Мцгяддимя


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 0,7 Mb.
səhifə42/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   38   39   40   41   42   43   44   45   ...   64
Seminar və ya müstəqil iş üçün tapşırıq

  1. Mühazirə nümunəsinin təhlilini hazırla (istənilən müəllimin mühazirə bankından). Burada üstün cəhətləri və çatışmayan tərəflərini müəyyən et.

  2. Kafedrada arxivdə saxlanılan və yoxlanılmış kurs işlərinin hazırlanma və qiymələndirmə qaydalarını bir də nəzərdən keçirib onlara münasibətinizi bildirin.

  3. Digər tədris metodlarının praktik tərəflərini müzakirə edib münasibətinizi bildirin.


MÖVZU 7. TEXNIKI ALI MƏKTƏBLƏRDƏ FƏLSƏFƏNIN TƏDRISI HAQQINDA

Fəlsəfə kursuna tələbələrin mümkün münasibəti əvvəlcə formalaşdıran amillər hansılardır?

1. Artıq qeyd olunmuşdur ki, fəlsəfə məcburi olaraq keçirilirsə də, tələbələrin şüurunda onların təhsilinin xüsusi fənlərlə, yəni konkret ixsisasların əldə edilməsi kimi əsas məqsədi ilə aydın əlaqənin malik olmaması bu prosesə mənfi təsir göstərir. Buradan aprior (təcrübədən asılı olmayaraq) formalaşan neqativ münasibət və “artıq”, lazımsız olan kimi dərk edilən fənn üzrə məcburən imtahanları vermək ehtiyacı ilə uzlaşır.

2. Cəmiyyətin və fəlsəfənin öyrənilməsini tezə başlayan tələbələrin müəyyən bir hissəsində fəlsəfənin imici “müdriklik sahəsi”, xüsusi əhəmiyyətə malik olanı, elmin xüsusi paradiqması, hər kəs üçün əhəmiyyətli olanı və s. kimi mənalarında işlənilir. Buradan – müdrikliklə görüşünün gözləməsinə aprior (təcrübədən asılı olmayaraq) pozitiv münasibət, fəlsəfə müəllimində “həyatı, yaşamağı öyrədə biləcək” bir şəxs olmasını gözləmək və s. meyllər üzə çıxır.

3. Fəlsəfə ədəbiyyatının məxfi və dini xarakterin geniş yayılmasına görə, auditoriyada fəlsəfə obrazı və bir qədər gözlənilən ümidlər tələbələrin fəlsəfəyə münasibətinə təsir göstərir.

Aydındır ki, tədrisdə ali məktəbin profilinin, yəni fakultə, ixsisasların xüsusiyyətlərinin nəzərə alınması ehtiyacı vardır. Bayağılaşdırılmanın və konkret elmlərlə fəlsəfənin əlaqəsinin sadələşdirilməsinin yolverilməzliyi hamıya məlumdur. Burada konkret fəaliyyət üçün fəlsəfənin praktik xeyrini sübut etməyə çalışmaq lazımdır. Profillə əlaqədə bu, kursun mövzulara bölgüsünün üstün olan və dərk edilmiş problemlərin seçimidir. Dövlət tədris standartı daxilində sistematik fəlsəfənin ümumi mənada aşağıdakı bloklarını nəzərdə tutmaq məqsədəuyğun hesab etmək olar:

a) Metafəlsəfə (fəlsəfə hansı problemlərlə məşğul olur, cəmiyyətin mənəvi həyatında və mədəniyyətdə hansı rol oynayır, mənəvi mədəniyyətin başqa formaları ilə (elm, din, əxlaq sferası, siyasi və bədii həyatla) necə əlaqələndirilir. Şəxsiyyətin həyat istiqamətlənmələrinin formalaşmasında fəlsəfənin mümkün polunu da burada müəyyənləşdirmək lazımdır.

b) Abstrakt və tətbiqi ontologiya (varlıq, şüur haqqında təlimlər, onların əlaqəsi haqqında; dünyanın naturfəlsəfəsi panoraması, materiyanın, formanın, sahənin və zamanın problemləri, hərəkət, səbəbiyyət, zərurət, təsadüf; konkret elmlərin fəlsəfə problemləri, əlaqə və vəhdət fiziki dünyanın varlığının mövcud formaları kimi, sosial həyatın müqəddəm şərtləri, sosial mühit, ideyaların daxili dünyası, obrazlar, simvollar kimi məsələlər araşdırılmalıdır.

c) İdrak nəzəriyyəsi (imkan və gerçəklik, hissə və tam (bütöv), daxili və xarici (mahiyyət və hadisə) sərhədlərinin transsendental problemi, qermenevtika dairəsi; dərketmədə hissiyyat, intellekt və intuisiyanın rolu, empirik və nəzəri idrak, məntiqin elementləri və idrakın metodologiyası, o cümlədən fakt və nəzəriyyə, müşahidə və sınaq və başqaları; dərketmədə həqiqətin obyektivliyi problemi, onun meyarları. Humanitar elmlərdə dərketmənin xüsusiyyətləri.

d) Aksioantropoloqiya (insanın dünyada mövqeyi haqqında Kantın fikirləri, yaşamağın mənası, insanın dünyada unikal yeri, dəyərlər dünyasında insanın və insanların dəyərləri.

e) Sosial mühit və onun tarixinin fəlsəfəsi (bəşəriyyət və cəmiyyət, şəxsiyyət və cəmiyyət, struktur və əsas sosial münasibətlərin dinamikası, texnikanın fəlsəfəsi, bəşəriyyət hansı yolu keçdi və haraya doğru gedir, tarixdə dinamikliyin və stoxastikliyin (ehtimal edilənin) nisbəti, tarixin müasir mərhələsinin qlobal problemləri).

Profilin nəzərə alınması əlaqəsi olma və ya ziddiyyət üzrə mövzunun seçimi deməkdir (məsələn, dünyanın naturfəlsəfəsi obrazı problemlərinin fiziklər üçün seçim - əlaqəsi olma üzrə, tarix fəlsəfəsi problemlərləri - ziddiyyətlərə görə aparılır; tarixçilər üçün - əksinə). Tələbə və müəllimin maraqları öyrənilən mövzusunun seçimi qovşağında bir-birini tamamlamalıdır.

Qeyri-ixtisas fənnin aktiv tələbə tərəfindən öyrənməsinin motivi yalnız maraq olmalıdır. Fəlsəfənin tədrisi darıxdırıcı olmamalıdır. Maraqlı məzmun və maraqlı forma bir-birini tamamlamalıdır. Tədris prosesinə qeyri-tematik materialın cəlb etmənin mümkün sərhədləri və imkanları da müəyyən edilməlidir. Maraq və yaradıcı münasibət bir-biri ilə müsbət əksəlaqəsi olan sistemdir. İmkan daxilində tələbələrin araşdırılan materiala münasibətinin şəxsinin stimullaşdırılması məqsədəuyğunluğu da nəzərdən keçirilməlidir.

Düzgün seçilmiş metodların üzərində marağın saxlanılmasının da öz əhəmiyyəti var. Rusiya tədqiqatçısı P.F.Kaptereva görə, fəlsəfənin tədrisini üç metod üzrə aparmaq olar: ehkamçı, analitik, genetik. Azad cəmiyyətdə şəksiz-şübhəsiz həqiqətlərin (belələri olmadığı halda) tədrisi və təbliği deyil, dünyagörüşü problemləri və dünyagörüşü mövqeyinin azad seçimi sahəsində azad fikir üçün imkanının yaradılması nəzərdə tutulmalıdır. Birinci və səkkizinci metodik tələblərin icrası xüsusi olaraq əhəmiyyətlidir. Qeyri-ixtisas fənn kimi fəlsəfənin öyrənilməsi vaxtı konkret biliyin və azad mənəvi fikrinin düzgün nisbətinin nisbətinin xüsusi əhəmiyyəti var.

Hesab olunur ki, əsas çətinlik fəlsəfə tarixi ilə fəlsəfənin başlıca nəzəri müddəalarını öyrətmədən tələbələri tanış etməkdir. Tədris vaxtının məhdud olması müəllimi çətin bir vəziyyətə qoyur. Müasir fəlsəfi cərəyanların öyrənilməsi üçün vaxt demək olar ki, heç qalmır. Nəticədə fəlsəfi biliklərin yaranması və inkişafı probleminin izahı kifayət qədər əhatəli olmur.

Bəs fəlsəfi düşüncənin bütün calarları ilə tələbəni necə tanış etmək olar? Aydındır ki, burada tədris yenidən qurulmalıdır. Ilk növbədə fəlsəfəni bütöv mədəni sistem kimi qəbul etmək lazımdır. Burada hər bir cərəyan həqiqətin yalnız bir hissəciyini, bir tərəfini ifadə edir. Bu mənada bütün cərəyanlar bərabər hüquqludurlar. Ümumiyyətlə hər bir fəlsəfi cərəyan dünyanın, insanın və insanın dünyaya münasibətinin müəyyən bir izah forması kimi qəbul edilə bilər. Hər birində həyatın yalnız hansısa bir tərəfi açıqlanır.

Beləliklə, hər bir fəlsəfi cərəyanı öyrənilmək hüquqquna malikdir. Burada bir sıra çox vacib dünyagörüşü əhəmiyyətli məsələlərin düzgün həlli müşahidə olunur. Bütövlükdə fəlsəfə vahid mədəni fenomen olduğu üçün bütün cərəyanlar burada onun hansısa bir tərəfini təşkil edir. Nəticə etibarilə bu cərəyanların təsiri ümumi xarakter daşıyır. Başa düşmək lazımdır ki, həmin sistemlər arasında bib-birilə həm mübahisə aparır, həm də qarşılıqlı şəkildə bir-birini tamamlayırlar.

Hesab olunur ki, fəlsəfəyə bu cür yanaşma bütövlükdə fənnin tədris formalarının əsaslı yenidənqurulmasını tələb edir. Bu, əlbəttə ki, həm öyrədilən kursun məntiqindən, həm də texniki universitetlərdə saatların kəskin şəkildə çatışmazlığı və bu profilli ali məktəb tələbələrin humanitar hazırlığının kifayət qədər dərin olmaması ilə bağlı praktiki səbəblərdən irəli gəlmək lazımdır.

Əslində, nə dərəcədə düzgün olar ki, on səkkiz-on doqquz yaşda olan oğlanlar və qızlardan, hansılar ki, əslində heç vaxt fəlsəfə ilə tanış olmayıblar (orta məktəbdə fəlsəfə hazırlığı ciddi hesab etmək olmaz), tələb etmək ki, onlar Platon və Aristotel, Dekart və Spinoza, Kant və Heqel, Vitqenşteyn və Haydegger tərəfindən qoyulmuş və həll edilmiş problemləri aydınlaşdırsınlar? Bu, dərsliyin və ya mühazirə materialı mətninin əzbərləməsindən başqa heç nə deyildir, bu, artıq gələcək mühəndisin humanitar hazırlığına bir parodiyadır.

Bir halda ki, indiki şəraitdə nə dərs saatlarının artımı, nə fəlsəfənin son kurslara keçirilməsi mümkün deyil və kursa qeyri-real tələblər irəli sürülsə, bütovlükdə fəlsəfə kursunun (fəlsəfi-tarixi materialının xüsusən) tədrisinin səmərəli formasını axtarıb tapmaq mümkün olmayacaq. Buna görə texniki ali məktəblərdə fəlsəfənin əsaslarının tədrisi formasının səmərəliliyinin artırılması üçün aşağıdakı addımları atmaq olardı:

1. Fəlsəfə kursunda üç əsas hissəni fərqlədirmək: müqəddiməni, nəzəri əsaslarını və müasir fəlsəfəni.

Müqəddiməni izah edərək, müəllim fəlsəfənin predmeti ilə tələbələri tanış edir və onun əsas problemlərini qeyd edərək ənənəvi yolu seçə bilər. Bu halda fəlsəfə tarixinə aid müqəddiməsindən imtina etmək lazım olacaq, əvəzinə qısaca əsas fəlsəfi problemlərinin uzun müddətli formalaşma tarixini yada salıb, burada müasir fəlsəfənin böyük sələflərinin adlarını çəkmək olar, çünki başqa cürə vaxt açıq-aydın kifayət etməyəcək.

Nəzəri əsaslara aid bölməsində hər şeydən əvvəl varlıq, ruh, bilik, materiya və s. kimi əsas fəlsəfə kateqoriyaları ilə tələbələri tanış etmək lazımdır. Nəticədə tələbə sonrakı materialın qavranılmasına hazırlanır və artıq müasir fəlsəfə kursunda izah edilən problemlərin vacib anlarından şüurlu olaraq mühakimə yeridə biləcək.

Təcrübə göstərir ki, məhz müasir fəlsəfə kursu texniki ali məktəbin tələbəsi tərəfindən fəlsəfənin öyrənilməsi zamanı əsas olmalıdır. O, artıq ona məlum olan fəlsəfə məsələlərini müasir mədəniyyət kontekstində həll edilməsi haqqında fəlsəfi biliyi əldə etməlidir.

2. Bütovlükdə texniki ali məktəbdə fəlsəfənin tədrisinin əsası kimi müasir fəlsəfə kursu bura bərabər hüquqlu olaraq müxtəlif axınları daxil olmaqla əsas müasir fəlsəfə sistemlərinin analizini özünə daxil edir. Bu halda məhz fəlsəfə sistemlərinin hər birində o anları ayırmaq imkanı var ki, burada əsas dünyagörüşü məsələləri orijinal şəkildə həll edilmişdir.

3.Bir halda ki, müasir fəlsəfə problemləri öz əsaslarını keçmişin fəlsəfi cərəyanlarında başlayır, izahı fəlsəfə tarixi kursundan başlamaq daha məqsədəuyğun olardı. Nəticədə müasir fəlsəfəyə XIX-XX əsrlərin ən əhəmiyyətli fəlsəfə sistemlərinin ifadəsi kimi baxıla bilər.

Fəlsəfənin tədrisində əsaslandırma (arqumentasiya) problemi xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, intuisiya konkret fəlsəfi nəzəriyyənin postulatlarının mənbəyidir. Onların formal-məntiqi sübutunun qeyri-mümkünlüyü konsepsiyanın digər vəziyyətlərinin daxili sübütünün ehtiyacına gətirib çıxardır. Fəlsəfənin tədrisində arqumentasiyanın bir sıra xüsusiyyətləri var. Sübutun və inamın məsələləri də nəzərə alınmalıdır. Problemlərin izahında analogiyaların, nümunələrin, konkret məlumatların, mifopoetik və bədii vasitələrin əhəmiyyəti böyükdür1.

Unutmaq lazım deyil ki, qeyri-humanitar ixtisaslar üçün tədris fənni kimi fəlsəfə - əsas olmayandır. İmtahada təfsilatların, xırda şeylərin və detalların biliyini tələb etmək - mənasız bir işdir. Buna görə imtahan biletlərinin tərtib edilməsi - prinsipial məsələdir. İmtahanda xeyirxahlıq atmosferinin yaradılması oıduqca vacibdir. Kursa rəğbət, müsbət münasibət mükafatlandırılmış olmalıdır. Mühazirələrdə və seminarda işin xarakterinə əsasən sorğusuz müsbət qiymətin verilməsi - qiymətləndirmənin təbii formasıdır.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin