Мцгяддимя


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 0,7 Mb.
səhifə5/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   2   3   4   5   6   7   8   9   ...   64
Seminar və ya müstəqil iş üçün tapşırıq
1. Fəlsəfə sahəsində gedən proseslər ətrafında disputun keçirilməsi

2. Dünyanın müxtəlif bölgələrində fəlsəfənin tədrisi və təhlili xüsusiyyətləri haqqında materialın toplanması və müzakirəsi.


MÖVZÜ 2. FƏLSƏFƏ ELMİNİN
XÜSUSİYYƏTLƏRİ

Fəlsəfə, digər elmlərdən fərqli olaraq, daha ümumi şəkildə insanda mühakimə yürütmək qabiliyyətinin inkişafını tələb edir. Bura təxəyyülü və bir sıra sahələrə aid (tarix, iqtisadiyyat, siyasət, bütövlükdə mədəniyyət, mənəvi dəyərlər) bilikləri əlavə etmək lazımdır. Fəlsəfə sahəsində çalışanlar bir o qədər cavan olmayıblar: mürəkkəb fəlsəfi nəzəriyyələri və təlimləri irəli sürən tədqiqatçıların yaşı 30-dan yuxarı olub. Fəlsəfəni orta məktəbin yuxarı sinflərində «İnsan və cəmiyyət» kursunda öyrənməyə başlayırlar, fəlsəfənin tədrisi metodikası isə əsasən ali məktəbi əhatə edir.

Digər xüsusiyyət ondan ibarətdir ki, müxtəlif ali məktəblərdə fəlsəfə kursunun həcmi, məzmunu, kursa olan tələbləri fərqlənir. Deməli, metodikada həm ümumelmi, ümumpedaqoji xüsusiyyətlər, həm də konkret kurs, fənn baxımından tədrisin xüsusiyyətləri nəzərə alınmalıdır.

Fəlsəfə elminə bəzi tələbələr və şagirdlər biganədirlər. Burada müxtəlif səbəbləri göstərmək olar – tədrisdəki qüsurlar, tələbədə iradənin, digər, xasiyyətlə bağlı olan keyfiyyətlərin olmaması, onun başqa (humanitar, təbii, texniki və s.) fənnlərə böyük marağının olması (o cümlədən idmana, incəsənətə və s.). Bəzən tələbələrdə vəzifə borcu da az inkişaf edir – onlar tələbəlik həyatının mənasını bəkarçılıqda, vaxtın əhəmiyyətsiz keçirilməsində görürlər. Bütün bunlara baxmayaraq müəllimin borcu onlara fəlsəfəni öyrətməkdən ibarətdir.

Müəllim ilk növbədə fəlsəfi biliklərin təbliğatçısı olmalıdır. Fənnə marağın oyadılması nədən başlanır? Birinci növbədə tələbənin ümumiyyətlə biliklər səviyyəsini, ixtisas daxilində üstünlük verdiyi fənnləri öyrənmək lazımdır. Təcrübə göstərir ki, incəsənətlə, siyasətlə, təbiətlə maraqlananlar fəlsəfə ilə də maraqlanırlar. Proqramda nəzərdə tutulan materialın izahı ilə yanaşı, müəllim gərək fəlsəfəyə marağı oyada biləcək hər bir imkandan istifadə etsin: fəlsəfənin özündə olan maraqlı faktlar, mexanika, incəsənət və təbiətlə bağlı olan fəlsəfi ideyalar, bədii ədəbiyyatda söz ustalarının fəlsəfə haqqında fikirləri buraya cəlb edilməlidir.

Fəlsəfə sahəsini özü üçün ixtisas kimi seçənlər haqqında xüsusi danışmaq lazımdır. Heç bir xüsusi hazırlığı olmadan, məktəbi bitirib ümumi əsaslarla ali məktəbə qəbul olunmuş gənclər bəzən fəlsəfə elmi və öz gələcək ixtisası haqqında çox dumanlı, qeyri-müəyyən təsəvvürlərə malikdirlər. Çox ciddi münasibəti tələb edən, həddindən artıq ağır tədris edilən fənlər bəzən tədrisin axırına kimi gənclərin nə qəlbinə, nə də ki şüuruna yol tapa bilmir. Günahın çox payı müəllimlərin üzərinə düşür, lakin digər amilləri də unutmayaq: cəmiyyətin ümumi şəraiti, ab-havası, təhsildə yaranmış bir sıra çətinliklər (o cümlədən zəif baza, ümumtəhsil səviyyəsi, gənc məzunlar arasında işsizlik, peşə yönümü siyasətində sistemli işin olmaması və s.) və s.

Orta məktəbdə ictimai fənlər və fəlsəfənin nisbəti necədir? Cənc, erkən yaşlarda fəlsəfi düşüncələr necə olar? Gənclər filosofları başı ağarmış ağsaqqallar şəklində düşünür; bu filosoflar sakit, xəlvət yerdə dünyanın sirli, müəmmalarla dolu mahiyyətini öyrənməyə çalışırlar. Onlar gündəlik həyatdan, onun ağrılı-acılı, həm də sevincli günlərindən çox uzaqdırlar. Şübhəsiz, burada bir həqiqət var: insanlar müdrikliyi qavramaq üçün müəyyən həyat yolunu keçməlidir. Amma fəlsəfəyə gəncliyi də gətirən yollar var. Bu yolları axtarıb tapan məhz müəllimdir. Yaxşı müəllim həqiqi, elmi-fəlsəfi ideyalara gəncləri cəlb edir, onların şüurunda əsil çevriliş etməyə hazır olur.

Fəlsəfi düşüncəyə yol çox uzundur. Şagird, həyatı, aləmi artıq ilk məktəb günlərindən öyrənməyə başlayır. Burada dilin, ədəbiyyatın, riyaziyyatın, təbiətşünaslığın, digər fənlərin (bədən tərbiyəsi, nəğmə, rəsm dərsləri) böyük əhəmiyyəti var: uşaqlarda estetik, əxlaqi dəyərlər sistemi tədricən formalaşır, abstrakt-məntiqi düşüncə sistemi hərəkətə gəlir, sosial keyfiyyətlər yaranır. Bu proses illər boyu davam edir, nəticədə müəyyən bir düşüncə tərzi formalaşır, hər hansı bir predmet haqqında mühakimələr yürüdülür; insan, özündən də bəzən xəbərsiz, müəyyən bir fəlsəfə sistemini mənimsəyir. Bu sistem faydalı da ola bilər, faydasız da: əvvəldən xəbər tutmayanın aqibəti hec də yaxşı olmur.

Nikbinlik gəncliyin gözəl xüsusiyyətidir. Amma nikbinlik gərək əsaslandırılmış olsun; həyatda bir çox sınaqlardan çıxan adam gərək müəyyən dəyərlər, ideallar sisteminə arxalansın ki, hər hansı bir əziyyətin qarşısında aciz qalıb pessimizmə yuvarlanmasın. Gənc yaşlarından özünə inamı itirmək – böyük bədbəxtlikdir. Ona görə vaxtında, sağlam düşüncəyə əsaslanan, ümumbəşəri ideyaları ifadə edən fəlsəfəni öyrənmək lazımdır.

Lakin onu da unutmaq olmaz ki, bütün xoş və ağrılı tərəfləri ilə birlikdə götürülmüş həyat, istənilən fəlsəfi nəzəriyyədən qat-qat maraqlıdır. Deməli, məktəb yaşlarında fəlsəfəni gənclərin təfəkkürünün mühüm bir tələbatına çevirmək işi bir o qədər yüngül deyil. Düşünmək, başa düşmək tələbatını formalaşdırmaq və istiqamətləndirmək üçün birinci növbədə tarix və ədəbiyyat dərslərindən istifadə etmək lazımdır: keçmişin ziddiyyətli yollarının təhlili, ədəbi obrazlarda xeyir və şərin, gözəllik və eybəcərliyin mübarizəsinin təsviri gənclərin şüurunda iz buraxır. Bu yolla, düşünə biləcək, yəni ağıllı adam formalaşır. Unutmayaq ki, çox bilən heç də həmişə çox ağıllı, yəni düşünə bilən olmur. Təxəyyülü hərəkətə gətirmək, toplanılan biliklərdən istifadə etmək – bu bacarıqları gənclərdə aşılamaq üçün müəllimlər çox çalışmalıdırlar. Onlar bilikləri düzgün qaydalaşdırmağı, onlardan istifadə etməyi, yəni real həyatın faktları ilə uzlaşdırmağı gənclərə öyrətməlidirlər.

Beləliklə, fəlsəfə ideyaların (müxtəlif formalarda) gənclərin şüurunda aşılanması birinci növbədə onların ağlının, yəni zəkasının inkişafına səbəb olur. Tədqiqatçılar hesab edirlər ki, ağıl oxumağın nəticəsində əldə edilən bilikləri, həyatın hər hansı bir situasiyasında istifadə etmək bacarığıdır. Adam var ki, külli miqdarda bilikləri əldə edib, lakin onlardan ən sadə vəziyyətlərdə, hallarda istifadə edə bilmir. Ümumi ilə xüsusini uzlaşdıra bilmir. Ağıllı adamın ümumi mədəniyyəti çox yüksək olmalıdır (ümumi biliklər, həqiqətlər toplusu); digər tərəfdən isə bu bilikləri istifadə etmək qabiliyyəti olmasa, ona ağıllı demək olmaz (çünki onda mühakimə yürütmək qabiliyyəti yoxdur).

Ümumi mədəniyyətin formalaşmasında fəlsəfi ideyaların rolu çox böyükdür, fərdi şəkildə məktəbin tədris-təlim prosesində bu ideyaların aşılanması prosesi təşkil edilməlidir. Pedaqoji proses elə qurulmalıdır ki, gənclərin mənəvi fəaliyyətinin inkişaf prosesi ən yüksək zirvələrə çatsın, yəni elmi dünyagörüşünə, dəyərlər və oriyentasiyalar sisteminə və s. Tədris zamanı şagirdlərə hazır «ehkamları», qaydaları, abstraksiyaları yox, ideyaların yaranma prosesini izah etməliyik. Bunun üçün, qeyd etdiyimiz kimi, digər fənlərin materiallarından və imkanlarından geniş istifadə olunmalı, «İnsan və cəmiyyət» və digər fənlərin tədrisi rəngarəng faktlar və hadisələrin təhlili əsasında qurulmalıdır. Şüurda əhatəliliyi yaratmaq yox, ətalətdən uzaqlaşmaq prosesini həyata keçirmək lazımdır.

Hər bir gənc gələcəkdə bir çox ziddiyyətli hallarla rastlaşa bilər: görəcək ki, məktəbdə öyrəndiyi elmi anlayışa hansısa fakt zidd gəlir, belə hallarda, ola bilsin ki, ziddiyyət özümüzdə, yəni bu fakta olan münasibətimizdə, onu konkret bir halda tətbiq edə bilməməyinizdədir. Gənc yaşlarından ehkamçılıqdan uzaqlaşa bilməyən, həddindən artıq abstrakt anlayışlara alışan adam daim həyatda çətin vəziyyətlərə düşücək. Ehkamçılıq inamsızlığa, skeptisizmə çevriləcək. Kant ehkamlara «zəhər» deyib, çünki bu yolla insanın dünyagörüşü parçalanır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin