Seminara hazırlıq aşağıdakı mərhələlərdən ibarətdir:
1. Tövsiyə olunan ədəbiyyatın göstərilməsilə planın tərtib edilməsi;
2. Hər bir seminarda tələbələrə metodik göstərişlərin verilməsi;
3. Aparılan seminarların təkmilləşdirilməsi üçün tədbirlərin işlənib hazırlanması;
4. Məsləhətlərin keçirilməsi (ədəbiyyatın, sualların verilməsi).
Seminar planının sualları aşağıdakı tələblərə cavab verməlidir:
1. Mühazirə planının və kurs proqramının müvafiq bəndlərini təkrarlamamalıdır;
2. Sualların tərtibatı ilkin mənbələrlə işləməyə sövq etməlidir;
3. Seminar planında 2-dən 5-ə qədər sual verilməlidir1.
Dostları ilə paylaş: |