Beləliklə, seminar məşğələsi tədrsi forması kimi nə üçün tətbiq olunur?
Seminar ilk növbədə nəzarətedici vəzifələri yerinə yetirir. Seminarlar mühazirələri təkrarlamamalıdır, bununla belə onun prinsipial mövqeləri ilə əlaqələri qoruyub saxlamalıdır. Fəlsəfədə seminarın növləri müxtəlif ola bilər:
1. Sual-cavab formasında keçirilən seminar;
2. Seminar məşğələsinin əvvəlcədən verilən plan əsasında aparılan genişləndirilmiş söhbət;
3. Şifahi məruzələr və onların sonrakı müzakirəsi;
4. Yazılı referatların müzakirəsi;
5. İlkin mənbələrin oxunması və şərhi;
6. Məşğələ – disput;
7. Konkret sosioloji tədqiqatların materialları əsasında keçirilən seminarlar;
8. İstehsalatda keçirilən seminar;
9. Seminar-ekskursiya;
10. Konkret suallara dair yoxlama yazı işi;
11. Seminar kollokvium: keçilmiş mövzulara dair özünəməxsus məqbul; müəllimin tələbələrlə müsahibəsi;
12. Seminar – mətbuat konfransı;
Dostları ilə paylaş: |