İctmai şüurda humanizmin fəlsəfi əsasları. Tarixi dərketmə – bu həm xalqın, həm də ayrıca şəxsiyyətin özünüdərketməsidir, hansı ki, özünü adi təfəkkür səviyyəsində, eləcə də nəzəriyyə və sistemlərdə biruzə verir, hisslərdə, emosiyalarda, siyasi ideologiyalarda və praktikada mövcud olur.
Tarixi dərketmə insanların bir çox nəsillərində yaşadığı üçün belə bir sual meydana çıxır ki, insanlar (ən erkən yaşlarından başlayaraq) tarixi həqiqətləri (şəxsi etnogenez, milli və dünya mədəniyyəti, dil və s. tipli) qavramağa hazırdırlarmı? Elm və texnikanın gür inkişafı şəraitində dəyərlərin keçiciliyi, həyatın sürətlə keçib getməsi, üstəlik də siyasi ideallarda müəyyən xəyal qırıqlığı, onların iki-üç nəslin həyatı boyu dəyişməsi tarixi dərketmədən talelərin ümumiliyinin dərkedilməsi (məsələn, buna kütləvi silahlanma mane olur), hər bir insanın həyatının özünə görə qiymətli olması, mövcud olmaq üçün bərabər hüquqların olmasının dərkedilməsi (sosial məhdudiyyətlər mane olurlar) kimi ümumbəşəri dəyərlərin itirilməsinə, yox olub getməsinə səbəb olmuşdur; söhbət həm fərdin, həm də bütöv bir etnosun tarixi özünüdərketməsindən gedir. Məsələn, azərbaycanlılarda yaxın və uzaq tarixi keçmiş haqqında cuzi təsəvvürlər, məhdud miqyasda adət, ənənələr, mərasimlər qalmışdır.
Tarixi dərketmənin yenidən yaranması və sağlam fəaliyyət göstərməsi məsələsi - hansının ki məqsədi humanist, fəal dünyagörüşünü bərqərar etməsidir – aşağıdakı konkret istiqamətlərdən ibarətdir: biliklərin məcmusunun formalaşdırılması, onların məsləklərdə, dəyərləndirmədə, ənənələrdə, emosiyalarda və hisslərdə möhkəmləndirilməsi. Bunların hamısı onun mərkəzi oxu – bəşəri birliyin normal inkişafı və fəaliyyət göstərməsi ideyası ətrafında fırlanmalıdır. İctimai şüurun bütün formalarında olan qapalılıqdan, doqmatizmdən qəti olaraq qurtulmaq lazımdır.
Bizim qurduğumuz açıq cəmiyyət həyat tərzini, həyat üslubunu və ona qarşı münasibəti seçmək üçün ən geniş imkanlar açmışdır.
Dostları ilə paylaş: |