Мцгяддимя


Dünyanın estetik dərkedilməsinin fəlsəfi əsasları



Yüklə 0,7 Mb.
səhifə16/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   12   13   14   15   16   17   18   19   ...   64
Dünyanın estetik dərkedilməsinin fəlsəfi əsasları. Dünyanın vahidliyini və inkişafını ən müxtəlif təzahürləri şəklində qavramaq bacarığı, o cümlədən incəsənət vasitəsilə, bəzi xalqlarda, xüsusilə də Şərq xalqlarında çox yüksək şəkildə inkişaf etmişdir.

Fəlsəfi ideyaların mədəniyyətin mühüm elementi kimi incəsənətin, o cümlədən bədii ədəbiyyatın və şifahi xalq yaradıcılığının inkişafına təsiri bizim tərəfimizdən nəzərdən keçirilmişdir. Ədəbi obrazlar, anlayışlara ifadəlilik verərək, oxucunu hadisənin və ya prosesin iştirakçısına çevirir, həyati düşüncələrin anlanmasını, onların istiqamətlənmələrə, həyati kredoya çevrilməsini asanlaşdırır.

Dil vasitəsilə müxtəlif mürəkkəblik səviyyəsində olan təsəvvürlərin (düşüncələrin) formalaşması mexanizminin olduğu artıq məlumdur (həm də ki, bu barədə bilik daim genişlənir və ona əlavə olunur). Ən başlıcası onların hərəkət mexanizmini və formalaşma sxemini anlamaqdır. Biheviorizmin, simvolik interaksionizmin, mübadilə nəzəriyyəsinin, fenomenologiyanın və s. təmsilçiləri bu gün məhz bununla məşqul olurlar.

Bəşəri ünsiyyət vasitəsi kimi dilin rolunun öyrənilməsi üzrə çoxsaylı tədqiqatçılarn apardığı iş təqdirə layiqdir. Belə düşünürük ki, fəlsəfə sahəsində hər bir tədqiqatçının vəzifəsi bu işlərə müraciət etməli və bu sahəyə öz layiqli paylarını verməlidirlər: məhz bu yolla insan ideallarının yerini və rolunu insanların şüurunda və dünyagörüşündə onların gəldiyi nəticənin səviyyəsindən, eləcə də onların anlama formasından asılı olmayaraq – hətta buna fəlsəfə adını verməsək də – müəyyən etmək olar.

İncəsənət sahəsi fəlsəfi ideyaların canlı, real aşqarıdır: emosional, bəzən də qeyrişüuri səviyyədə insanın və dünyanın birliyi və inkişafı, ideyalarının, onun harmoniyasının və mükəməlliyinin dərk edilməsi baş verir. Mifoloji və dini, əxlaqi və estetik, idrak ilə birlikdə elmi-fəlsəfi dünyagörüşünün təməli də formalaşır; bu proses müxtəlif yollarla getsə də, bu günə qədər davam edir.

Həyatın ekzistensial mənası, sosial hadisələrin təhlilinə struktur-sistemli yanaşma, bütün humanitar elmlər tərəfindən qəbul edilmiş fenomenoloji və hermenevtik metodlar insan azadlığının, onun şüur azadlığının çatdığı səviyyəsini göstərmişdir. Musiqidə bu özünü insanların yeni tələbatlarına və istiqamətlənmələrinə uyğun gələn yeni musiqi ladlarına və janrlarına keçiddə aşkara çıxmışdır. Yeni ritmlərin, janrların uzlaşması musiqinin beynəlmiləlləşməsinə, Şərq və Qərb, Şimal və Cənub arasında dialoqun yaranmasına, şüurlarda etnik mentalitetin musiqi arxetiplərinin silinib getməsinə yardım göstərir.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin