Fəlsəfi özünüdərketmədə rasionallıq problemi. Rasionallıq hadisələrin tədqiqində metafizik yanaşmanı, faktların gerçəklikdə təsdiqini və aprobasiya olunmasını, obyektiv həqiqətin tapılmasını nəzərdə tutur. Rasionallıq fəlsəfi fəaliyyətin mühakiməsi və əsasıdır, o, onun praktiki istiqamətlənməsini təsdiq edir, belə ki, burada da “dünya-insan” kimi obyekt-subyekt münasibətləri vardır.
Məhz praktikanın tələbatları fəlsəfədə rasionalizmin təzahürlərini cürbəcür edir: varlıq problemlərinin dərk edilməsi daima baş verir, amma bunlar hansı problemlərdir? Fəlsəfə tarixində müxtəlif dövrlərdə ön plana növbə ilə gah insanın təbiət ilə, gah insanların bir-biriləri ilə, gah insanın daxili aləmi problemləri çəkilmişdir. Bu üç qrup həm müstəqil olaraq, həm də toplum halında inkişaf edə bilərdilər, amma onlar insanın özünüdərketmənin rasional səviyyəsi üçün münbit zəmin təşkil edərək bu gün də mövcuddurlar.
Rasionallıq ideallıq anlayışına əsaslanır. Müasir ixtisas ədəbiyyatında ideallıq problemləri çox vaxt koqnitiv psixologiya səviyyəsində nəzərdən keçirilir; fəlsəfə həm də burada nəzərdən keçirilən obyekt olmuşdur.
İctimai inkişafın tarixində fəlsəfi ideyaların rolu görkəmli filosofların ətraf aləmin təhlilinə münasibətdə biliklərinin və yanaşmalarının universal xarakteri ilə də xeyli dərəcədə bağlıdır. Bütün bunlar fəlsəfənin nəhəng dərketmə imkanlarından xəbər verir.
Hesab edirik ki, o cümlədən fəlsəfədə rasionallığın səviyyəsinə tədqiqat predmeti təsir göstərir. Uzun əsrlər boyu bir-birilərini əvəz edən həm ümumelmi, həm də xüsusi fəlsəfi planda olan çoxsaylı paradiqmalar tədqiqatların problematikasında ideallığın təcəsssümünün müxtəlif dərəcələri ilə xarakterizə olunurdular. Eləcə də ideal olanın nişanlarda – dil sistemində təzahür formasını da qeyd etmək lazımdır. Biliklərin mənimsənilməsi və sistemləşdirilməsi bir metodu kimi rasionalizm – cəmiyyətdə şüurun rasionallığının çoxsaylı təzahürlərindən ancaq biridir. Şüurun rasionallığı insan şüurunda ideal, abstrakt-məntiqi olan haqqında təsəvvürlərə əsaslanır. Bütün insan sivilizasiyası xarici aləmin rasional (predmetli, obyekt-subyekt) dərketməsinin qanunauyğun nəticəsidir.
Fəlsəfi biliyin regionlara, sivilizasiyalara və cərəyanlara bölünməsi də həm biliyin, həm də biliyin praktikada tətbiqinin rasionallaşma dərəcəsi ilə, yəni fəaliyyətin rasionallığı ilə bağlıdır. İnsanın şüurunda rasionallığın olmasının dərəcəsi onun sosial statusu və yaşadığı tarixi dövr ilə müəyyən olur.
Aləmdə öz yerini ekzistensial dərketmə Qərb və Şərq həyat tərzlərinin rasional-sabit strukturlarında bir sıra düzəlişlər edir ki, buna da elmi, bədii yaradığılıq səviyyəsində dini ideologiyanın, iqtisadi, siyasi inkişaf modellərinin islah edilməsində izləmək olur. Nəticədə gerçəkliyi sistemli, bütöv şəkildə təhlil etmək, onun bütün tərkib hissələrini nəzərə alaraq modelləşdirmək tendensiyası artır.
Filosofluq etməyin klassik reduksionist üslubu dəyişib antireduksionist oldu. Onu da əlavə edək ki, müasir sosial proseslərin bir əsası kimi rasionalizm öz əhəmiyyətini itirmir: onun istiqaməti və məzmunu dəyişir.
Dostları ilə paylaş: |