Мцгяддимя



Yüklə 0,7 Mb.
səhifə37/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   33   34   35   36   37   38   39   40   ...   64
İmtahan və yoxlama. İmtahan və yoxlama – tədrisin yekun mərhələsidir. Bu zaman biliklər sistemləşdirilir. İmtahana hazırlıq zamanı biliklər bir az da artırılır, təsnifləşdirilir, dəqiqləşdirilir. İmtahan – görülən işlər haqqında həm müəllimin, həm də tələbənin hesabatıdır: tələbə nail olduğunu nümayiş etdirir, müəllim isə öz pedaqoji ustalığını təsdiq etməyə imkan qazanır. İmtahanan zamanı tədris prosesi nöqsanları üzə çıxır; bunun əsasında işin yaxşılaşdırılması istiqamətlərini müəyyən etmək mümkündür.

Müəllim imtahan biletlərini hazırlayarkən, proqramdan müəyyən meyarlara uyğun mövzuları seçir, onların sayını müəyyən edir, hər biletdə sualların ardıcıllığını dəqiqləşdirir. Biletlərin optimal sayı həm proqramın strukturu, həm də tələbələrin sayına görə müəyyən edilir (60-90-120). Hər biletdə 5 sual olur, bu suallar eyni səviyyədə (mürəkkəblik və çətinlik baxımından) olmalıdır, başqa biletlərdə bəziləri təkrarlana bilər. Suallar qısa, aydın və məzmunlu olmalı, geniş cavab tələb etməlidir. İmtahana bir ay qalmış tələbələri suallarla tanış etmək lazımdır.

Biliklər nesə qiymətləndirilməlidir? Tədqiqatçılar burada 6 didaktik prinsipi əsas götürürlər: obyektivlik, tələbənin fərdi xüsusiyyətlərinin nəzərə alınması, biliyin dərinliyini nəzərə alınması, biliyin dərinliyinin və həmçinin müəyyən edilməsi, gündəlikdə mənimsəmə xüsusiyyətləri, hamıya qarşı eyni tələblərin irəli sürülməsi, biliklərin yoxlanılmasıvə qiymətləndirilməsi prosesinin sistemli olması. Eyni obyektivlik imtahan götürən müəliimin peşəkarlıq səviyyəsindən asılıdır (buna görə də, o daim öz üzərində çalışmalıdır).

Müəllim tədris etdiyi elminin nailiyyətlərindən, ictimai həyatın tarixi hadisələrindən xəbərdar olmalıdır. qiymətvermədə qeyri-obyektiv amillərin (məsələn, qərəzlik və yaxud səhhətin vəziyyəti və s.) rolunu mümkün qədər azaltmaq üçün imtahan komissiya tərəfindən götürülməlidir. Cavab verənin səviyyəsini nə əvvəlki cavabverənlərlə, nə də ki, əvvəlki qiymətlərlə müqayisədə müəyyən etmək olmaz. Hər bir qiymət fərdi xüsusiyyətləri dəqiq nəzərə almalıdır. Qiymətin obyektiv verilməsinin çox böyük tərbiyəvi əhəmiyyəti var.

Qiymətin aşağıdakı həcmini də qeyd etmək olar: biliklərin həcmi və dərinliyi; elmi biliklər və əqidə, biliklərin praktikada, sosial hadisələrin təhlilində istifadə edilməsi, cavabda mənbələrdən, elmi ədəbiyyatdan istifadəsi, profil xarakterli elmlərlə bu elmi problemlərin uzlaşdırılması.

İmtahanda sorğu yaradıcı, sərbəst şəraitdə aparılmalı, qarşılıqlı hörmət, etiğarlılıq və xeyirxahlılıq əsasında qurulmalıdır. Sordu zamanı müəllim yüksək pedaqoji ustalıq və nəzakət nümayiş etdirməlidir. İmtahanda tələbə tərəfindən bilikləri ifadə etmək üçün tam şərait yaradılmalıdır. Yaradıcı proses burada da davam etməlidir. İmtahan prosesi həm qiymətləndirir, həm də öyrədir. Ancaq səhvləri tutmaqla işi bitmiş hesab etmək olmaz. Sualın izahında buraxılan səhvlər də aradan götürülməlidir; tələbə imtahandan müəllimə hörmət hissi, razılıq hissi ilə qayıtmalıdır. Qiymət yazılanda cavabın müsbət və mənfi tərəfləri izah edilməli, qiymətə təsir edən amillər göstərilməlidir. Tələbə qiymətin obyektivliyinə inanmalı, müəllimə öz ehtiramını bildirməlidir.

