Seminar və ya müstəqil iş üçün tapşırıq
Hər bir metod üçün fəlsəfə mövzusunda bir misal tap. Seminar çıxışında həmin misallar əsasında digər çıxışlardakı nümunələrlə müqayisə et və öz metodun üstünlüyünü əsaslandır.
Elmi ədəbiyyatda daha hansı kommunikativ imkanlardan istifadə edərək burada istifadə oluna biləcək metodlarının çeşidini genişləndirmək olar?
Məlumdur ki, fənnin öyrənilməsi və mənimsənilməsi prosesi – xüsusi tədris və təqvim planları əsasında qurulur. Tarixi təcrübə əsasında, artıq aprobasiyadan keçmiş bir sıra tədris formaları burada tətbiq olunmalıdır: mühazirə, praktik məşğələlər, məsləhət saatlarının keçirilməsi, referatlar, müstəqil işin, imtahanlar və yoxlamaların təşkili, elmi konfransların və müsabiqələrin keçirilməsi.
Müəllim mövzuları yüksək səviyyədə izah etməli, bütün aktual problemlər ətrafında disput təşkil etməli, auditoriyanın keyfiyyət tərkibi haqqında xəbərdar olmalıdır.
Dostları ilə paylaş: |