Мцгяддимя


Seminarın aparılmasına aşağıdakılar



Yüklə 0,7 Mb.
səhifə35/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
Seminarın aparılmasına aşağıdakılar daxildir:

1. Müəllimin qısa giriş sözü (2-3 dəqiqə). Burada əvvəlki mövzu ilə əlaqə əks olunmalıdır. Giriş sözü lakonik olmalıdır. Həmçinin giriş sözü auditoriyaya istiqamət verməlidir.

2. Planın suallarının müzakirəsi.

3. Tələbələrin çıxışları.

4. Çıxış edənlərə sualların verilməsi.

5. Məruzəçinin cavabları.

Seminarda diskussiyanın təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Diskussiya (mübahisə, müzakirə) zamanı bu sual növlərindən istifadə edilir: a) dəqiqləşdirən; b) köməkçi; c) qarşılıqlı.

Diskussiya zamanı aşağıdakı tələblər yerinə yetirilməlidir:

a) prinsipiallıq;

b) opponentin fikrinə hörmət;

c) səbrlilik;

ç) həqiqəti bərqərar etmək tələbi;

d) təvazökarlıq, özünütənqid.

Müəllimin yekun sözü dərsin axırında əldə edilən nəticələrinin ümumiləşdirilməsi, tövsiyə, növbəti dərsə tapşırığın verilməsindən ibarətdir.

Seminar məşğələsinin metodikasının işlənib hazırlanmasına bunlar aiddir:

1. Dərsin mövzusu.

2. Seminarın təşkilinin forması.

3. Dərsin gedişatının planı və konspekti.

Seminar - ümumiyyətlə humanitar fənlərin tədrisi və fəlsəfə üçün xüsusilə tipik olan tədris prosesinin təşkilinin xüsusi formasıdır. Fəlsəfənin öyrənilməsində seminarın xüsusi əhəmiyyəti var.

Fəlsəfə üzrə mükəmməl seminar necə olmalıdır? Müzakirəyə çıxarılmış problemin azad, ehkamsız, disputun elementləri ilə müzakirənin təşkili həyata keçirilməlidir. Müəllim rolu burada necə olmalıdır? Uğurlu seminarın şərti nədir? Planın hər sualı üçün ayrı, diqqətlə seçilmiş, həcminə görə məqsədəuyğun, hazırlıq üçün təklif edilmiş mümkün ədəbiyyat arzu olunandır. Burada bir çətinlik yarana bilər: fəlsəfə mətnlərinin seçilən vaxtı hissə-hissə oxunması zamanı anlamanın çətinliyi və uyğunsuzluğu və bütöv mətnlərin verilməsinin qeyri-mümkünlüyü. Bir kiçik bütöv məqalənin (fəslin, paraqrafın və s.) müzakirəsi üçün seminara çıxarması vasitəsilə bu çətinliyi qismən aradan qaldırmaq olar. Seminarin strukturu: müəllimin giriş sözü, tələbələrin çıxışları və müəllimin son sözü. Son söz müzakirəyə məzmunlu yekun vurur, problemin məntiqini açır, tələbələr tərəfindən deyilənlərə müqayisədə mütləq informasiya yeniliyini özündə saxlayır.



Sualvermə sənəti. Auditoriyanın qarşısında qoyulan suallar - seminarın idarəolunmasının xüsusi vasitəsidir. Müzakirənin tormozlanmasının əsas amili müəllimin yanlış qoyulmuş sualları ola bilər. Yanlış qoyulmuş sual: doqmatik biliyin nümayişinə yönəldilmiş ola bilər, belə biliyin nəzarəti funksiyasını özünə daxil edir; tələbədə olan konkret biliyin həcmini və onun daxili təşkilini nəzərə almır və s.; əgər cavab almadısa və əgər öyrənilmiş cavab aldısa, sualları müzakirəsiz qoyur, müzakirədə tələbənin məhsuldar iştirakın imkanında əminliyini sarsıdır, və s. Düzgün qoyulmuş sual bütün auditoriyaya yönəldilməli, tələbələrin (axı müəllim ədəbiyyatı yaxşı bilir; seminara oxumaq və müzakirə etmək üçün seçilən mövzu üzrə mühazirələr tələbələrə oxunub, tələbələr məsləhət alıb və s.) mümkün biliyinin sərhədlərini nəzərə alır; seminar doqmatik cavaba yox, ancaq müzakirəyə yönəldilmiş, heç bir halda müzakirəsiz qoymamaq şərtilə aparılır.

Cavab verən tələbəyə əlavələr və “izahedici” suallar verilən zaman seminar iştirakçıların əksəriyyəti passiv qalmağa məcbur olur. Suallar mübahisəni doğurmaq, müzakirəni diskusiyaya doğru aparmaq məqsədi ilə qabaqcadan düşünülməlidir.

Nümunə üçün belə bir sxem əsasında «varlıq» kateqoriyasını seminarda təhlil etmək olar: müəllim, qabaqcadan tələbələrə müxtəlif dövrlərdə yaşamış filosofların varlıq haqqında fikirlərini qısa şəkildə kağıza köçürüb paylayır. Seminar zamanı müəllim bir neçə qrup arasında (dövrlər üzrə – fəlsəfə tarixi bölgüsünə uyğun) disput aparır, fikir müxtəlifliyi yaranır, həqiqətin axtarışı prosesi gedir.

I qrup. Sokrata qədərki dövr. 1) Parmenid: varlıq – dəyişilməz, vahid, hərəkətsiz, özü-özünə bərabərdir. 2) Heraklit: varlıq və heç nə, «həqiqətə» uyğun və «düşünülən» varlıq, mahiyyət mövcudluğu var. Sokratın dövründə 3) Platon: hissi cəhətdən qavranılan varlıq və ideyalar Aləmi var. 4) Aristotel: varlıq – forma və materiyanın qarşılıqlı əlaqəsidir, onun müxtəlif, hissidən tutmuş ideala qədər səviyyələri var.

II qrup. Orta əsr fəlsəfəsi. 5) İlahi varlıq və Yaradılmış (Allah tərəfindən) varlıq var. Biri həqiqi, real aktdır, biri isə mümkün – potensiya. İntibah dövrü.
6) Maddi varlığın, təbiətin səcdə edilməsi. XVII-XVIII əsrlər. 7) varlıq – insana qarşı duran reallıqdır, insanın fəaliyyəti nəticəsində mənimsənilən mahiyyətdir. Varlıq-subyektə qarşı qoyulan obyektdir. Varlıq – kor qüvvələrə tabe olan süst (atil) reallıqdır, mexanika qanunları burada hökm sürür. Onun substansiyası (məhv edilməz), substakt (maya) və aksidensiyası (keyfiyyətləri) var. Şüur varlıqdan sıxışdırılıb çıxarılır. 8) Varlığın qnoseoloji tərəfi (Dekart, Leybnits, Berkli) – şüur və özündə şüur kateqoriyaları vasitəsilə verilir.

III qrup. XIX əsr. 9) Kant: varlıq – anlayışların və mühakimələrin hamı tərəfindən qəbul edilmiş əlaqələndirmə üsuludur. 10) Fixte: Varlıq – mütləq «Mənim» azad, xalis fəaliyyətidir. Maddi varlıq – «Mənim» özünüdüşünülməsi və özünüdərkinin məhsuludur. Əsasən mədəniyyətin varlığını, yəni mənəvi-ideal varlığı tədqiq edir. 11) Şellinq: təbiət – yuxuda olan, inkişafdan qalmış bir ağıldır; həqiqi varlıq – insan azadlığı, onun mənəvi fəaliyyətidir. 12) Hegel: varlıq – ruhun özünə qayıdışının təzahürlərindən biridir. İnsan varlığı, mənəvi varlıq – məntiqi düşüncədir. Varlıq – nə isə həddindən artıq qeyri-müəyyən, bilavasitə, keyfiyyətlərdən məhrum olan, özünüdərk aktlarının (anlarının), biliyin formalarının inkişafının məhsuludur.

IV qrup. XX əsr fəlsəfəsi. 13) Diltey (həyat fəlsəfəsi): anlama metodunu (izahetmə əvəzinə) əsas tutaraq varlığı izah etmək lazımdır; varlıq-xüsusi yollarla elmlər tərəfindən öyrənilən həyat bütövlülüyüdür; 14) Yenikantçılar: varlıq - mahiyyət dünyası və dəyərlər (yəni həqiqi dünya) dünyasından ibarətdir;
15) Hüsserl: varlığın müxtəlif hissələri arasında (şüurun psixik aktları və obyektiv ideal varlıq) əlaqə var. Varlığı öyrənmək – şüur fəaliyyətinin ifadələri və mənaları arasındakı əlaqələri öyrənmək deməkdir.

16) Şeler: Varlıq emosional aktlardan, təəssüratlanmalardan və dəyərlər sistemindən ibarətdir; 17) Haydeger: Varlıq - insan mövcudluğunun ifadəsidir (əzabkeş, emosional, iradəli); biz onu ancaq müəyyən tərzdə yoza bilərik; 18) Şartr: maddi varlıq (özündə varlıq) və insani (özü üçün varlıq) varlıq var. İnsani varlıq – sərbəst seçim imkanıdır; 19) Neopozitivizm: varlıq – süni problemdir. Elmin varlığını qəbul etmək olar; müşahidə aləti burada – dildir.

Beləliklə, müzakirəyə bütün qrup cəlb edilir, müəllim bu prosesi idarə edir, seminarın bütün prosedurasını həyata keçirir. Dərsliyin ikinci bölməsində bu mövzu daha geniş təhlil olunacaqdır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin