Мцгяддимя



Yüklə 0,7 Mb.
səhifə39/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
Referat (lat. «referre» - məruzə etmək) – problem ətrafında yazılmış əsərin və yaxud onun bir hissəsinin məzmununun qısa əksidir. Adətən yeni məlumatı özündə əks etdirən elmi ədəbiyyat referatlaşdırıla bilər. Referat elmi işin yeniliyi və praktiki əhəmiyyəti haqqında aydın təsəvvür yaratmalıdır.

Referatda yazılı şəkildə fənn kursunun müəyyən mövzusu işıqlandırılır. Referat – seminar məşğələləri üçün, yuxarı kurslarda, magistratura və aspirantura pillələrində müəyyən xüsusi kursların tədrisi zamanı istifadə edilən formadır.

Referatın yazılmasının məqsədi – müəllifin elmi-tədqiqat işinə marağı və qabiliyyətinin olub-olmamasının, nəzəri problemlərin müstəqil formula edilməsinin, onların sərbəst izahının, əsaslandırılması və təhlilinin aparılmasının, sistematik elm haqqındakı biliklərinin, təbiət və cəmiyyətin hadisələrinin tədqiqində tətbiq etmək, praktikada əsas kimi bu biliklərdən istifadə etmək bacarığının müəyyən edilməsidir.

Referatı yazan gənc tədqiqatçı öz elmi bacarıqlarını təsdiqləmək imkanını qazanır. Müəyyən elmi metodologiya əsasında əldə edilmiş bilikləri, sərbəst şəkildə sistemləşdirə bilməli, bu və ya digər elmi problemi təhlil etməyi bacarmalıdır. referatın mövzusunu mümkün qədər dissertasiyanın mövzusu və problemləri ilə uzlaşdırmaq lazımdır. Müvafiq olaraq, elmlər, dəqiq riyazi elmlər, humanitar və ictimai elmlər sahələrində baş verən proseslər müəllif tərəfindən təhlil olunmalıdır; bu işin öhdəsindən magiətrantlar da gəlməlidir. Digər tərəfdən, təbii və texniki elmlər sahələrində çalışanlar etika, estetika, dinşünaslıq, fəlsəfə tarixi məsələləri üzrə də referatları hazırlamaqla ictimai həyatın təhlilində müəyyən mövqe tuta bilərlər. Maraq doğuran məsələlər – müasir informasiya və kibernetika, kompüterləşmə, ətbiət və cəmiyyətin qarşılıqlı əlaqələri, beynəlxalq həyat, insan problemi, ictimai və digər elmlərin metodoloji problemləri və s.-dır.

Elmi mövzu seçiləndə, bunun izahında tarixi-məntiqi metodun əsas kimi götürülməsi daha məqsədəuyğundur. Referatın strukturunu aşağıdakı şəkildə qurmaq olar: giriş, iki və ya üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısı.

Girişdə işin aktuallığı, əhmiyyəti, məqsədi, işlənilmə səviyyəsi göstərilir. birinci fəsil bir növ görişin davamıdır. Burada problemin qısa tarixi verilir, ümummetodoloji əsaslar açıqlanır, ikinci və üçünçü fəsillər mövzunun təhlilinə həsr olunmuşdu, bütün material təhlil edilməli, onun müasir cəhətləri göstərilməlidir. Referatda verilən təhlil elmin ən son, qabaqcıl nailiyyətləriniözündə əks etməlidir. Nəticədə yekun inkişaf perspektivləri göstərilməlidir. Ədəbiyyat siyahısı emi tələblərə uyğun tərtib olunmalıdır.

Ayrı-ayrı elmlərin fəlsəfi problenmləri mümkün qədər konkret səslənməli, geniş, qeyri-müəyyən olmamalıdır. Burada ümumelmi məsələlərə də mühüm yer ayrılmalıdır. Fəlsəfi məqalələrə, kitablara rəyin yazılması da bu sahədə biliyin artırılmasının yollarından biridir. Rəy yazan şəxs həmin problemlə bağlı digər yazılarla da tanış olmalıdır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin