Мцгяддимя


Elmi ideyaların formalaşmasında fəlsəfənin rolu



Yüklə 0,7 Mb.
səhifə13/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   9   10   11   12   13   14   15   16   ...   64
Elmi ideyaların formalaşmasında fəlsəfənin rolu. Elm bəşər mədəniyyətinin tərkib hissəsidir, bəşəri sivilizasiyanın ən əsas nailiyyətidir, insan nəslinin şüurlu olmasının göstəricisidir. Onun inkişafının tarixi mərhələləri bizim mədəniyyətimizin, bəşər sivilizasiyanın bütün nailiyyətlərinin inkişaf mərhələsidir. İntuisiya elmi ideyaların formalaşmasının tərkib elementi olsa da, təlim elmi yaradıcılıqda böyük rol oynayır. Burada rasionallıq və intuisiya, dünyagörüşü və sosial status birləşir; hər şey konsensus (T.Kun) və ya yoxlanma imkanı (K.Popper) əsasında həll olunur.

Qeyd edək ki, müasir şəraitdə fəlsəfi ideyaların elmi biliklərin, alimin dünyagörüşünün formalaşması prosesinə təsiri tədqiqat subyektinin sosial şərtlərin, elmlərin sistemləşdirilməsinin və alimin etosunun mövqelərini bir-birinə yaxınlaşdıran özünəməxsus, “ekzistensial” xarakter daşıyır. Fəlsəfi sistemlərdə və konsepsiyalarda çoxlu kateqoriyalardan istifadə olunur. Biz elmi idrakda fəlsəfi və konkret-metodoloji prinsiplərin əlaqəsinin xarakterini müəyyən etməyə cəhd etmişik.

Fəlsəfənin elmin inkişafına təsiri dünyagörüşü vasitəsilə baş verir. Bu proses daha konkret olaraq fəlsəfi kateqoriyaların dərketmə metodlarına, bu və ya digər dövrün təfəkkür üslubuna təsiri kimi təqdim olunur. Sözsüz ki, bu təsir var və həmişə olmuşdur, amma müasir dövrdə fəlsəfənin elmi institutuna təsirinin özündə bir sıra xarakterik xüsusiyyətlər var ki, onlar dissertasiyada ayrıca nəzərdən keçirilir.

Fəlsəfənin kateqorial aparatı və ümumelmi kateqoriyalar paralel formalaşıblar. Məntiqin, dilektikanın, qnoseologiyanın, hətta ritorikanın kateqoriyaları filosoflar tərəfindən işlənib hazırlanmış və, zərurət yarandıqca, müxtəlif elmlərdə tətbiq olunurdu. Bu proses elmi fikrin inkişafına uyğun olaraq genişlənir və dərinləşirdi. Riyaziyyatın, onun abstrakt-məntiqi aparatın inkişafı bu prosesin güclənməsinə təkan verdi. Bu gün bir çox ümumelmi anlayışların fəlsəfədə istifadəsi prosesinin tərsinə getməsi prosesi müşahidə olunur və bu artıq ənənəyə çevrilir. Beləliklə, buradan mühüm bir nəticə çıxır:



  • fəlsəfi xarakterli ideyaların mədəniyyətin inkişafına təsiri hər şeydən əvvəl elmin bir sosial institut kimi bərqərar olması yolu ilə gedir. Bu gün fəlsəfi ictimaiyyət tərəfindən müzakirə olunan fəlsəfi ideyaların həcmli və çoxölçülü olması klassik yanaşmanın sərt çərçivələri ilə bağlanmış (hər şeydən əvvəl markist-leninçi fəlsəfəsi əsasında) əvvəlki filosofluq formalarından uzaqlaşmanın sübutudur.

  • digər tərəfdən, sosioloqların, psixoloqların, humanitar vı ictimai elmin digər nümayəndələrinin tədqiqatlarının bir çox aspektləri çox tez-tez (tədqiq olunan problemlər çərçivəsində) fəlsəfi səviyyəyə çıxırlar – şəxsiyyətlər arasında münasibətlərin, özünündərketmənin, o cümlədən özünüidentifikasiya etmənin, ətraf mühitin, cinslərarası ünsiyyətin, hüququn, siyasətin, iqtisadiyyatın institusonal aspektlərinin problemləri və s. buna aiddir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin