Мцгяддимя


MÖVZU 5. TƏDRİSİN METODLARI



Yüklə 0,7 Mb.
səhifə25/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

MÖVZU 5. TƏDRİSİN METODLARI



Tədrisin interaktiv metodları (işgüzar oyun, beyin hücumu, akvarium, treninq, kiçik qrup və s.).

Ən geniş yayılmış və tədrisdə istifadə olunan interaktiv metodlardan biri kiçik qrup metodudur. Öz texnologiyasına görə bu metod ənənəvi qrup metodundan onunla fərqlənir ki, burada qrup 6 nəfərdən ibarət kiçik qruplara bölünür. Sonra bu qruplar çərçivəsində dərs materialı hazırlanır. Sonra isə bu material tənqidi təhlil üçün digər qruplara ötürülür. Burada müəllim daha çox məşğələnin təşkilatçısı və məsləhətçisi rolunda çıxış edir.



Kiçik qrup metodu ilə dərs demənin əsas prinsipləri bunlardır:

1. müəllim-tələbə münasibətlərinin demokratikləş­diril­məsi; partnyor münasibətlərinin yaradılması;

2. daha rahat psixoloji şəraitdə işin təşkili;

3. özünütədris;

4. qrup tapşırığının həllinə kiçik qrupun hər bir üzvünün şəxsi töhfəsi;

5. kollektiv məsuliyyət;

6. problemlilik;

7. hər bir məşğələnin işgüzar oyun metodunun təşkili;

Hər bir kiçik qruplar sosiometrik meyarlar əsasında yaradılmalıdır. Ünsiyyət «gözdən-gözə, üzdən-üzə» olmalıdır. Kiçik qrup metodunda masalar yarımdairə formasında olmalıdır. Əgər qrupların sayı üçdürsə, onda funksiyalar aşağıdakı kimi qruplar arasında bölünür:

1. Cavab verənlər (tədqiqatçılar).

2. Opponentlər.

3. Opponentlər – analitiklər.



Kiçik qrup metodu ilə aparılan seminarların iki növü vardır:

1. Materialın başa düşülməsinə yönəlmiş seminarlar.

a) planın tərtib olunması;

b) bu planın müzakirəsi;

c) funksiyaların bölüşdürülməsi;

ç) cavab verənlərin işi;

d) cavab verənlərə suallar və bu suallara cavablar;

e) opponentlərin işi;

ə) müəllimin yekun sözü.

2. Əldə edilən biliklərin tədris-tədqiqat layihələrinin işlənilməsində istifadə olunmasına yönəlmiş seminarlar.

Kiçik qrup metodunun xüsusi forması peşəkarların yarışlarıdır. Peşəkarların yarışlarında 20 nəfər beş nəfərdən ibarət 4 qrupa bölünür. Hər qrupun bir rəhbəri olur. Prezentasiyanı rəhbər edir. Sonra qalib rəhbərlər bir-biri ilə yarışırlar.

Tələbələrin tədrisinin aktiv formalarından biri işgüzar oyunlardır. Bu oyunların əsas məqsədi tələbələrin yaradıcı potensialının və həmrəylik ruhunun yaradılmasıdır. İşgüzar oyunlarının aşağıdakı növləri vardır:

1. İmprovizasiyalı oyunlar, burada mövzu verilir, lakin plan və proqram olmur.

2. Qaydaya görə işgüzar oyunlar.

İmprovizasiyalı oyunlara daxildir:

a) seminar-mətbuat konfransı;

b) fəlsəfi mövzuya həsr olunmuş şən və hazırcavablar klubunun təşkil olunması.

Qaydaya görə oyunlara daxildir:

a) fəlsəfi olimpiadalar;

b) fəlsəfi viktorinalar;

c) fəlsəfi krossvordlar.

Həmçinin treninq, sosial innnovasiya, mədəni intellektual oyun növləri vardır.



Oyun situasiyalarına aşağıdakılar aiddir:

1. İntervyu – qrupda hər bir nəfərdən bütün arzu edənlər müxtəlif mövzulara aid müsahibə götürə bilərlər.

2. Qeyri-verbal ünsiyyət treninqi - «digərlərini görmək». Burada əsas məqsəd diqqəti inkişaf etdirməkdir.

3. Rol müzakirəsi. Diskussiyanın hər bir iştirakçısının öz rolu vardır. Bu rolun mövqeyindən məşğələnin problemli sualını hər bir iştirakçı müzakirə edir.

4. Diskussiya – yarış.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin