Yeddinci metodik qayda: ehtiyac olduğu halda müəllim özünə, öz davranışına tələbələrin gözləri ilə baxmağı bacarmalıdır. Həm də maneələri və “status həddini” görmək bacarığını özündə formalaşdırmalıdır. Səkkizinci qayda: tələbəyə hörmət et, hər kəslə şəxsi münasibəti yaratmağa çalış (bu da ki, böyük auditoriyalarda mürəkkəb məsələni təşkil edir).
Fəlsəfənin tədrisi metodikası tələbələri müəllimlik fəaliyyətinə hazırlamağa imkan verir. Fəlsəfənin tədrisi metodikasının mahiyyəti və strukturunu müəyyən edən ümumsosial və ümumelmi amillər vardır.
Ümumsosial amillərə müasir dünyada baş verən ümumi, qlobal proseslər aiddir; daha sonra buraya idarəetmə, tədris və elm sistemlərində aparılan islahatları, tələbə və şagirdlərin psixofizioloji və sosial keyfiyyətlərini aid etmək olar. Hazırki şəraitində idarəetmə sistemində, təhsildə və elmdə həyata keçirilən islahatlar elmlərin, o cümlədən fəlsəfənin inkişafında öz əksini tapır. Bundan başqa, tələbə və şagirdlərin psixofizioloji və sosial keyfiyyətləri problemləri də vacib əhəmiyyət daşıyır və ümumsosial amillər sırasına aiddir. Psixofizioloji və sosial keyfiyyətlər problemləri dedikdə tələbələrin qabiliyyətlərinin və imkanlarının öyrənilməsi nəzərdə tutulur.
Ümumelmi amillərə sosial vəı humanitar nəzəriyyələrin öyrənilməsi və işlənilməsi səviyyəsi, ümumelmi nəzəri metodların bu nəzəriyyələrdə istifadəsi dərəcəsi, sosiologiya, politologiya, sosial psixologiyanın fəlsəfə ilə qarşılıqlı əlaqələrin xarakteri, pedaqogikanın inkişaf səviyyəsi, ixtisasların xüsusiyyətləri, təhsilin sosiologiyası, elmin sosiologiyası, təhsilin iqtisadiyyatı və digər nəzəriyyələrin inkişafı aiddir. Həmçinin bu amillərə ixtisaslaşma və ali təhsil müəssisələrinin istiqaməti (profili) də aiddir.
Beləliklə, ümumelmi amillər dedikdə sosial və humanitar nəzəriyyələrin formalaşması prosesi, tətbiqi tədqiqatların xarakteri, pedaqogika və psixologiyanın inkişaf xüsusiyyətləri, cəmiyyətdə ictimai elmlərin nüfuzu, cəmiyyətin təhsilə münasibəti, ixtisasların xüsusiyyətləri, informasiyanın yayılması və mənimsənilməsi yolları və s. nəzərdə tutulur.
Biliyin səviyyəsinin yüksəldilməsində özünütəlimin tədrisdən kənar amilləri böyük rol oynayır. Özünütəlimin tədrisdən kənar amilləri – elmi-populyar və bədii ədəbiyyat, kompüter proqramları, o cümlədən İnternet, radio, mətbuat və televiziya verilişlərinin daimi izlənilməsidir.
Fəlsəfənin tədrisi metodikasında öz əksini tapan tədris prosesini tənzimləyən amil kimi tələbələrin və professor-müəllim heyətinin seçilməsi prinsipləri çıxış edir.
İctimai fənlərin tədrisi prosesi ümumi pedaqogika, didaktika və metodikanın prinsiplərinə əsaslanır.
Didaktika təhsil, tədris və özünütəlim nəzəriyyəsidir. Metodikaya verilən əsas tələb tədris təcrübəsində ictimai fənlərin dərk edilməsi prosesinin məntiqini üzə çıxarıb nəzərə almaqdır. Metodika tədris olunan fənnə münasibətdə xidməti rolu yerinə yetirir. Metodik vasitələrə – əyani vəsaitlər, texniki vəsaitlər aiddir.
İctimai fənlərin tədrisi metodikasının əsasları dedikdə bu fənlərin öz spesifikasına uyğun tədrisinə verilən ümumi tələblər və bu tələblərin yüksək səviyyədə reallaşdırılması üçün istifadə olunmalı metodlar, formalar və təşkilati vasitələr başa düşülür.
Fəlsəfə əsasən mühazirə, seminar məşğələsi, müstəqil iş, praktikum, fərdi iş, məsləhət, məqbul, imtahan, auditoriyadan kənar işin müxtəlif formalarının köməkliyi ilə öyrənilir.
Fəlsəfənin tədrisi metodikası təcrübi fəaliyyət və biliklərin məcmusu kimi çıxış edir.
Tədrisin müasir aktiv metodları sırasında üç qrup metodlar fərqləndirilir.
1. Proqramlaşdırılmış təlim metodları;
2. Problem tədrisi (təlimi) metodu;
3. Kommunikativ (interaktiv) təlim metodu.
İndi isə təhsil sisteminin təkmilləşdirilməsi problemi və fəlsəfənin tədrisi xüsusiyyətləri barəsində.
Məlumdır ki, hal-hazırda təhsil sisteminin ayrı-ayrı sahələrində vəziyyət qənaətbəxş deyil. Hər il ali məktəblərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin bilik səviyyəsinə qoyulan tələbləri azaldır. Maddi və maliyyə vəsaitinin çatışmazlığı, dövrün yeni tələblərinə uyğun təlim-tərbiyə prosesinin aparılmaması ali məktəblərdə tədrisin, təlim-tərbiyənin keyfıyyəlinə mənfı təsir göstərir. Bütün qeyd olunan və digər problemlər mütəxəssislər tərəfındən əsaslı surətdə öyrənilməli, tədqiqatların nəticələri dövlət qurumları və hökumət tərəfındən təhlil edilməli, həm Təhsil haqqında qanunun tərtibində, həm də tədris sisteminin təşkilində istifadə edilməlidir.
Fəlsəfədə təhsil problemləri «cəmiyyət» problemi daxilində öyrənilir. Cəmiyyət özü-özünü tənzimləyən, canlı, daima inkişafda olan sosial sistemdir; onun fəaaliyyəti sosial proses şəklində gedir, sosial proses isə müxtəlif sosial formaların nisbəti və qarşılıqlı təsiri şəklində təşkil olunur. Sosial formaların daha konkret ifadəsi sosial institutlardır. Sosial institutlar müəyyən davranış qaydaları və dəyərlər sisteminin məcmusudur. Həmin institutlar cəmiyyəldə sabitliyin, inkişafın təməlidir.
Təhsil sistemi mədəniyyətin tərkib hissəsidir. Mədəniyyət həm cəmiyyətin mahiyyətini, həm də mənəvi həyatı ifadə edir. Hər iki mənada təhsil sistemi cəmiyyətin və mədəniyyətin vacib ünsürüdür: onun fasiləsiz, çoxpilləli təşkili insanlarda sosial vərdişlərin və bacarıqların formalaşmasını təmin edir, mədəniyyətin bütün dəyərlərini nəsildən-nəsilə ötürmək üçün imkan yaradır. Təhsil sistemi uzun bir tarixi inkişaf yolu kecib, onun milli-etnik, regional, dini, mədəni xüsusiyyətləri vardir. Müasir dövrün təhsil sistemində mühüm dəyişikliklər baş verir: o, getdikcə daha çox dünyəvi xarakter alır, milli və regional xüsusiyyətlərini itirir, qloballaşma prosesinə məruz qalır. Bu prosesin sürətləndirilməsinə çağdaş cəmiyyətin bir sıra xüsusiyyətləri təsir edir: informasiya və kommunikasiya sistemlərinin geniş yayılması, əmək bölgüsündə, cəmiyyətin sosial strııkturunda əsaslı dəyişikliklərin baş verməsi, insan şüurunda ümumbəşəri xarakterli dəyərlərin getdikcə daha çox üstünlüyün təskil etməsi, ekoloji təfəkkürün formalaşması və s.
Qeyd olunan problemlərə filosoflar da öz münasibətini bildirirlər. Ən çox tədqiq edilən sahələr ali və orta ümumtəhsil məktəblərində işinin araşdırılması sahələridir. Bu işi fılosoflar, tarixçilər, sosioloqlar, iqtisadçılar, psixoloqlar və pedaqoqlar birlikdə həyata keçirirlər. Problemin sistemli öyrənilməsi üçün ictimai və humanitar sahələrin mütəxəssisləri kompleks tədqiqatlar keçirməlidirlər. Bu tədqiqatların mərkəzində gənclərin sosiallaşmasi, yəni onların şəxsiyyətinin formalaşması problemi durur.
Filosofların vəzifələrindən biri də müasir həyat hadisələrini araşdırarkən klassik fəlsəfi fikir irsindən istifadə etməkdən ibarətdir. Tədqiqatçılar hesab edirlər ki, keçmiş mütəfəkkirlərin əsərlərini bir çox hallarda biz düzgün qiymətləndirə bilmirik, «bizə əzab verən məsələyə Spinozanın, Fixtenin gözü ilə baxmağı bacarmırıq»; onları isə «subyektiv idealizmdə», «metafiziklikdə», «mexanisizımdə», «psixo-fiziki parallelizmdə» və s. qınayırıq (Evald İlyenkov)1.
Dinləyicilər bilməlidirlər ki, fəlsəfi təfəkkür həmişə varislik prinsip əsasında inkişaf etmişdir. Ona görə də filosofların yaratdığında həmişə bağlılıq müşahidə edilir. Vladimir Vernadskinin yaradıcılığı Kant, Albert Eynşteynin - Spinoza, Vıqotskinin - Dekart, Spinozanın - Marks və s. ilə baglılıq aydın görünür.
XX əsrin filosofları müxtəlif elmlərin fəlsəfi-metodoloji əsaslarını tədqiq edərkən, bəzi paradoksal hallar müşahidə etmişdir: fəlsəfi özünüdərk səviyyələri müxtəlif elmlərdə xeyli fərqlidir.
Fəlsəfə dairələrində bu halın səbəbi aydınlaşdırılmalıdır. Göstərilməlidir ki, bu hal, bir tərəfdən elmin inkişafinda təzahür edən harmoniya qanunu ilə, digər tərəfdən, hər bir bilik sahəsinin inkişafında önəmli rol oynayan varislik qanunu ilə bağlıdır. Fəlsəfədən mühazirə oxuyan mütəxəssislər elmin fəlsəfı-metodoloji əsaslarının tədqiqetmə yollarını izah etməlidirlər; bu işdə onlara elmin fəlsəfəsini tədqiq edən, XX əsrdə bu sahənin görkəmli nümayəndələri olan A.Aqassi, E.Tulmin, R.V.Sellers, İ.Lakatos, T.Kun kimi tədqiqatçiların əsərləri уardımçı ola bilər. Burada müxtəlif problemlər müzakirə edilə bilər, o cümlədən elmi nəzəriyyələrin funksiyaları və strukturlarının təhlili, elmdə və fəlsəfədə qanun anlayışı, elmi nəzəriyyələr qanunları və fərziyyələrin yoxlanılaraq təsdiqi, yaxud təkzibi qaydaları; elmi tədqiqatın metodları, elmi biliyin inkişaf qanunauyğunluqlarının öyrənilməsi və s.
Daha sonra buraya elmin dilinin, onun strukturunun, elmi tədqiqatın formal metodlarının təhlilini də əlavə etmək olar. Belə problemlərin müzakirəsi nəticəsində müəllimin dərslərə, tədris etdiyi fənlərə münasibəti dəyişir, yeni baxışlar formalaşır, bu da öz növbəsində həm praktikada (yəni dərslərin keyfıyyətinin artmasında), həm də onun dünyaya olan münasibətində ifadə olunur.
Dostları ilə paylaş: |