İmtahanın estetik tərəfinə də fikir vermək lazımdır. Tələbələr üçün o, bir növ bayrama çevrilməlidir, çünki uzunmüddətli zəhmətin bəhrəsini onlar imtahanda görürlər.

Bir neçə söz ixtisasartırma kurslarında fəlsəfənin tədrisi barədə.

İxtsiasartırma həm təhsil sistemində, həm də insanların bütün fəaliyyət sahələrində pesə bacarığının artırılmasının vacib yollarından biridır. Müasir informasiya cəmiyyətində əmək bölgüsü dərinləşir, yeni peşə və ixtisaslar meydana gəlir, köhnələri sıradan çıxır, nəticədə işsizlik yaranır, sosial gərginlik artır. Belə halları aradan qaldırmaq üçün hökumət və özəl sahələrin iş adamları iqtisadiyyatın bütün sahələrində, eyni zamanda təhsildə, elmdə, incəsənətdə, ida-rəetmədə dövrün tələblərinə uyğun struktur islahatları aparmalıdırlar. Bu işin vacib elementlərindən biri də ixtisasartırma kurslarının təşkilidir. Kursların məqsədi - insanların təhsil səviyyəsini, peşə və bacarıqlarını mövcud şəraitə uyğunlaşdırmaqdır.

Təhsil sistemində ixtisasartırma kurslarının əhəmiyyəti həm də ondadır ki, burada müxtəlif yerlərdə çalışan müəllimlər təcrübə mübadiləsi aparır, ünsiyyət yaradır, cavan kadrlar təcrübəli mütəxəssislərlə görüşür, və s.; biliklərini bu yolla artırır. Indiki şəraitdə informasiya mübadiləsində yeni texnologiyalar istifadə olunur (Internet şəbəkəsi, televiziya kanalları, disklər və s.), ixtisasartırmada belə imkanlardan da tam istifadə etmək lazımdır. İxtişasartırma kursları müəllimin öz üzərində çalışmasını, təhsilin və ixtisasının artırmasını təmin edir.

İxtisasartırma kursları təhsil orqanları tərəfindən təşkil olunur. Bu prosesin ilkin mərhələsi ali və orta məktəblərdə acıq dərslərin keçirilməsi və onların müzakirəsi, metodik və elmi-metodik şuraların təlim-tərbiyə prosesi sahəsində apardığı tədqiqatlar və nəzarət, metodoloji seminarların keçirilməsi və s. ibarətdir. Ixtisasartırma kurslarında məşğələlər əsas iş vaxlından kənar keçirilir, müəlimin ixtisası, habelə pedaqoji, psixoloji, sosioloji və fəlsəfi biliklərini artırmaq məqsədi güdür.

Fəlsəfənin tədrisı fəlsələ üzrə görkəmli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bu işin tərkibində müəllimlərin maddi, elmi və ixtisas maraqları hökmən nəzərə alınmalıdır. Mühazirə və məşğələlərdə, yazılan referatlar elmin nəzəri-kateqorial aparatının metodoloji dünyagörüşü prob­lemlərinə, inteqrativ fənlərarası problemlərə daha çox üstünlük verilməlidir.

Digər ixtisaslardan olan müəllimlər üçün ümumi fəlsəfə kursunun tədrisində bir sıra xüsusiyyətlər var. Müdavimlər bir neçə qrupa bölünür: ictimai və humanitar, təbii-elmi, texniki və riyaziyyat qruplarına bölünnməlidir. Tədrisdə hər qrupda ixtisasın özəlliyi nəzərə alınmalı, islifadə edilən faktik material həmin ixtisas kursundan götürülməlidir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin