədə olan vəziyyəti qiymətləndirib elmi şuralarda, elmi-nəzəri konfranslarda müzakirə etsinlər. Çox faydalı olan bu iş Qərb ali məktəblərində «qiymətvermə» və yaxud “özü-özünə qiymətvermə” formasında aparılır.

Bəs mütəxəssis kadrların hazirlanmasında fəlsəfənin rolu necədir?

Ali məktəblərdə tədrisin, təlim-tərbiyənin başlıca məqsədi geniş dünyagörüşə malik olan, əxlaqca təmiz, yüksək professionallığa sahib olan, humanist, hərtərəfli inkisaf elmiş mütəxəssislərin hazırlanmasıdır.

Bəzi gənclərin şüurunda aparıcı dəyərlər rolunu ancaq bu günkü günlə yaşamaq, praqmatizm, gücə və zora səcdə etmək kimi ideyalar oynayır.

Belə şəraitdə fəlsəfənin tədrisində bir sıra vacib problemlər həll olunmalıdır:

-yüksək elmi səviyyədə, metodoloji və metodik tələblərə cavab verən dərsliklərin və dərs vəsaitlərin, proqramlann hazırlanması. Dərsliklərin fəlsəfi biliyin müxtəlif sahələrinə aid oduğunu nəzərə alaraq təkrarlanmalara yol verilməməsi; bütün aparıcı kafedralarda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən fəlsəfi-metodoloji seminarların yaradılması. Bu seminarlarda ümumi fəlsəfi fənlərin, seçmə və xüsusi kursların nəzəri-fəlsəfi problemlərinin müzakirə edilməsi;

-fəlsəfənin tədrisi üzərində nəzarətin gücləndirilməsi, dərslərin müzakirəsi, yeni forma və metodların tətbiqi zərurəti;

-digər ölkələrin ali məktəblərində fəlsəfənin tədrisinin təşkili xüsusiyyətlərinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması;

-tələbələrin fəlsəfədə aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi; tələbə elmi işlərinin universitetdaxili və respublika müsabiqələrinin keçirilməsi, qaliblərin mukafatlandınlması, onların işlərinin təbliğ edilməsi və s.

Kadrlann hazırlanmasında fəlsəfənin rolunu artırmaq üçün ictimai fənn nümayəndələrin birgə tədbirlərinin keçirilməsi də çox böyük əhəmiyyətə malikdir: nəzəri seminarlar, ümummetodik problemlərin müzakirəsi, elmi tədqiqatların birgə aparılması və s.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin