Мцгяддимя


Fəlsəfənin tədrisi xüsusiyyətləri



Yüklə 0,7 Mb.
səhifə24/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   20   21   22   23   24   25   26   27   ...   64
Fəlsəfənin tədrisi xüsusiyyətləri birinci növbədə onun müasir struktur bölgüsü əsasında müəyyən edilir: fəlsəfə tarixi və sistematik fəlsəfə. Bəzi fakültələrdə sosial fəlsəfə kursu da tədris olunur. Sistematik fəlsəfənin daxili strukturuna uyğun olan bir sıra fənlər də – idrak nəzəriyyəsi, etika, estetika, məntiq fənləri, nəhayət, üçüncü qrup fənləri çoxsaylı xüsusi kursları təşkil edir: bu kurslar ixtisasartırma fakültə və kurslarında, bir də ictimai və humanitar ixtisasları əhatə edən fakültələrdə oxunur. Qeyd etdiyimiz kimi, fəlsəfənin qısa təsviri «İnsan və cəmiyyət» fənnində də (ümumtəhsil orta məktəblərində) verilir.

1. Tədrisin ümumi prinsipləri: fənnin öyrənilməsi və mənimsənilməsi prosesi – xüsusi tədris planı, təqvim planı əsasında qurulur. Tarixi təcrübə əsasında, artıq aprobasiyadan keçmiş bir sıra tədris formaları burada tətbiq olunmalıdır: mühazirə, praktik məşğələlər, məsləhət saatlarının keçirilməsi, referatlar, müstəqil işin, imtahanlar və məqbulların təşkili, elmi konfransların və müsabiqələrin keçirilməsi.

Müəllim mövzuları yüksək səviyyədə izah etməli, bütün aktual problemlər ətrafında disput təşkil etməli, auditoriyanın keyfiyyət tərkibi haqqında xəbərdar olmalıdır.


Seminar və ya müstəqil iş üçün tapşırıq


  1. Fəlsəfənin bir elm və dünyagörüşü kimi məzmununu izah et (müxtəlif yaşda və sosial vəziyyətdə olan insanlar üşün, müxtəlif məqsədlər üçün).

  2. Fəlsəfənin öyrənilməsinin faydasını izah et: müsbət və mənfi tərəflər




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin