Мцгяддимя


Problem tədrisin mahiyyətini



Yüklə 0,7 Mb.
səhifə27/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   23   24   25   26   27   28   29   30   ...   64
Problem tədrisin mahiyyətini izah etmək üçün onun tarixinə müraciət edək. Problem tədrisi əsla yeni pedaqoji hadisə deyil. Problem tədrisinin elementlərini Sokratın etristik söhbətlərində, “Emill, və yaxud tərbiyə haqqında” J.J.Russonun əsərindəki dərslərinin işləmələrində görmək olar. Bu ideyaya K.D.Uşinski xüsusilə yanaşırdı. O, hesab edirdi ki, bütün yaşlarda, xüsusilə uşaq yaşlarında mexaniki kom­binasiyalardan düşüncəli kombinasiyalarına keçidin ən yaxşı üsulu Sokratın istifadə etdiyi və onun adı ilə adlandırılan (Sokrat üsulu, metodu) metoddur. Sokrat öz fikirlərini dinləyicilərə zorla qəbul etdirmirdi, lakin onların idrakla zəif işıqlandırılmış başlarında yanbayan hansı bir sıra ziddiyyətli fikir və faktların olduğunu bilərək, bu ziddiyyətli sıraları suallarla şüurun işıqlı əhatəsinə çıxarırdı; beləliklə, onları bir-biri ilə toqquşmağa və ya bir-birini dağıtmağa və ya onları birləşdirən və fikirləri aydınlaşdıran məqamları axtarmaq üçün də barışmağa məcbur edirdi.

Problem tədrisinin tarixi tədqiqat metodunun tətbiqi ilə başlayır. Məlumdur ki, xarici pedaqogikada problem tədrisinin bir çox qaydaları Con Dyui tərəfindən işlənib hazırlanmışdır1.

Problem tədrisi sahəsində dərin tədqiqatlar XX əsrin 60-cı illərində başlamışdır. Bu sahədə tədqiqatlar hal-hazırda pedaqoji elmin müxtəlif nümayəndələri tərəfindən də aparılır.

Məktəbin əsas vəzifəsi hərtərəfli inki­şaf etmiş şəxsiyyətin formalaşmasıdır. Müasir pedaqogikada tədris prosesində uşaqların ümumi inkişafı məsələləri araşdırılır. Hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas göstəricisi – təfəkkür qabiliyyətlərinin yüksək səviyyəsinin olmasıdır.

İnkişaf edən tədris, yəni ümumi və xüsusi inkişafa aparan yalnız elə tədrisi hesab etmək olar ki, orada müəllim təfəkkürün inkişaf qanunauyğunluqları biliklərinə əsaslanaraq, xüsusi pedaqoji vasitələrlə öz tələbələrinin elmlərin əsaslarını öyrənməsi prosesində onların təfəkkür qabiliyyətlərinin formalaşması üzrə məqsədyönlü iş aparır. Bu cür tədris problem tədrisidir.

Problem tədrisi qabaqcıl təcrübənin və ənənəvi tədris tipi ilə uyğunluqda təlim-tərbiyə nəzəriyyəsinin nailiyyətlərinin nəticəsi kimi meydana gəlmişdir. Məlumdur ki, ənənəvi tədris tipi – tələbələrin ümumi və intellektual inkişafının effektiv vasitəsidir.

Pedaqoji ədəbiyyatda problem tədrisinə bir sıra təriflər verilmişdir.

Problem tədrisi dedikdə V.Okon «problem situasiyaların təşkili, problemlərin formulə edilməsi, problemlərin həllində şagirdlərə lazımi köməyin göstərilməsi, bu həllərin yoxlanılması və nəhayət, əldə edilmiş biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsi prosesinə rəhbərlik kimi fəaliyyətin məcmusu»nu başa düşür.

D.V.Vilkeyev problem tədrisi dedikdə tədrisin elə xarakterini nəzərdə tutur ki, ona elmi idrakın bir sıra xüsusiyyətləri xas olsun.

İ.Y.Lerner problem tədrisin mahiyyətini onda görür ki, «şagirdlər müəllimin rəhbərliyi altında məktəbin təhsil-tərbiyə məqsədlərinə uyğun müəyyən sistemdə onlar üçün yeni idraki və praktiki problemlərin həllində iştirak edirlər».

T.V.Kudryavtsev problem tədrisi prosesinin mahiyyətini şagirdlərin qarşısında didaktik problemlərin irəli sürülməsində, onların həllində və şagirdlərin ümumiləşdirilmiş bilikləri və problem məsələlər prinsiplərinin mənimsəməsində görür. Y.K.Babanskinin əsərlərində də bu cür yanaşma vardır1.

Praktikanın və nəzəri tədqiqatların nəticələrinin təhlilinin ümumiləşdirilməsi əsasında M.İ.Mahmudov «problem tədrisi» anlayışına bu cür tərif verir: «problem tədrisi – artıq geniş inkişaf etmiş tədris tipidir, burada şagirdlərin sistematik müstəqil axtarış fəaliyyəti qavrama və ya hazır elmi nəticələr ilə uyğunlaşdırılır, metodlar sistemi və məqsədli gümanın və problemlilik prinsipinin nəzərə alınması ilə qurulmuşdur; öyrətmə və öyrənmə qarşılıqlı təsir prosesi şagirdlərin idraki müstəqilliyinin, öyrənmə motivlərinin sabit­liyinin və onların elmi anlayışları qavraması gedişində idraki qabiliyyətlərin və problem situasiyaları sistemi ilə determinasiya olunan fəaliyyət üsullarının formalaşmasına yönəlmişdir»1.

Problem tədrisinin məqsədlərinə nail olmaq yollarından biri - evristik söhbətdir. Məlumdur ki evristik söhbət tələbələrin idraki fəaliyyətinin fəallaşdırılması metodu kimi çoxdandır ki, istifadə edilir.

Dərslərdə istifadə edilən tədris metodları yalnız tələbələrin mükəmməl biliklərə yiyələnməsində deyil, həm də onların idraki potensial və qabiliyyətlərinin inkişafında böyük rol oynayırlar.

Uzun müddət müəllimlərin əsas diqqəti metodların birinci funksiyasına – biliklərin qavranılmasına yönəldilmişdir. Onların ikinci funksiyası isə – idraki qabiliyyətlərin inkişafı – kölgədə qalırdı. Nəticədə tədrisdə öyrənmə prosesinin müəyyən tipi təşəkkül tapmışdır, bu tip müəllimin bütün bilikləri hazır şəkildə çatdırmaq cəhdi ilə xarakterizə olunur.

Amma bu cür tədris metodikası ona səbəb olur ki, tələbələrin idraki fəaliyyəti birtərəfli təqlid xarakteri əldə edir: tələbələrin əsas səyi hazır biliklərin qavranlımasına, onların yadda saxlanılmasına və sonrakı təkrarlanmasına yönəlmişdir.

Tədris prosesinin düzgün, elmi təşkili üçün müəllimə yalnız sosiologiyanın nəzəri əsasları və onun öyrədilməsi metodikasına dair məsələləri zəruri deyil, həm də tədris prosesinin və biliklərin qavranılmasının, bacarıq və vərdişlərin formalaşmasının, təfəkkürün inkişafının ümumi psixoloji qanunauyğunluqlarının bilməsi vacibdir.

Beləliklə, fəlsəfənin tədrisi metodikası kursunun təşkilinin qanunauyğunluqlarından biri fəlsəfə elminin və onun tədrisi sənətinin ahəngidir. Tədris aşağıdakı məqsədlərə uyğun gəlməlidir:

1. Ümumi fəlsəfə və xüsusi fəlsəfi nəzəriyyələr sahəsində geniş bilikləri ötürmək və onların praktiki reallaşması üçün vərdişləri öyrətmək.

2. Fəlsəfə və seçilən ixtisasa marağın, onlara yaradıcı yanaşmanın formalaşması və gələcəkdə ixtisasartırmanın yüksəldilməsi.

Digər qanunauyğunluq ali təhsil ocaqlarında fəlsəfənin tədrisi prosesinin məzunların gələcəkdə işlə təmin olunmasından asılı olmasıdır (təyinat).

Cəmiyyətdə fəlsəfəyə tələbatın olmaması, bu sahədə təbliğatın zəif olması ixtisasın nüfuzunu aşağı salır və ümumilikdə fəlsəfənin tədrisinin və mütəxəssislərin hazırlanmasının keyfiyyətində öz əksini tapır.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin