Мцгяддимя


Fəlsəfə bir peşə və qabiliyyət kimi



Yüklə 0,7 Mb.
səhifə12/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   8   9   10   11   12   13   14   15   ...   64
Fəlsəfə bir peşə və qabiliyyət kimi. Fəlsəfənin predmet sahəsi dünyanın həm rasional, həm də intuitiv yolla mənimsənilməsi imkanlarının genişlənməsi ilə əlaqədar olaraq öz şəklini dəyişmişdir. Hər hansı bir başqa sahədə olduğu kimi, burada da novatorluq özünə çətinliklə yol açırdı.

Elmlərin bu günkü gün üçün differensiasiyası və inteqrasiyası insan və varlıq haqqında “əbədi” sualları dərindən nəzərdən keçirmək üçün unikal imkan yaratmışdır. Bu gün fəlsəfi ideyaların gavranılması insanın dünyada öz yerini yeni cür anlaması fonunda gedir.

Bu şəraitdə fəlsəfənin vəziyyəti daha çox kütləvi kommunikasiya vasitələrinin vəziyyətinə bənzəyir: fəlsəfə də elmi və elmlərarası proseslərdə, kütləvi şüurda, mentalitetdə, ideologiyada və s. “əksrabitənin” ötürücüsü, tənzimləyicisi rolunu oynayır.

Filosofların cəmiyyətdə mövqeyi də qeyri-müəyyəndir. Cəmiyyət üzvləri tərəfindən onlara qarşı münasibətdə olan skeptisizm ikili təbiətə malikdir: bir tərəfdən o, fəlsəfənin həll etmək istədiyi “əbədi” suallara saymazyana münasibətə, digər tərəfdən isə filosofun fəaliyyətinin xarakteri haqqında dumanlı, “qaranlıq” təsəvvürə (bu da ki, müəyyən qədər hörmət hissi ilə müşayiət olunur) əsaslanır.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin